skip to Main Content

Сахарный диабет / Şəkərli diabet

Şəkərli Diabet – xroniki hiperqlikemiya və qlükozuriya sindromudur, insulinin tam ya natamam çatmamazlığı ilə xarakterizə edilir, spesifik mikro- və makrodamar ağırlaşmaları, neyropatiyalar və orqan və sistemlərdə baş verən digər patoloji dəyişikliklərlə birlikdə qeyd olunur.

Yəni tibb dili ilə danışmasaq – Ş.D. qanda qlükozanın (şəkərin) yüksək səviyyəsi ilə xarakterizə olunur, həmçinin sidikdə şəkər ola bilir. Bunların səbəbi də, mədəaltı vəzinin insulini – qanda şəkərin səviyyəsini kontrol edən hormonu, ya az ya da heç ifraz etməməsidir.

Şəkərli Diabet 1 tip – insulindənasılı diabet  və 2 tip – insulindənasılı olmayan diabet şəklində olur. Bəs fərq nədədir ? Birinci halda mədəaltı vəzdə insulin heç ifraz olunmur və pasientlər insulin inyeksiyalarını xaricdən almağa məcburdular. İkinci halda isə insulinin miqdarı ya az olur və bütün hüceyrələrə çatmır ya hüceyrələrin miqdarı həddən artıq (piylənmə) olur ki, insulin hər birinə çatmır. Bəzən artıq çəki varsa arıqlamaq şəkəri salmaq üçün yetərli olur. Ya da insulinin miqdarı normadan artıq olur, amma qanda şəkərin miqdarı yüksək qalır – hər şey ona görədir ki, hüceyrələr insulini hiss etmirlər, bu insulinrezistentlik adlanır.

Əmələ gəlmə səbəbləri :

1 tip Şəkərli Diabet inkişaf mexanizmdın asılı olaraq autoimmun və idiopatik olur. Mədəaltı vəzin hüceyrələrinin destruksiyası (ölməsi) çox zaman genetik olaraq baş verir, hansılara ki, müxtəlif xarici faktorlar (müxtəlif virus infeksiyaları, toksiki maddələr və s.) təsir edir.

2 tip Şəkərli Diabet isə heterogen və poligen xəstəlik olub, patogenezində karbohidrat mübadiləsini pozan  bir neçə genetik və xarici komponentlər iştrak edir.

Genetik olmayan risk faktorları :

  • yaşlılıq
  • piylənmə
  • ifrat qidalanma
  • azhərəkətli həyat tərzi
  • hamiləlik
  • döldaxili inkişafdan qalma
  • aclıq (kiçik yaşlarda)
  • stress
  • həyat tərzinin dəyişməsi

Gəlin bu haqda daha ətraflı danışaq.

2 tip diabetin əmələ gəlmə patogenezində iki faktor iştrak edir : insulinrezistentlik və beta-hüceyrələrin funksiyasının pozulması.

Normada biz nəsə yeyəndə qanda şəkərin miqdarı artır və buna cavab olaraq mədəaltı vəzi qana insulin buraxır, o da öz növbəsində qlükozanı (hüceyrələr üçün enerji mənbəyi) hüceyrələrə daşıyır və qanda şəkərin miqdarı azalır.

İnsulinrezistenlik insulinin ifraz olunmasına baxmayaraq hüceyrələrin onu hiss eləməmisidir. Yəni, biz nəsə yeyirik, qanda şəkər artır, cavab olaraq insulin də artır, amma hüceyrələr onu hiss etmir deyə onlara getmir, qanda qalır, insulinlə bərabər, hansı ki qıcıqlanmaya cavab olaraq arta-arta qalır.

Beta-hüceyrələrin funksiyalarının pozulması isə bir neçə faktorların təsiri nəticəsində əmələ gəlir, bunlara da : qlükozotoksiklik; insulin sintezinin pozulması; beta-hüceyrələrin kütləsinin azaması və s. Bütün bunlar insulinin yetərli miqdarda ifraz olunmamasına səbəb olur və qanda şəkərin miqdarı artır.

Simptomlar :

Diabetin diaqnostikası çətinlik etmir. Şəkərli Diabetin klassik simptomları – ağızda quruluq, susuzluq (polidipsiya), artıq iştah (polifaqiya), artıq sidiyə getmə (poliuriya), arıqlama, sidikdən aseton iyinin gəlməsi, yuxululuq, ümumi zəiflik, əmək qabiliyyətinin kəskin azalması, libidə və potensiyanın azalması, infeksiyalara (furunkulez, paradontoz) və göbələk xəstəliklərinə (bəzi qadınlarda xarici cinsiyyət orqanarında qaşınma, yanğı hissi) meillilik.

Bütün bu simptomlar 1 tip diabet zamanı kəskin baş verir, xüsusən kəskin – polidipsiya, polifaqiya və poliuriya olur.

2 tip diabet zamanı isə daha az kəskin olur, bəzən isə onlara bir çox illər zamanı fikir verilmir. Çox zaman həkimə müraciət qaşınma, infeksiyalar səbəbindən olur. Bəzən Şəkərli Diabet həkimə ağırlaşmaları ilə müraciət ediləndə tapılır : görmənin pozulması, katarakta, neyropatiya, böyrəklərin funksiyalarının pozulması, impotensiya və s.

Diaqnostika :

Qanda şəkərin miqdarı ac qarına 3,2 – 6,2mmol/l olmalıdır. Əgər göstəricilər daha yüksək çıxarsa şəkəri yeməkdən 2 saat sonra yenidən ölçmək lazımdır. Normada qanda şəkərin miqdarı 7.8 mmol/l-dən çox olmamalıdır, əgər şəkərin miqdarı 7.8-11.1 mmol/l – sə qlükozaya tolerantloq diaqnozu qoyulur, lakin 11.1 mmol/l-dən yüksık çıxarsa şəkərli diabetin ilkin diaqnozu qoyulur.

Sonrakı müayinələr həkim-endokrinoloq tərəfindən keçirilməlidir.

Müalicə :

Ş.D. terapiyası kompleks şəklində aparılır, və aşağıdakılardan ibarətdir :

  • pəhriz
  • dərman vasitələri ilə müalicə
  • dozalandırılmış fiziki yük
  • xəstənin təhsili və özünəkontrol
  • Ş.D. uzaq ağırlaşmalarının profilaktika və müalicəsi

Müalicənin məqsədi karbohidrat mübadiləsini kompensasiya halına gətirilmısidir

ŞƏKƏRLİ DİABET VƏ DÜZGÜN QİDALANMA

Şəkərli diabet və düzgün qidalanma. Seker xesteliyi ne yemeli. Pehriz qida

ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİ ÖZ NORMAL HƏYAT TƏRZLƏRİNİ SAXLAMAQ ÜÇÜN ÇOXLU GÜC VƏ MADDİ İMKANLAR XƏRCLƏMƏLİ OLURLAR.
BİZİM ÖLKƏDƏ ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNƏ PULSUZ İNSULİN, ŞƏKƏRSALICI PREPARATLAR VƏ ŞPRİSLƏR VERİLİR.
LAKİN, BU ŞƏKƏRLİ DİABETLİ XƏSTƏNİN EHTİYACININ BİR HİSSƏSİDİR, DİGƏR EHTİYACLARI ÖZLƏRİ ALMALI OLURLAR.

XƏSTƏLİK HAQQINDA BİLİKLƏR

Şəkərli Diabetli xəstə öz xəstəliyi və onun ağırlaşmaları haqqında hər şey bilməlidir.
Diabet- ağrısız xəstəlikdir. Bu xəstəlik bizim orqanizmimizin daxilində gedən biokimyəvi proseslərə təsir edərək, onları domino prinsipi ilə zəncirvari olaraq dağıdır.

MƏN DİABET NƏDİR VƏ NECƏ NƏTİCƏLƏNƏ BİLƏR (AĞIRLAŞMALARI), AYDINLAŞDIRMAĞA KÖMƏK EDƏCƏM

BİR SUALINIZ QALIBSA MƏMNUNİYYƏTLƏ CAVABLANDIRA BİLƏRƏM

MÜALİCƏ HAQQINDA BİLİKLƏR

Hansı preparatların və / və ya insulinin təyin olunmalı və onların istifadə qaydalarını bilməlidir. Bu haqda sizi endokrinoloqunuz məlumatlandırmalıdır

QİDALANMA REJİMİ

Şəkərli Diabet xəstəliyindən əziyyət çəkən insan xüsusi qidalanma rejimini saxlamalıdır. Qidalanma rejimi xüsusi qurulmuş menu üzərində və müəyyən biz zamanda olmalıdır. Əgər xəstəni uzağ bir yol ya ev xarici bir tədbir gözləyirsə, öncədən səhər,nahar və şam yeməyi üçün nə götürəcəyi, harda və nə zaman tabletini içməli ya iynəsini vurmalıdır gərarlaşdırılmalıdır.

MƏN SİZİ ƏRZAQLARI DÜZGÜN SEÇMƏK, ÇÖRƏK VAHİDLƏRİNİ HESABLAMAQ, YOLCULUQLAR ZAMANI ÖZÜNÜZÜ NECƏ APARMALISINIZ ÖYRƏDƏCƏM

MƏN SIRF SİZƏ UYĞUN FİZİKİ AKTİVLİYİ SEÇMƏYƏ KÖMƏK EDİB, DÜZGÜN ZAMANI GÖSTƏRƏCƏM

FİZİKİ AKTİVLİK

İnsulindən asılı olan insan üçün qanda şəkəri salan idman, günün ayrılmaz hissəsi olmalıdır. Fiziki aktivlik yüngül ya orta ağırlıqda olmalıdır,ağır olmamalıdır. Belə ki, fiziki iş, qidalanma rejimi və insulinin qəbulu bir-birindən asılıdır, fiziki işin zamanı da öncədən planlaşdırılır, istər ev yığışdırmaq olsun, istər mebel daşınması. Bundan əlavə idman qanda şəkəri normadan aşağı da sala bilər ki, diqqətli olmaq lazımdır, çox ağır olmamalıdır.

XƏSTƏLİYİN NƏZARƏTİ

Şəkərli Diabet xəstəsi bunları kontrol edə bilməlidir :
– Qanda və sidikdə şəkər kontrolu – evdə bu qlükometr və test-zolaqları vasitəsilə;
– Çəki kontrolu – ev tərəzisi vasitəsilə;
– Arterial təzyiq kontrolu ( xüsusən də hipertoniklər) – aptekdə satılan tonometr vasitəsilə

MƏN NORMATİVLƏR HAQQINDA MƏLUMATI VƏ TESTLƏRİN KEÇİRİMƏSİ ÜÇÜN DOĞRU ZAMANI HAQQINDA MƏLUMAT VERƏCƏM

MƏNİM ONLAYN FƏALİYYƏT GÖSTƏRƏN MƏKTƏBİM SİZİN VAXTINIZA QƏNAƏT EDİR, VƏ SİZ HEÇ YERƏ GETMƏLİ OLMAYACAĞSIZ

XRONİKİ XƏSTƏLİKLƏR

ŞD zamanı orqanizmin normal fəaliyyəti üçün sərf olunan bütün vasitələr, çoxlu zaman alır, amma bunsuz da olmur təəsüf ki. Həyatına normal şəkildə davam etmək və xəstəliyinin təsirini hiss etməmək istəyən insan bunlar üçün vaxt və vasitələr tapacaqdır. Bundan başqa, bu -insulin qəbulu,şəkərin ölçülməsi,tablet qəbulu, AT ölçmək kimi prosedurlar gündə 10 dəqiqədən artıq vaxt aparır, hansı ki, elə də çox deyil, amma normal yaşamaq üçün vacibdir. Düzgün qidalanma isə yalnız diabetli xəstə üçün deyil, sağlam insanlara da faydalı olar.

LAYİHƏ HAQQINDA BÜTÜN YENİLİKLƏRİ BİRİNCİ ƏLDƏ ETƏK İSTƏYİRİZ?
@DRLEYLAABBASLI INSTAGRAM KANALIMIZA ABUNƏ OLUN

BLOQ

FAYDALI MƏLUMATLAR

Seker xesteliyine meyillilik: Diabetə genetik meillilik haqda desək : əlbəttə ki, genetik olaraq bu xəstəliyə meyilli olmaq olur, 100-dən artıq gen diabet riski ilə assosiasiya olunur. Əgər nəsildə diabet varsa, xəstələnmə riski artır. Lakin, diabetlə xəstələnmə bir çox daha vacib faktorla bağlıdır, məsələn  insanın səhf həyat tərzi ! Risk faktorları isə aşağldakılardır :
1 – stress
2 – artıq çəki, piylənmə ( abdominal piylənmə )
3 – lipid profilin pozulması
4 – gestasioz Ş.D. ya 4 kq-dan artıq uşağın doğulması
5 – vərdiş halında olan aşağı fiziki aktivlik
6 – yumurtalıqların polikistoz sindromu
7 – ürək-damar xəstəlikləri ( arterial təzyiq )

Seker xesteliyi ve cinsi elaqe: Şəkərli Diabet və potensiya sıx əlaqədədir. Belə ki, Diabet cinsi orqanın kiçik damarlarını və sinirlərini zədəliyir, bu da libidonun saxlanılması zamanı da, ereksiyanın mexanizmini pozur. Bundn əlavə də, cinsiəlaqəyə istək də azala bilir, belə ki. xəstəlik baş beyində maddələr balansını pozur. Hipoqlikemiya onurğa beyninin seksual mərkəzlərinə də təsir edir, ona görə ereksiya ilə bərabər, eakulyasiya da pozulur ya da tam olmur. Bəzi xəstələrdə də, cinsi orqanın, aralığın və xayaların hissiyatı da pozula bilər.
Diabet zamanı bütün bu problemləri əngəlləmək üçün qanda şəkərin miqdarını kontrol altında saxlamaq çox vacibdir. Seks isə diabet zamanı bir idman növü kimi çox faydalıdır.

Seker xesteliyinin elametleri: Hər iki Diabet növü üçün xarakter əlamətlər kompleksi var : tez-tez sidiyə getmə, kəskin susuzluq, iştahın saxlanmasına baxmayaraq çəkinin tez itirilməsi, ümumi yorğunluq və zəiflik, tez yorulma, görmənin pozulması ( göz qabağında ” ağ pərdə “), cinsi aktivliyin, potensiyanın zəifləməsi, ətraflarda sancılar və keyləşmə hissi, ayaqlarda ağırlıq hissi, baş gicəllənmə, infeksion xəstəliklərin gedişinin uzanması, yaraların gec sağalması, bədən temperaturunun düşməsi, baldır əzələlərində qıcolmalar.
Bəzən uzunmüddətli xroniki şəkərin qalxması özünü kəskin simptomlarla biruzə vermir. Və yalnız uzun müddət sonra xəstələr ümumi yorğunluq, pis əhval-ruhiyyəyə, qaşınmaya, dəridə irinli zədələnmələrə və çəki itkisinə fikir verməyə başlayırlar.
Özünüzə qarşı diqqətli olun, qanda şəkəri mütamədi yoxlayın.

Diabetik ayaq: Diabet xəstələrdə ayaqların sinir və damarları zədələndiyinə görə bir çox problemlərlə rastlaşırlar.
*ayaqlarda döyənəklərin əmələ gəlməsinin artması, dırnaqların qalınlaşması və formasının dəyişməsi
*dırnaqların və dərinin göbələk zədələnməsi
* dabanların keyləşməsi, “qarışqa gəzir” hissi və digər hissiyat pozuntuları
*ayaq formasının dəyişməsi
Ayaqlarda olan hər hansı bir cızıq, kəsik ya kiçik zədələnmə böyük problemlər doğura bilər.
Profilaktikası : ayaq gigiyenasına ciddi əməl etmək, rahat ayaqqabı geyinmək, əmələ gələn hər hansı zədələnməni düzgün sarmaq.

Seker xesteliyinin fesadlari: Şəkərli Diabetin 2 növ fəsadları var : tez ya kəskin və uzunmüddətli. Kəskin ağırlaşmalara hipoqlikemiya, hiperqlikemiya, diabetik ketoasidoz aiddir.
Uzunmüddətli ağırlaşmlar isə mikrodamar və makrodamar zədələnmələrinə görə müxtəlifdir.
Mikrodamar : göz ( diabetik retinjopatiya, qlaukoma, katarakta, görmə itiliyinin azalması ), böyrək ( diabetik nefropatiya və s. ), sinir zədəələnmələri ( tormozlanma, qulaqlarda küy, ətraflarda sancılar, zəiflik, udqunma pozulması, qusma, erektil disfunksuya, diareya ya qəbizlik ), ayaq və dabanlarda hissiyatın pozulması ( neyropatiya,qanqrena və s. )
Makrodamar : ürək-damar xəstəlikləri ( infarkt, hipertenziya və s. ), insult.
Unutmayın ki, gələcəyiniz Sizin əlinizdədir. Bugün yerinə yetirdiyiniz əməlllər və verdiyiniz qərarlar Sizin gələcəkdə olan sağlamlığınıza və həyat keyfiyyətinizə təsir edir. Bu yalnız Diabet xəstələrinə aid deyil, hamı üçün keçərlidir. Siz öz və yaxınlarınızın gələcəyi üçün çalışmalısınız. Diabeti kontrol altında saxlamaq gözəl nəticələr verəcək !

Hestasion diabet: Hamiləlik zamanı inkişaf edən diabet hestasin diabet adlnır. Prinsipial olaraq simptom və inkişafına görə adi diabetdən heç nə ilə fərqlənmir. Yəni hüceyrələr tərəfindən qlükozanın mənimsənilməsi pozulur. Yalnız əmələ gəlmə səbəbləri fərglidir. Hamiləlik zamanı cinsi hormonların (estrogen və progesteron), həmçinin kortizolun səviyyəsi kəskin artdığına görə baş verir. Belə ki, bu hormonlar insulinin sintezini və təsirini azaldır, səbəbi qanda şəkərin miqdarı artır. Müalicəsi insulinlə aparılır, həkim nəzarəti altında.

Seker xesteliyi ayaq agrilari: Diabet zamanı damarlar zədələnir, ayaq damarları da istisna deyil.
Zədələnə əsasən 2 səbəbdən olur :
1. Xroniki yüksək şəkər sinir liflərini zədəliyir, buna görə impuls keçiriciliyi pozulur. Nəticədə ayaqlarda hissiyat itir – diabetik neyropatiya baş verir.
2. Ayaqlara gedən damar mənfəzi tromb ya ateroskleroz nəticəsində daralır, oksigen çatmamazlığı nəticəsində ayaqlar ağrıyır.
Xüsusən uzunmüddətli xəstə olan insanlar ayaqlara xüsusi diqqət yetirməli, hər gün onları yoxlamalııdılar.
Simptomlar :
1. Ayaqlarda quruluq, qabıqlanma və qaşınma hissi.
2. Dəridə depiqmentasiya ya da piqmentasiya ola bilər.
3. Kişilərdə baldır tərəfdə tüklər ağarır vı tökülür.
4. Dəri solğun, ağarmış görünür.
5. Həmçinin dəri göyərə bilir və ilıq ola bilir.
Əsas problem ondadı ki, ayaqlarda hissiyat itkisi olduğuna görə xəstələr problemi hiss etmirlər. Bəzən sınıq da tam ağrısız ola bilir. Ayaqlarınıza diqqət edin və qanda şəkərin miqdarını normada saxlayın.

Hamilelikde seker xesteliyi: İnsulin icad olunduqdan sonra şəkərli diabet xəstələri də təhlükəsiz şəkildə ana ola bilirlər.Diabet xəstələri hamiləliyə endokrinoloqun nəzarəti altında həm hazırlaşmalı, həm də ki, hamiləlik boyu olmalıdır.
Hamiləlik boyu qanda şəkərin miqdarı normada olmalıdı, kompensasiya olunmalıdı. Əgər diabet dekompensasiya ilə keçirsə, hamiləlik boyu ciddi ağırlaşmalara rast gələ bilər xəstə. Xüsusən hiperglikemik komalar çox təhlükəlidir. Hamiləlik zamanı qanda şəkərin miqdarına diqqət edin və həkiminizin məsləhətlərinizə fikir verin.

Seker xesteliyinin dereceleri: Şəkərli diabet aşkarlnana qədər müəyyən stadiyalardan keçir:
1. diabet öncəsi :bu stadiyada diabet hələ yoxdu, amma hər şey ona doğru gedir – nəsildə diabet xəstələri, piylənmə, böyük uşağın doğulması
2. gizli diabet : açıq simptomlar hələ yoxdu, amma qlükozaya qarşı tolerantlıq artıq pozulub. Yəni səhər acqarına şəkər norma daxilində olsa belə, iki saat sonra yüksək olur. 7.8 mmol/l – dən çox, amma 11.1 mmol/l -dən az olur.
3. aşkar şəkərli diabet : artıq kliniki simptomlar və qanda şəkərin səviyyəsi şəkərli diabet diaqnozuna uyğun olur.

Seker xesteliyi norma: Normativlər venoz və kapilyar qanda fərqlənir. Acqarına kapilyar qanda şəkərin norması 5.6 mmol/l – dən az, venoz qansa isə 6,1 mmol/l – dən aşağı olmalıdır. Yüklənmə testindən sonra isə kapilyar qanda 7.8 mmol/l -dən az, venoz qanda isə 7.8 mmol/l – dən aşağı olmalıdır. Şəkərli Diabet diaqnozu kapilyar qanda 6.1 mmol/l – ə bərabər ya çox olmalıdır, venoz qanda isə 7 mmol/l – ə bərabər ya çox olanda qoyulur.

Sekerli diabet xesteliyi ne yemeli: Şəkərli Diabet mübadilənin pozulması ilə bağlı xəstəlik olduğuna görə qidalanma çox vacibdir. Diabetin tipinə görə qida rejimi də fərqli olur. Əgər 1-ci tip diabet zamanı qida qəbul edilən insulinə görə hesblanırsa, 2-ci tip diabetdə müalicə üsulu kimi çox vacibdir. Belə ki, yüngül, yeni başlanmış 2-tip diabet zamanı müalicə yalnız qida vasitəsilə də aparıla bilər.
Diabetli xəstənin qida rejimi fərdi məqsədlərə görə dəyişir. Piylənmə fonunda diabet zamanı yalnız qanda şəkərin miqdarı deyil, həmçinin tükədilən enerjinin qəbul edilən qidadan daha çox olması da vacibdir.
Ümümi rekomendasiylar isə : tez karbohidratlar (şəkər,şirniyyat və s) rasiondan tam çıxarılır, karbohidrat miqdarı azaldılır, daha çox tərəvəzlərə üstünlük verilir, gün ərzində 4-6 dəfə qidalanmaq məsləhət görülür, zülal.karbohidrat və yağ miqdarı balanslaşdırılmış olmalıdır.

Sekerli diabet xesteleri ucun qida normalari: Şəkərli Diabet zamanı qidalanma müalicədə çox vacib faktordu. 1-ci tip diabet zamanı qəbul edilən qidanın miqdarı istifadə olunun insulinə görə dəyişir. Hər bir insulin qəbul edən xəstə çörək vahidlərini hesablamağa bacarmalıdır. Çörək vahidi xüsusi olaraq icad olunmuşdur ki, 1 Ç.V. mənimsənilə bilən 10-12 q karbohidratlara bərabərdir. 2-ci tip diabet zamanı isə qida rasionu balanslaşdırılmış olmalı və sərf ediləcək enerji miqdarına görə hesablanmalıdır. Xəstənin cinsi, yaşı, çəkisi nəzərə alınmaqla istifadə ediləcək nutrientlərin miqdarı heblanmalıdır. Rasion ömür boyu tutulduğuna görə müxtəlif və dadlı olmalıdır.

[kkstarratings]

RƏYLƏR

Şəkərli diabet və düzgün qidalanma. Seker xesteliyi ne yemeli. Pehriz qida

Back To Top
WhatsApp chat