skip to Main Content

Azyaşlı uşaqların düzgün qidalanması nədir / Как правильно кормить детей раннего возраста.

Uşağınızın düzgün qidalandırılması artıq hamiləlik dövrundə başlayır, bu səbəbdən hamilə ananın qidalanmasının düzgün qurulması çox vacibdir. Bu haqda mən digər məqalədə yazaram. İndi isə, körpənizin düzgün qidalanma rejimini necə qurmalısınız, onu aydınlaşdıraq. İlk əvvəl istərdim qeyd edim ki, niyə uşaqların az yaşlı zamanlardan bəri düzgün qidalandırılması belə vacibdir.

Biz uşaqlara, artıq körpəlikdən düzgün qida vərdişlərini formallaşdırmağa çalışmalıyıq ki, daha sonra o, qeyri düzgün formalaşmış vərdişlərlə artıq çəki ya xəstəliklər zamanı mübarizə etməsin. O, düzgün ərzaqları artıq körpəlikdən düzgün seçməyi bilməli, sağlamlığı üçün zərərli qidalardan imtina etməyə bacarmalıdır.

            Qeyd etmək istəyirəm ki, bir çox tədqiqatlar nəticəsində aşkar olunub ki, 6 aya qədər yalnız ana südü almış körpələr, sonralar daha az kökəlməyə meilli olur. Məhz bu səbəbdən, həmçinin digər faydalı xüsusiyyətlərə görə DST (Dünya Səhiyyə Təşkilatı) körpələrə ana südünü məsləhət görür.  Bu zaman ananın rejimi, körpənin nə qədər süd içdiyi, hətta süd vəzinin forması belə südün ifrazına təsir edir. Daha sonra körpəniz böyüdükcə ilk əlavə yemək zamanının vaxtı gəlib çatır. Əgər ana sağlamdırsa (onun öz qidalanma rejimi rasional və adekvatdırsa) və onun yetəri qədər südü varsa, körpə boy və çəkisini yaxşı artırırsa, öz vəziyyəti ilə narahatçılıq göstərmirsə, əlavə qidalanmanı mümkün qədər gec başlamaq məsləhətdir. Əlbəttə, əlavə qidalanmanı başlamadan öncə uşaq həkiminizlə məsləhət edin !

            Bir çox mütəxəssislər əlavə qidanın vermə zamanını müxtəlif cür məsləhət edirlər. Məsələn, Nİİ RAMN mütəxəssisləri belə məsləhət görür : meyvə şirələri və püresi 4 aydan, tərəvəz püreləri 5 aydan, kəsmik, sıyıq, suxariklər, peçenye 6 aydan, yumurta sarısı, ət və balıq püresi, süd və kefir 7 aydan başlanmalıdır. Körpə bərk qidanın qəbuluna hazırdır, əgər köməksiz otura bilir, başını saxlaya bilir və qaşıqla yeyə bilirsə, bu zaman əlavə qidalanmaya başlamaq olar. Əlavə qida kiçik dozalarla, bir damcıdan başlanılmalı və körpənin reaksiyasına baxılmalıdır. Əgər hər şey yaxşıdırsa,qida miqdarı yavaş-yavaş artırılır.

            Dəmir defisitli anemiyanın qarşısını almaq üçün 6 aydan sonra qidalanmaya dəmir ilə zəngin ərzaqları daxil etmək lazımdır (hazır sıyıqlar dəmir ilə zənginləşdirilir, həmçinin dəmirlə ət, qaraciyər, balıq və yumurta sarısı zəngindir). Uşağa 3 yaşına qədər çay və kofe vermək məsləhət deyil, belə ki, onlar dəmir sorulmasını ləngidir.

            İlk tərəvəz qidasını verərkən körpənin allergik statusuna diqqət edin. Əgər sizin körpənizdə diatez – yanaqlarda qırmızı ləkələr ya səpgilər, varsa aşağı allergik xüsusiyyətə malik tərəvəzləri seçin. Belə tərəvəzlərə – brokkoli, kabak, yaşıl lobya, şomu aiddir. Orta allergik xüsusiyyətlərə malik tərəvəzlərə – xiyar, ağ və çəhrayı turp, qarğıdalı, baş soğan, yaşıl bolqar bibəri və ağır allergik ərzaqlara sarımsaq, pomidor, qırmızı turp, kərəviz aiddir.

            İkinci əlavə yemək zamanı rasiona sıyıqlar əlavə edilir, onlar qlütensiz və südsüz olmalıdır. Onları suda, ana südündə ya smeslərdə hazırlayın, sıyıq qarabaşaq, düyü ya qarğıdalıdan olmalıdır.

            Üçüncü qidalanmada ət əlavə etməyin vaxtıdır. Burda da allergik statusa diqqət etməyiniz lazımdır. Ən aşağı allergenli ətə qoyun, quzu, orta allergik statusa malik ət hind toyuğu, dovşan, yüksək allergik ətə isə toyuq və mal əti aiddir.

İndi isə gəlin 1 yaşdan sonrakı uşaqların qidalanmasını müzakirə edək.

            Bir yaşı tamam olmuş körpənin qidalanması öncəkindən xeyli fərqlənir. Belə ki, bir yaşdan sonra uşaqlarda dişlərin böyüməsi davam edir, qidanı çeynəmək xüsusiyyətləri formalaşır, çox tez həzm prosesləri inkişaf edir, mədənin tutumu artır. Körpə artıq qidanın dadını fərqləndirməyə bacarır və s. Əlbəttə ki, körpənin bütün bu xüsusiyyətləri qidalanmada nəzərə alınmalıdır. Qidalanma sayı həmçinin 5 dəfədə qalır, xüsusən bu zəif körpələrə aiddir. Bəzi uşaqlar özləri sonuncu 5-ci qidadan imtina edib,  4 dəfəli 4 saatdan bir qidalanmaya keçir.Uşağın rejimi necə olursa olsun, çox vacib olan şey saat vaxtını eyni saxlamaq, mütəmadiliyi saxlamaqdır. Bütün qidalar yarıduru, püre şəklində, süzgəcdən keçirilmiş  halda olmalıdır. Bu yaşlı uşaqları qaşıqla yedizdirin, soskalar məsləhət deyil, belə ki, uşaqlar sonra duru yeməklərə öyrəşib, başqa qidadan imtina edəcəklər. Bu yaşlı uşaqların qidalanmasının əsas özəllikləri müxtəliflik və mikronutrientlərin balanslaşdırılması olmalıdır. Qidalanmanın əsasını yüksək heyvani zülallar təşkil etməlidir : süd, süd məhsulları, ət, balıq, quş əti və yumurta.

            Bəli, körpəniz böyüyür, artıq həyatının ikinci ili başlayır və biz onun qidlanmasını optimallaşdırmalıyıq. İlk olaraq bu 5 dəfəli qidalanma rejimidir, 3 dəfə əsas yemək – səhər yeməyi, nahar və axşam yeməyi, 2 dəfə də qəlyanaltı – ikinci səhər yeməyi və yatmamışdan öncə turş süd məhsulu (kefir) olmalıdır. Yemək miqdarı 250-300 ml-dən artıq olmamalıdır. Ümumiyyətlə, ikiyaşlı uşağın sutkalıq qida tutumu (su xaric) – 1000-1200 ml olmalı, üç yaşlı uşaqlarda isə 1200-1500 ml olmalıdır.

            Bəs körpəni nə ilə qidalandıraq ki, sağlam böyüsün, gəlin baxaq. Tərəvəz və meyvələr hər qida qəbul edərkən, gündə 4 dəfə rasionda olmalıdır. Süd və süd məhsulları, sıyıqlar, kəsmik, turş süd məhsulları (kefirə uşağı körpəlikdən öyrətmək lazımdır), həmçinin süd smesləri gündə 3 dəfə olmalıdır. Hər gün uşaq 450 ml duru süd ərzaqları almalı, onlardan 220 ml smes olmalıdır.Sıyıqlar və qarnirlər rasionda hər gün, çörək gündə 2-3 dəfə olmalıdır. Ət məhsulları rasionda gündə 1-2 dəfə 70 q miqdarında olmalı, balıq həftədə 2-3 dəfə, 200 q yaxın olmalıdır. Yumurta da, körpənin allergiyası yoxdursa, həftədə 2-3 dəfə verilməlidir. Susuzluq hissi isə təmiz su ilə ödənməlidir, şirin içkilər, şirələr, şirin çay verilməməlidir, belə ki, uşaqda qeyri düzgün vərdiş (susuzluğu qazlı şirin içkilər və şirələr vasitəsilə ödəmək) formalaşır, hansı ilə o, gələcəkdə həyatı boyu mübarizə aparmalı olacaq. Qidalanmada olan şəkər və duzun miqdarına fikir verin. Hazır məhsullara onları əlavə etməyin. Gün ərzində 25-30 q şəkər, 3 q da duz yetərlidir.

            Körpələriniz yediyi porsiyaya da diqqət edin. Belə ki, artıq yemək çox tezliklə mədəaltı vəzini zəiflədə bilər, belə ki, qarındakı artıq piy yalnız bağırsağı əzmir, bütün daxili orqanlara təsir edib, onların qeyri fizioloji yerdəyişməsinə səbəb olar bilir. Nəzərə alın ki, çox qida onikibarmaq bağırsağa təsir edib, mədəaltı vəzin sfinktorunu sıxır, o da qida orqanizmə daxil olan kimi ifraz olunmalı fermentlərin ifrazına təsir göstərir. Bu səbəbə görə fermentlər vəzdə qalır və onu içəridən parçalayır. Həmçinin, artıq qida bağırsaqda qalıb, çürüyür, qazlara səbəb olur.

            Uşağa, ymək yeməyə maraqlı olsun deyə, ona özəl rəngli uşaq boşqab dəsti alın. Boşqabın balaca tutumu artıq yeməyin qarşısını alacaq, həmçinin porsiyanın tam yeyilməsi kimi vərdişi formallaşdıracaq. Adətən bu yaş uşaqlara ərzaqları yemək yox, onlarla oynamaq xoş gəlir. Bu zaman hirslənmək və körpəni danlamaq lazım deyil, sadəcə masanı təmizləyın və uşağa yemək vaxtından öncə yemək təklif etməyin ki, yaxşıca acsın.

            Həmçinin uşağı düzgün olaraq yedizdirmək də çox vacibdir. Adətən analar, uşaq yesin deyə ona multfilmlər qoşur, müxtəlif şeylərlə fikrini dağıdır, bu düzgün deyil. Körpənin qida zamanı yarım saatı keçməməlidir. Çox vacib faktor, körpənin sakit vəziyyətdə süfrəyə oturmasıdır. Nəzərə alın ki, körpənin mərkəzi siniz sistemi hələ tam formallaşmayıb və o fərqli işlərə tez keçə bilmir. Məsələn, oynayırdısa və siz onu kəskin şəkildə oyundan çəkib yeməyə otuzdurursunuzsa, o qidalanmanı neqativ qarşılayacaq, qidadan imtina edəcəkdir.Uşağı qidalanmaya hazırlamaq lazımdır, həmçinin çox vacibdir ki, ərzaqları ona bir bir göstərəsiniz, bütün menuda olan yeməkləri qabağına qoysas ən bəyəndiyini seçib,onu tələb edəcək, digərlərini yeməyəcək.

            Körpənin iştahının yaxşılaşmasına təmiz havada gəzinti, maraqlı hərəkətli oyunlar və yaxçı əhval-ruhiyyə kömək edəcək. Körpənizim qidalanması haqda həkimdən məsləhət almağa çəkinməyin.

Körpəyə həyatının başlanğıcından düzgün qidalanma vərdişlərini formalaşdırın ki, o, sağlam və xoşbəxt böyüsün !

Back To Top