skip to Main Content

Сахарный диабет / Şəkərli diabet

Şəkərli Diabet – xroniki hiperqlikemiya və qlükozuriya sindromudur, insulinin tam ya natamam çatmamazlığı ilə xarakterizə edilir, spesifik mikro- və makrodamar ağırlaşmaları, neyropatiyalar və orqan və sistemlərdə baş verən digər patoloji dəyişikliklərlə birlikdə qeyd olunur.

Yəni tibb dili ilə danışmasaq – Ş.D. qanda qlükozanın (şəkərin) yüksək səviyyəsi ilə xarakterizə olunur, həmçinin sidikdə şəkər ola bilir. Bunların səbəbi də, mədəaltı vəzinin insulini – qanda şəkərin səviyyəsini kontrol edən hormonu, ya az ya da heç ifraz etməməsidir.

Şəkərli Diabet 1 tip – insulindənasılı diabet  və 2 tip – insulindənasılı olmayan diabet şəklində olur. Bəs fərq nədədir ? Birinci halda mədəaltı vəzdə insulin heç ifraz olunmur və pasientlər insulin inyeksiyalarını xaricdən almağa məcburdular. İkinci halda isə insulinin miqdarı ya az olur və bütün hüceyrələrə çatmır ya hüceyrələrin miqdarı həddən artıq (piylənmə) olur ki, insulin hər birinə çatmır. Bəzən artıq çəki varsa arıqlamaq şəkəri salmaq üçün yetərli olur. Ya da insulinin miqdarı normadan artıq olur, amma qanda şəkərin miqdarı yüksək qalır – hər şey ona görədir ki, hüceyrələr insulini hiss etmirlər, bu insulinrezistentlik adlanır.

Əmələ gəlmə səbəbləri :

1 tip Şəkərli Diabet inkişaf mexanizmdın asılı olaraq autoimmun və idiopatik olur. Mədəaltı vəzin hüceyrələrinin destruksiyası (ölməsi) çox zaman genetik olaraq baş verir, hansılara ki, müxtəlif xarici faktorlar (müxtəlif virus infeksiyaları, toksiki maddələr və s.) təsir edir.

2 tip Şəkərli Diabet isə heterogen və poligen xəstəlik olub, patogenezində karbohidrat mübadiləsini pozan  bir neçə genetik və xarici komponentlər iştrak edir.

Genetik olmayan risk faktorları :

  • yaşlılıq
  • piylənmə
  • ifrat qidalanma
  • azhərəkətli həyat tərzi
  • hamiləlik
  • döldaxili inkişafdan qalma
  • aclıq (kiçik yaşlarda)
  • stress
  • həyat tərzinin dəyişməsi

Gəlin bu haqda daha ətraflı danışaq.

2 tip diabetin əmələ gəlmə patogenezində iki faktor iştrak edir : insulinrezistentlik və beta-hüceyrələrin funksiyasının pozulması.

Normada biz nəsə yeyəndə qanda şəkərin miqdarı artır və buna cavab olaraq mədəaltı vəzi qana insulin buraxır, o da öz növbəsində qlükozanı (hüceyrələr üçün enerji mənbəyi) hüceyrələrə daşıyır və qanda şəkərin miqdarı azalır.

İnsulinrezistenlik insulinin ifraz olunmasına baxmayaraq hüceyrələrin onu hiss eləməmisidir. Yəni, biz nəsə yeyirik, qanda şəkər artır, cavab olaraq insulin də artır, amma hüceyrələr onu hiss etmir deyə onlara getmir, qanda qalır, insulinlə bərabər, hansı ki qıcıqlanmaya cavab olaraq arta-arta qalır.

Beta-hüceyrələrin funksiyalarının pozulması isə bir neçə faktorların təsiri nəticəsində əmələ gəlir, bunlara da : qlükozotoksiklik; insulin sintezinin pozulması; beta-hüceyrələrin kütləsinin azaması və s. Bütün bunlar insulinin yetərli miqdarda ifraz olunmamasına səbəb olur və qanda şəkərin miqdarı artır.

Simptomlar :

Diabetin diaqnostikası çətinlik etmir. Şəkərli Diabetin klassik simptomları – ağızda quruluq, susuzluq (polidipsiya), artıq iştah (polifaqiya), artıq sidiyə getmə (poliuriya), arıqlama, sidikdən aseton iyinin gəlməsi, yuxululuq, ümumi zəiflik, əmək qabiliyyətinin kəskin azalması, libidə və potensiyanın azalması, infeksiyalara (furunkulez, paradontoz) və göbələk xəstəliklərinə (bəzi qadınlarda xarici cinsiyyət orqanarında qaşınma, yanğı hissi) meillilik.

Bütün bu simptomlar 1 tip diabet zamanı kəskin baş verir, xüsusən kəskin – polidipsiya, polifaqiya və poliuriya olur.

2 tip diabet zamanı isə daha az kəskin olur, bəzən isə onlara bir çox illər zamanı fikir verilmir. Çox zaman həkimə müraciət qaşınma, infeksiyalar səbəbindən olur. Bəzən Şəkərli Diabet həkimə ağırlaşmaları ilə müraciət ediləndə tapılır : görmənin pozulması, katarakta, neyropatiya, böyrəklərin funksiyalarının pozulması, impotensiya və s.

Diaqnostika :

Qanda şəkərin miqdarı ac qarına 3,2 – 6,2mmol/l olmalıdır. Əgər göstəricilər daha yüksək çıxarsa şəkəri yeməkdən 2 saat sonra yenidən ölçmək lazımdır. Normada qanda şəkərin miqdarı 7.8 mmol/l-dən çox olmamalıdır, əgər şəkərin miqdarı 7.8-11.1 mmol/l – sə qlükozaya tolerantloq diaqnozu qoyulur, lakin 11.1 mmol/l-dən yüksık çıxarsa şəkərli diabetin ilkin diaqnozu qoyulur.

Sonrakı müayinələr həkim-endokrinoloq tərəfindən keçirilməlidir.

Müalicə :

Ş.D. terapiyası kompleks şəklində aparılır, və aşağıdakılardan ibarətdir :

  • pəhriz
  • dərman vasitələri ilə müalicə
  • dozalandırılmış fiziki yük
  • xəstənin təhsili və özünəkontrol
  • Ş.D. uzaq ağırlaşmalarının profilaktika və müalicəsi

Müalicənin məqsədi karbohidrat mübadiləsini kompensasiya halına gətirilmısidir

Back To Top