skip to Main Content

Vitamin С

Vitamin С

Vitamin C suda həll olan antioksidantdır. O, orqanizmdə bir çox proseslərdə iştrak edir, onun defisiti isə orqanizmə çox pis təsir edir. Bəs vitamin C orqanizmdə hansı funksiyaları yerinə ?

  • Antioksidant təsir – ətraf mühitin neqativ faktorların səbəbi ilə orqanizmə düşən sərbəst radikalları və yad maddələri neytralizə edir.
  • Təbii kollagenin sintezinə yardım edir – o dərini cavan və hamar edir, sümüklərin, dişlərin, damaqların və qığırdaqların saqlamlığına cavabdehdir.
  • Dəmirin mənimsənilməsinə yardım edir.
  • Fol turşudan folatların əmələ gəlməsinə yardım edir.
  • Orqanizmi infeksiyalardan qoruyur.
  • Yorğunluğu azaldır, sinir sisteminə stress ilə mübarizədə yardım edir, onun işini yaxşılaşdırır.
  • Hormonların sintezində iştrak edir.
  • Öd turşusunun xolesterindən əmələ gəlməsinə yardım edir, qanda xolesterini normaya salır.
  • Orqanizmin metabolizmində iştrak edir.
  • Sellülitlə mübarizədə yardım edir.
  • Xolesteriniz, ağır metalları – mis, qurğuşunu orqanizmdən çıxarır.
  • Yaraların tez sağalmasına yardım edir.
  • Nitrozaminlərin əmələ gəlməsini azaldır.

Orqanizmin normal işləməsi üçün bizə hər gün yetəri qədər vitamin C lazımdır. Qadınlar  üçün gündəlik tələbat 75 mq, kişilər üçün 90 mq -dır. Uşaqlara qalanda isə onların tələbatı – 6 aya qədər 40 mq ; 7-12 ayda 50 mq ; 1-3 yaş üçün 40 mq ; 4-8 yaş üçün 45 mq ; 9-13 yaşda 45 mq ; 14-18 yaşda qızlarda 65 mq ; 14-18 yaşlarda oğlanlarda 75 mq -dır. Siqaret çəkənlərdə vitamin C ehtiyacı 30 mq, hamiləlik və südəmər dövrdə isə 10 mq  daha çoxdur.

Vitmin C çox tez parçalanır – işıqdan, ərzaqların qeyri-düzgün hazırlanması və saxlanması, isitmə zamanı. Məsələn, meyvə və tərəvəzlərin bişirilməsi (xüsusən qaynadılma) zamanı, birinci yeməklərin hazırlanması zamanı vitamin C 2-3 dəq ərzində tamamilə parçalanır.

Həmçinin, vitamin C parçalanmasına qab-qaşığın, eləcə də mətbəx avadalnığının metalik səthləri də səbəb ola bilər. Ərzaqların təcili dondurulması zamanı isə vitamin C heç parçalanmır, amma onların sonrakı işlənməsi isə mühüm rol oynayır. Tərəvəzlərin bişirilməsi zamanı qapağı örtün, yeməyi bir-neçə dəfə isitməyin.

Almaların, kartofun, kələm və digər tərəvəzlərin saxlanması zamanı vitamin  C artıq 4-5 aydan sonra parçalanır, onun miqdarı 60-80 % qədər azalır.

Vitamin C çatmamazlığı zəiflik, qıcıqlanma, oksidləşmə proseslərinə müqavimətin azalması ilə özünü göstərir. Vitamin C çatmamazlığı zamanı sinqa xəstəliyi inkişaf edir. O, qanın plazmasında vitamin C miqdarı 11 mkq/l qədər düşəndə, orqanizmdə ümumi miqdarı 300 mq qədər azalanda baş verir. Sinqa çox nadir bir vəziyyətdir. Belə ki, vitamin C-nin bioloji mənimsənilməsi 100 mq üçün 80 %, 200-500 mq üçün 60-70 %, 1000 mq üçün isə 50 %-dir.

Çox insan düşünür ki, vitamin C  nə qədər çox olsa o qədər yaxşıdır. Amma, bu belə deyil. Vitamin C böyük dozaları zamanı diareya, həzm prosesinin pozulması inkişaf edə bilər, ona qarşı həssaslığı yüksək olan insanlarda isə böyrəklərdə daşların əmələ gələ bilər.

Vitamin C mənbəyi meyvə və tərəvəzlərdir. Amma, çoxlarının düşündüyü kimi yalnız limonlar, mandarin və apelsin deyil. Belə ki, əslində 100 q limonda cəmi 40 mq vitamin C, apelsində isə 30 mq var. İtburnu (2500 mq), dəniz ağtikanında (400 mq), qara qarağatda (300 mq) vitamin C daha çoxdur, həmçinin o, paprikada, böyürtkədə, çiyələkdə, qırmızı qarağatda, kələmdə, brokkolidə, porey soğanında, moruqa, pomidorda, cəfəridə, şüyüddə, kartofda, almada, ananasda, sitruslarda, gül kələmində daha çox vitamin C vardır.

Back To Top