skip to Main Content

Uşaqların içkiləri

Uşaqların içkiləri - Напитки детей

Anaların diqqətinə! Uşağınız susayanda ona su əvəzi nə verirsiz?
Artıq bir çoxları bizim vərdişlərimizin həyatımızda və sağlamlığımızda nə qədər böyük rol
oynadığını bilirik. Bu vərdişlərin çoxu uşaqlıqda formalaşır. Məsələn, çoxları səhər yeməyi
zamanı şirin çayın içilməsini doğru bilib, uşaqlara dərsləri yaxşı oxuması üçün şirin çayın
“faydalarını” sayır. Körpələrə su əvəzi analar kəmşirin çay verir. Bütün bunlar böyük insanın
vərdişlərini formalaşdırır.
Bir çox hallarda marketlərdə uşaqlara müxtəlif meyvə şirələri, paket şirələrinin alınmasına şahid
olmuşam. Paket şirələrinə qarşı olanlar isə, daha faydalı saydıqları evdə hazırlanan
kompotlardan ya yeni sıxılmış müxtəlif meyvə ya tərəvəz şirələrdən istifadəni daha doğru bilir.

Bəs sizcə bu doğrudur mu?
İnsan, həmçinin kiçik yaşlı uşaqlar 90 faiz sudan ibarətdir. Və yetərli maye qəbulu bizim
orqanizmimiz üçün çox vacibdir. Ana südü ilə qidalanan körpənin suya ehtiyacı olmur. Bütün
qida və maye ehtiyacını ana südü ilə qarşılayır. Amma, əlavə qidalara keçid zamanı körpənin
maye ehtiyacını kəmşirin çay ilə yox, adi su ilə qarşılamaq lazımdır.
Əgər uşaq sizdən marketdə su istəyirsə, ona su almanız vacibdir. Şirə yox. Belə ki, şirə içən uşaq
çoxlu miqdarda şəkər alır və susuzluğunu yatızdırmaq əvəzi daha çox susayır və daha çox şirə,
kompot və s istəyir. Bu da onun ifrat miqdarda şəkər almağını təmin edir. Bu da öz növbəsində
diabetə olan meili artırır.
Bəs, “evdə hazırlanan kompot və yeni sıxılmış şirənin tərkibi vitaminlərlə zəngindir axı”,
deyənlər tapılacaq. Ki, bu belə deyil! Kompotu bişirmək üçün meyvələri bişirir, içinə turş
olmasın deyə şəkər qatılır. Bu da meyvələrin bütün vitaminlərin termiki işləm vasitəsilə məhf
olmasını, şəkərin də onu yüksək qlikemik indeksə malik olmasını təmin edir. Yeni sıxılmış meyvə
– içində faydalı lifləri şirəçəkən maşında qalmasına, stəkana isə təmiz şəkildə meyvə şəkərləri –
fruktoza, saxaroza və s düşməsinə səbəb olur. Bu şəkərlər insulin ifrazını pozur, qanda şəkəri
qaldırır və özündə heç bir fayda saxlamır. Onun əvəzinə meyvənin özünü vermək daha
məsləhətdir. Belə ki, içində olan liflər bağırsaq florasını yaxşılaşdırır, şəkərlərin daha az
sovrulmasını təmin edir, həm 1 stəkan şirədə 3 ədəd apelsini birdən içmək mümkündürsə,
meyvə yeyiləndə uzağı biri yeyilir. Demək ki, şəkərin də miqdarı daha az olur.
Çay bəs?.. Çayın tərkibində faydalı maddələr çoxdu, amma biz çayı elə-belə içə bilmirik. Mütləq
yanında bir konfet ya şirniyyat olmalıdır. Bir də, çay kofeinin hesabına orqanizmin təmiz suya
olan ehtiyacını artırır. Yəni, çay verirsinizsə, gözəl dəmlənmiş təmiz çay verin, ardından da bir
stəkan su içirdin.

Bəs uşaq nə qədər su içməlidir?
Hər yaşın suya olan ehtiyacı müxtəlifdir. Çəkiyə görə də fərq edir. Maye tələbatı yalnız su deyil,
meyvə, şorba və s daxildir.
Əlavə qidaya keçən körpə sutkada hər kq çəkiyə 100-200 ml maye içməlidir. 1-3 yaşlı uşaq 1-1.2
l, 4-6 yaşlı uşaq 1.3-1.5 l, 7-10 yaşlı uşaq 1.6-1.8 l, 11-14 yaş uşaq 2-2.2 l, 14 yaşdan yuxarı
yeniyetmə 2-2.5 l maye qəbul etməlidir.

Back To Top