skip to Main Content

Диета - держать или нет? / Pəhriz - tutaq ya yox?

Artıq çəki ilə mübarizədə xanımlar nələr etmirlər. Xüsusən popular olan müxtəlif dəbli pəhrizlərdir. Müxtəlif saytlar Sizi qısa müddətdə artıq çəkidən azad etməyə söz verən fərqli pəhrizlər təklif edi. Amma mən istəyirəm ki, Sizə nə lazımdır haqqında yaxşı düşünəsiniz?! Bir həftə içində 10 kq çəki atıb, sonra çəki və sağlamlıqla nə olarsa olsun ya sağlamlığa xeyri olan uzun müddət çəkən effekt ?

Artıq çəkinin səbəbini aydınlaşdırmadan pəhriz saxlamaqdan öncə, istəyirəm ki, aldığınız qərar haqqında düşünəsiniz. Axı bir çox xəstəliklər, xüsusən də gizli, qeyri düzgün seçilmiş qida rejimi zamanı üzə çıxır. Mən möcüzəli pəhrizlər Sizə gətirdiyi ziyan haqqında danışmaq istəyirəm.

Aclıq – aclığın ziyanı ya xeyiri haqqında çoxlu diskussiyalar gedir. Amma əslində  yeməkdən kəskin imtina ya azalma nə ilə nəticələnə bilər?, baxaq. Mütləq bir şey var ki, o da 2-3 gündən artıq aclıq sağlamlıq üçün çox ziyandır. Çoxları düşünürlər ki, aclıq mədə-bağırsaq üçün dincəlmək fürsətidir, amma gəlin məntiqli düşünək, mədə-bağırsağın dincəlməyə ehtiyacı var mı? Axı mədə dicəlmək üçün proqraşdırılmayıb, qidanı həzm etmək onun bir başa vəzifəsidir. Daha məntiqli mədəni ağır, yağlı, qızarmış , çox istiotlu, ədvalı və duzlu ərzaqlarla yormamaq olardı. Həmçinin, aclığın çox zamankı ağırlaşmaları qastrit və onikibarmaq bağırsağın xoraları ola bilər, belə ki, mədə şirəsi ifraz olunur, amma qida daxil olmur. Nəticədə mədə öz-özünü həzm edir. Aclıqdan sürətli arıqlama məqsədi ilə istifadə edərkən, Siz normal rasiona qayıdınca bu gedən kiloları necə tez itirdinizsə elə də tez qayıtması haqqında heç düşünmürsünüz. Həmçinin aclıq zamanı oranizm stress halında olur və ilk istifadə edəcəyi əzələ zülalları olacaqdır.Yəni, itirdiyiniz kilolar sudan, nəcis kütləsindən, əzələ kütləsindən və bir qədər piydən ibarət olacaq.

Bundan əlavə aclıq zamanı leptin (aclıq hissinə cavabdehdir) adlanan hormonun işi pozulur, bu da dəhşətli aclıq tutmaları ilə nəticələ bilir. Həmçinin ketonla intoksikasiya da baş verə bilər, bunun nəticəsi kimi orqanizi təmizləməq əvəzində tam tərs nəticə əldə etmiş olacaqsınız. Aclıqdan bir gündən artıq istifadə etməməyinizi məsləhət görərdim  !

Karbohidratlarsız pəhrizlər – ərzaqların içində ən danlananı karbohidratlar olur adətən. Axı onlar artıq çəkinin səbəbidir, insulinə təsir edirlər və ümumiyyətlə çox ziyandırlar. Karbohidrat miqdarının kəskin azaldılması ya tam çıxarılması ilə müşaət olan pəhrizlər külli miqdardadır. Mən artıq onların hesabını belə itirdim – Atkins, Dükan pəhrizləri, Ketopəhriz və s. Amma gəlin aydınlaşdıraq, bu karbohidratların həqiqi günahları nədir axı.

Məsələ bundadır ki, insan orqanizminin qidalanma təməlində məhz karbohidratlar durmalıdır – orqanizmin enerjisinin təminatçıları. Onlar rasionun 50-70 %-ni təşkil etməlidir. Belə ki, onlar bu funksiyaları yerinə yetirir – struktur və dayaq, mqdafiə, plastik, energetik, saxlayıcı, osmotik, reseptor, beyin qidalanması,requlyator, sorbent və s. Orqanizmdə belə mühüm funksiyaları yerinə yetirdiklərinə görə, onlardan imtina orqanizmin bir çox funksiyalarını pozacaqdır. Əgər karbohidratları rasiondan çıxarmaq istəyirsinizsə tez jarbohidratları çıxarın. Belə ki, onlar qanda şəkərin kəskin yüksəlib azalmasına,kəskin insulin sıçrayışlarına gətirib çıxarır. İstifadə üçün düzgün karbohidratlardan istifadə edin. Amma rasiondan onların tam çıxarılması müxtəlif xoşagəlməz simptomlarla nəticələnə bilər : ümumi zəiflik, baş gicəllənməsi, baş ağrısı, aclıq, ürək bulanma, güclü tərləmə, əllərdə titrəmə, yuxululuq, qanda şəkərin düşməsi, ağızdan pis qoxu, əhval-ruhiyyənin dəyişməsi, qarında köp, qəbizlik, yorğunluq, enerji çatmamazlığı, zehni fəaliyyət ilə çətinliklər, aclıq hissi, daimi üşümək.

Nəzərə alın ki, orqanizmə artıq zülal lazım deyil, bu orqanizmin intoksikasiyasına, qəbizliyə, narahatçılığa və karbohidrat mübadiləsinin pozulmasına səbəb olur. Bundan əlavə zülallı pəhrizlər oynaq və böyrəklərə pis təsir edir. Zülallı pəhrizdən sağlamlığınıza zərər yetirmədən o zaman istifadə edə bilərsiniz ki, iki həftədən çox çəkməsin, rasiondan karbohidratlı ərzaqlar tam çıxalmasın.

Pəhrizlərin içində monopəhrizlər də çox populyardır. Eyni ərzaqdan uzun müddət istifadədir. Məsələn, qarabaşaq,düyü, kefir, şokolad, xiyar, qarpız və s. pəhrizləri. Çox adama bu çox rahatdır, ərzaq almaq lazım deyil, nə bişirim deyə problem olmur. Lakin, belə pəhriz bizə nə verir ? Pəhrizlərin içində monopəhriz ən balanslaşdırılmamış və ziyanlıdır, bir neçə gündən artıq onu saxlamaq məsləhət deyil. Özdə bu pəhrizlərin hər biri başqa cür ziyandır. Belə ki, monopəhriz zamanı orqanizm ehtiyacı olan nutrientləri (zülal, yağ,karbohidrat), mikroelementləri və vitaminləri almır.İçlərində ən təhlükəsizi kefir monopəhrizidir, o da 3 gündən artıq saxlanmırsa.

Duru pəhrizlər – bu müxtəlif cür duru qidanın istifadəsi ilə olan qida rejimidir. Belə pəhrizləri yalnız yüngüllük günləri üçün istifadəyə yararlıdır, 3 gündən artıq saxlanılmamalıdır. Belə ki, duru qida bir çox xəstəliklər zamanı əks göstərişdir. Həmçinin, bərk qida bizim mədə-bağırsaq sisteminin normal işləməsi  üçün zəruridir. Uzun müddət bərk qida olmasa bağırsaq xəstəliklərinə səbəb olur. Həmçinin, duru pəhrizlər sidikqovucu effektə malikdir. Bu da xüsusən böyrəklərdə və öd kisəsində  daş olan xəstələrə ziyandır.

Rasiondan yağların çıxarılması – yalnız yağsız məhsullardan istifadə etmək. Amma bu düzgündür mü?

Energetik funksiyadan başqa yağlar orqanizm üçün tikinti materialı rolunu da oynayır. Onlar hormonal, mübadilə,hüceyrə və s. balansı saxlamaq üçün zəruridir. Bütün hormonların tərkibinə xolesterin daxildir, onun yetərli miqdarda olmaması bizim hormonal balansımız pozulur. Onlar ürək sisteminin işi üçün( xüsusən omeqa-3 ) vacibdir, qan laxtalanmasını  azaldırlar, tromb əmələgəlməsini zəiflədir, xolesterinin normal səviyyəsini saxlayır. Həmçinin, toxumaların insulinı olan həssaslığını artırır. Bu xüsusən insulinrezistentlik zamanı çox vacibdir. Belə ki, yağsız zülal yağ ilə birlikdə olan zülaldan daha çox insulin ifrazına səbəb olur. Qadın orqanizmində yağlar xüsusilə vacibdir. Belə ki, bir sıra yağda həll olan vitaminlər var , hansılar ki, rasionda yetəri qədər yağ olmasa sorulmurlar. Onlar isə orqanizm üçün çox vacibdir, hər biri haqqında bir çox şey yazmaq olar, onlar immunitetin işində böyük rol oynayırlar, hüceyrə membranının bütövlüyünü saxlayır, antioksidantdırlar və orqanizmi qocalıqdan qoruyur. Menstrual sikl də həmçinin rasionda düzgün yağların miqdarından asılıdır. Yağların olmaması həzm sisteminin işini də pozur, ödün durğunluğu baş verir, nəticədə – diskineziya, öddaşı xəstəliyi və s.

Yağlar heyvani və bitki mənşəli olur. Həmçinin çox pis keyfiyyətli yağlar da var, müxtəlif  keyfiyyətli yağları transyağlarla təsərrüfatda, tez qida yerlərində və s. əvəz edilir. Bax bunları biz rasionumuzdan çıxarmalıdır.

Bundan əlavə hər-hansı pəhrizi müşahidə edən vitamin və mikroelementlərin çatmamazlığı haqda danışmaq istərdim. Əgər pəhriz 5 gündən uzun davam edərsə orqanizmdə yığılmayan suda həll olan vitaminlərin əmələ gəlməsində problem yaranır. Onlarsız özünüzü narahat hiss edirsiz – sinir sistemi, görmə zədələnir, yuxu pozulur, ferment sintezi pozulur, bu da həzm prosesini pozur. Siniz sisteminin pozulması müxtəlif depressiyalara gətirib çıxarır. “Dietik depressiya” artıq təsdiq olunmuş faktdır. Bu vitamin çatmamazlığı fonunda yaranan stressdir, həmçinin insan psixikasına təsir göstərən məhdutiyyətlərin nəticəsidir. Həmçinin bu hal müxtəlif arıqlama üçün möcüzəli həblər, kofe ya çayların istifadəsi zamanı da baş verə bilər.

Həmçinin pəhrizlər zamanı xroniki xəstəliklər , haqqında bilmədiyiniz xəstəliklər başını qaldırır.

Pəhrizlər zamanı rast gəlinən çox vacib fakta daha toxunmaq istərdim, o da mikroelementlərin çatmamazlığıdır. Xüsusən orqanizm kalsium və yağda həll olan vitamin D çatmamazlığından əziyyət çəkir. Belə ki, kalsium vitamin D olmadan pis sorulur, yəni yağsız kəsmik ya kefir tam mənasızdır. Həmçinin, monopəhrizlər zamanı dəmir defisiti də ola bilir, ən çox bu vitamin ətdə olduğuna görə, onun çatmamazlığı zamanı orqanizm bu vitamini almır. Nəticədə həmçinin, orqanizmə bir çox vitamin və mikroorqanizmlər gəlmir deyə, anemiyalar, yorğunluq, dəri quruluğu, saç, dırnaq qırılması, sınıqlara meillilik, zəiflik, ürək və digər sistemlərin pozulmasına səbəb olur.

İstərdim deyim ki, hər şey hormoniyada gözəldir. Hətta şərq praktikası Ayurveda balans haqqında danışır. Sonra Hipokratın bir neçə sitatını misal gətirmək istəyirəm – ” Nə doyma, nə aclıq nə də hər hansı bir şey yaxşı deyil, əgər təbiətə uymursa ”

Düzgün qidalanın, düzgün arıqlayın və saqlam olun !

Yorucu məşq olmadan və ziyanlı pəhrizlərdə oturmadan hər ay 4-6 kq artıq çəkidən azad olmaq istəyirsiniz?
Onda siz məndən öz sağlamlığınıza və həyat tərzinizə uyğun fərdi qidalanma proqramını + fərdi onlayn və oflayn məsləhətlər ala bilərsiniz.

“ARIQLAMAQ ÜÇÜN DÜZGÜN QİDALANMA”

Ariqlamagin yollari / Правильное питание

NÜMAYƏNDƏSİ OLDUĞUM FUNKSİONAL TİBB VASİTƏSİ ILƏ SAĞLAMLIQLA BAĞLI MÜXTƏLİF PROBLEMLƏRİ HƏLL ETMƏK MÜMKÜNDÜR.
BƏZƏN MÜXTƏLİF BİLİKLƏRƏ SAHİB OLMAĞINIZA BAXMAYARAQ, SİZDƏ BU ALINMIR! ÇÜNKİ, NƏYİ VƏ HANSI ARDICILLIQDA DƏYİŞMƏYİ BİLMƏK LAZIMDIR.
BUNU ETMƏYƏ MƏN SİZƏ KÖMƏK EDƏCƏM.

HƏMÇİNİN SİZDƏ HƏR HANSI BİR ŞİKAYƏT YOXDURSA VƏ GƏLƏCƏKDƏ XƏSTƏLİKLƏRİN YARANMAMASI ÜÇÜN PROFİLAKTİKA ETMƏK İSTƏYİRSİNİZSƏ MƏN SİZƏ YARDIM EDƏ BİLƏRƏM. BİR ÇOX XƏTSƏLİKLƏRİN TƏK HƏYAT TƏRZİNDƏ VƏ QİDALANMADA DƏYİŞİKLİK ETMƏKLƏ QARŞISINI ALMAQ OLAR.
BÜTÜN BU PROBLEMLƏR MƏNİM İXTİSASIMA AİDDİR. HAZIRSINIZ?

SİZİN HANSI PROBLEMİNİZİ HƏLL EDƏ BİLƏRƏM?

  • Sizin artıq çəkiniz var və/ ya da Siz çoxlu pəhrizlərə əl atıb, nəticə əldə etməmisinizsə
  • Çox yediyinizə baxmayaraq kökələ bilmirsiniz
  • Siz köpdən əziyyət çəkir,özünüzü hava balonu kimi hiss edirsiniz, yeməkdən sonra isə paltarınızı dəyiçəcək hala düşürsünüz
  • Sizin çoxlu bilikləriniz var, amma öz üzərinizdə onları necə tətbiq edəsiniz bilmirsiz
  • Siz həmişə yorğunluq hiss edirsiniz
  • Siz stressdəsiniz
  • Siz pis yatırsınız : yuxuya gedə bilmirsiz, gecə oyanırsız, və baxmayaraq ki, 8 saat yataqda keçirmisiniz, özünüzü yorğun hiss edirsiniz
  • Sizin müxtəlif xəstəlikləriniz var (diabet, qastrit, ishal, qəbizlik, MBT xəstəlikləri, ürək-damar xəstəlikləri, xərçəng, sistit və s)

TƏLİMİN QİYMƏTİ

MƏN NECƏ İŞLƏYİRƏM

Qarşımızdakı məqsəddən asılı olaraq, sizə oflayn  ya onlayn halda fərdi məsləhətlər təklif edirəm.

Deməli, biz Skype, Whatsapp və ya Google Hangouts-da 1 saatlıq görüşəcəyik. Həmçinin çalışdığım klinikada da görüşə bilərik.

  1. Sizin gündəlik qidalanma rejimi(gündəlik həyatda qidalanma zamanı sizin hansı səhvlərə yol verdiyinizi bilməliyəm) – bu cədvəl (qida gündəliyi) 3-5 gün ərzində doldurulur. Bunu dərhal, yaddaşa güvənməyərək doldurmaq məsləhət edirəm. Qidalanma gündəliyinin doldurulması, artıq müalicənin başlanmasıdır.
  2. Simptomlar və xəstəliklər: simptomların təsviri mənə problemin hansı tərəfdə olduğundan xəbər verəcək. Gizli və ya aşkar gedən hormonal dəyişikliklər, həzm sisteminin problemləri haqda məlumatı mənə simptomlarınız məlumat verəcəkdir.
  3. Məlumat çox olacaq, ona görə qələm və kağızla olsanız yaxşıdır. Əlbəttə ki, bütün məlumatları Sizə qısa formada e-poçt vasitəsilə göndərəcəm. Amma yenə də görüş zamanı bəzi məsləhətləri qeyd etsəniz, yaxşıdır.

KONSULTASİYADA BİZ:

  • Sizin həyatınızı və motivasiyanızı müzakirə edəcəyik – niyə məhz Sizdə bu problem var və onu aradan qaldırılması üçün nə edək
  • Sizin vərdişlərinizi və qidalanmada sevdiklərinizi müzakirə edəcəyik
  • Sizin qidalanma ilə bağlı suallarınızı müzakirə edəcəyik ( məsələn, meyvələri digər yeməklərdən ayrı yemək doğrudu )
  • Sizin fərdi qidalanma proqrammınızı quracağıq
  • Sizin vitaminlərə ya digər qatqılara ehtiyacınız var ya yoxdur müzakirə edəcəyik

MƏN SƏRBƏST QRAFİKLƏ ÇALIŞIRAM, ONA GÖRƏ GÖRÜŞÜ HƏM BAZAR GÜNÜ, HƏM DƏ İŞ GÜNLƏRİNƏ SALA BİLƏRİK. HƏM SƏHƏR VƏ YA AXŞAM OLMASI DA VACİB DEYİL. YEGANƏ ŞƏRT – GÜN VƏ ZAMANI QABAQCADAN RAZILAŞDIRMAĞIMIZDIR. ÇOX VAXT 1-2 HƏFTƏ QABAQ YAZILMAQ VACİBDİR. ONA GÖRƏ DƏ, İSTƏYİNİZ VARSA MƏNƏ E-POÇT / WHATSAPP / ONLAYN ÇAT VASİTƏSİLƏ YAZIN Kİ, SİZƏ UYĞUN ZAMANI TƏYİN EDƏK.

MƏN FƏRDİ YANAŞMAYA ZƏMANƏT VERİRƏM

  • Soğan sevmirsinizsə onu yeməyə məcbur etməyəcəm, yaşadığınız yerin ətarfındakı dükanlarda müəyyən bir ərzaq yoxdursa axtarmağa ehtiyac olmayacaq, bütün tövsiyyələr FƏRDİ olacaq !
  • Mən Sizin boş zamanınızı aydınlaşdıracam və yemək bişirməyi bacarığı / istəyinizi nəzərə alacam
  • Sizin idman, iş vaxtınızı və s. nəzərə alacam, çünki əsas iş mənim tövsiyyələrimi icra etməkdir. Səhər yeməyinə 5 dəqiqə vaxtınız varsa, təzə bişirilmiş tərəvəzli omlet yazmayacam.
  • Həmçinin, hər hansı bir ərzaqdan ayrılmağa hazır deyilsinizsə, rasiondan tam çıxarmayacam, alternativləri axtaracağıq.
  • Əgər yemək bişirmirsinizsə getdiyiniz məkanların menyusuna baxıb, uyğun qidaları məsləhət görəcəm və ya çox asan reseptlər təklif edəcəm.
  • Əgər sağlamlıqla bağlı (hormonal, həzm və s) problemləriniz varsa, onların müalicəsini də tövsiyə edəcəm. Ehtiyac olarsa, xəstəliyinizə uyğun ixtisas həkiminə də yönləndirəcəm.

LAYİHƏ HAQQINDA BÜTÜN YENİLİKLƏRİ BİRİNCİ ƏLDƏ ETƏK İSTƏYİRİZ?
@DRLEYLAABBASLI INSTAGRAM KANALIMIZA ABUNƏ OLUN

BLOQ

FAYDALI MƏLUMATLAR

Suretli ariqladan qidalar: Bəzi qidalardan istifadə edərək arıqlama prosesini tezləşdirmək olar ! Nəzərinizə arıqlamaqda yardımcı olan 10 ərzağı çatdırıram .
1. Təzə xiyar : baxmayaraq ki, tərkibində çox az nutrient var ( yalnız A və C ), Sizi növbəti yeməyə qədər tox tutacaq.
2. Qreypfrut : bu meyvə özü-özlüyündə çox dadlıdı, meyvə salatlarına da çox yaraşır. Tədqiqatlar göstərir ki, qanda insulinin miqdarını azaltdığına görə arığlamağa kömək edir.
3. Mərci : özündə çoxlu lif, maqniy və fol turşusu saxlayır, onun hesabına çox qidalandırıcı və doyumludur. Yağlı və kalorili naharı gözəl əvəz edir, kkal miqdarı d çox azdır.
4. Yulaf : yulafın da tərkibi liflərlə zəngindir, toxluq hissini uzadır. Səhər yeməyinə yulaf sıyığı hazırlayın, nahara gədər tox qalacaqsız.
5. Alma : qəlyanaltəlar üçün azkalorili gözəl alternativdir. Həm çiy həm sobada bişirib yeyin.
6. Yumurta : baxmayaraq ki, yumurtanı heç də az kalorili qida saymaq olmaz. Yalnız tərkibi zülal və vitaminlərlə zəngindir. Bişmiş halda səhər yeməyində və idmandan sonra qəlyanaltılarda istifadə edin.
7. Badam : bütün qoz-findıqlarda kkalmiqdarı və yağların miqdarı çoxdur. Badam ən az yağ saxlayan qoz növüdür. Qəlyanaltılarda qəbul edin ki, rejimi pozmayasınız.
8. Qara şokolad : baxmayaraq ki, bu məhsulda çoxlu kkal və yağlar var, digər şirniyyatlara görə onu çox yemək çətindir, həm çoxlu antioksidantlarla zəngindir.
9. Tərəvəzli şorbalar : müxtəlif pəhrizlər zamanı çoxlu maye qəbul eləmək şərtdir, belə şorblar da, bu şərtə çox uyğundur. Tərkibində tərəvəzlər olduğuna görə vitaminlər və liflər boldur, nəticədə tox tutur.
10. Kofe : səhər bir fincan kofe gözəl gəlir. Yalnız əlavə olunan süd bütün effekti korlayır. Bir fincandan artıq isə insulinin ifrazına təsir elədiyi üçün əks təsir edə bilər.

Asan pehriz: Pəhrizlərin sayı inanılmaz çoxdur. Asan əziyyətsiz pəhrizlər sırasında hər yemək öncəsi su içməkdir. Mədə dolu olduğu üçün porsiyanın ölçüsü azalır.Bəziləri müəyyən zamandan sonra yeməməyə üstünlük verir. Amma bu da, dietologiya baxımından düz deyil. Asan gələn pəhrizlər sırasında aralıq dənizi pəhrizi, çin pəhrizi, şimal pəhrizi, Dayyan Kressin metobolik pəhrizi və s. var. Amma mənim zənnimcə ən asan saxlanıla bilən, mextəlif qidalarla zəngin, balanslaşdırılmış düzgün qidalanma rejimidir. Bu zaman həm tox qalır, həm də müxtəlif ərzaqlardan istifadə edə bilmək gözəl alternativdir.

Ariqlamagin yollari: Arığlamaq çətindir, sağlmlığa zərər yetirməyərək arığlamaq isə ondan da çətindir !
1. İlk əvvəl arığlamağa qərar verin. Bunun üçün özünüzə düzgün motivasiya seçin. Arzunuz məqsədinizə dönüşsün deyə özünüzə tarix seçin.
2.Proffesional dəstək alın. Qidalanma mütəxəssisi ilə birgə zərərli vərdişləri aşkar edin və fərdi qidalanma proqrammını alın.
3. Səbirli olun. Hədəfi seçərkən ehtiyatlı davranın. Unutmayın ki, ayda 3-6 kq-dan artıq çəki itirmək faydadan çox sağlamlığınıza zərər verəcək.
4. Yuxunuza diqqət edin. Gündəlik yuxu rejimi 7-8 saat olmalıdır. Daha az ya daha çox yuxu artıq çəkiyə səbəb ola bilər.
5. Səhər yeməyini unutmayın. Hər gün düzgün səhər yeməyi Sizi artıq çəkidən azad edəcək.
6. Ac qalmayın. Aclıq hissinin nəticəsi arıqlama deyil, bunu unutmayın.
7. Tez-tez və az-az yeyin. Belə qidalalnma rejimi Sizi artıq yeməkdən qoruyub, insulin ifrazını kontrol altında saqlamağa yardım edir.
8. Yemək payını atlamayın. Hər buraxılmış yemək payı digər saatda daha artıq yeməyə yol verəcək.
9.Süfrəyə çox ac oturmayın, axşam yeməyini çox gecəyə salmayın,yemək yeyərkən tələsməyin, yeyərkən diqqətinizi dağıtmayın.
10. Qida müxtıliflıyinə diqqət edin. Zülal ağırlıqlı pəhrizlər, ayırma pəhrizi, tərəvəzvə meyvə pəhrizlər kimi qidalanmaqdan uzaq durun, belə qeyri-kafi və balanslaşdırılmamış bəslənmə maddələr mübadiləsini pozur.

Daha ətraflı məsləhətlər mənim saytımda və instagramm səhifəmdə tapa bilərsiniz.

Darcinla ariqlama: Darçının arığlamağda olan rolu nisbətən yaxın zamanlarda tapılıb. İndi arığlamaq istəyənlər bu ədvanı həm çaylarda, həm də ki, onun əsasında içkilər hazırlamaqla istifadə edə bilər.
Tədqiqatlar göstərir ki, darçının istifadəsi qanda qlükozanın və xolesterinin miqdarının azalmasına səbəb olur, insulin ifrazını stabilləşdirir. Həmçinin darçın içtahı azaldır və yeni piy hüceyrələrinin əmələgəlməsini əngəlliyir, köhnələrin parçalanmasına təsir edir. Bütün bu xüsusiyyətlər darçını arığlamaq üçün effektif edir. Bu xüsusiyyətlərdən istifadə edərək bir çox dietoloqlar darçını qidalanma proqrammlarına daxil edir.

Kokelmeyin yollari: Bütün günü qamburger, dönər, pizza yeyib hamısını qazlı içəcəklərlə içirsiz? Və bunlara baxmayaraq arıqsız? Bu problemlə necə mübarizə aparmaq olar, aşağıdadır.
Bir çox insanlar bunu “yaxşı metobolizm” ilə əlaqələndirirlər. Amma heç bir metobolizm hər gün 7-9 min kkal sərf edə bilməz. Bəli, düz oxudunuz, 7-9 min kkal,bi çox kökəlmək istəyən insan bu qədər yeyir!
Bir çox insan qidaları mənimsəmədiyinə görə kökəlmir. Nəticəsi : bütün gün davam edən aclıq hissi, gün ərzində davam edən yorğunluq hissi, dəri ilə olan problemlər, allergiya, tez qocalma, hormonal problemlər, çox zaman sonsuzluq, soyuqdəymə və qripplə tez-tez xəstələnmə. Bu problemlər siyahısını çox davam etmək olar, bunlar çox fərdidir. Bəs nə edək?
Qidalanma probleminin həlli ilə başlayaq. Bunun üçün bu problemin səbəbi tapılmalıdır, zərərli mikroorqanizmləri aşkar edib, yox etmək və faydalılarla əvəz etmək. Həzm prosesini qıcıqlandıran və ləngidən qidalardan uzaq durmaq. Psixoloji və emosional problemləri həll etmək. Düzgün qida rejiminə və yuxu rejiminə əməl etmək

Ariqlama caylari. Ariqlamaq ucun caylar: Son zamanlar arığlamaq üçün çaylar çox populyar olub. Belə çaylar ot tərkibli olur və tərkibi dəyişkən ola bilər. Belə çayları həm aptekdə hazır, həm də ki, evdə özünüz hzırlaya bilərsiniz.
Əslində, bu çaylar piy toxumalarına heç bir təsir etmir və təsirini sidikqovucu ya ishal ilə göstərir. Ona görə elə çaylar yalnız əlavə köməkedici bir vasitə kimi istifadə edə bilərsizniz. Həzm prosesini yaxşılaşdırmaqla orqanizmdən toksinləri çıxarır. Amma çay seçərkən çox diqqətli olun, belə ki, güclü effekti ilə ya orqnizmdə susuzluğa, ya da bağırsaq florasının pozulmasına gətirib çıxara bilər. Həmçinin A/T varsa sidikqovucu çaylarla diqqət edin.
Effektləri 2-3 həftədən sonra görünür, amma qısamüddətli olduğunu unutmayın, çayları qidalanma rejimi ilə birgə istifadə edin.

Qrecka dieti. Qarabasaq pehrizi: Qrecka dieti. Qarabasaq pehrizi monopəhrizlərin arasında ən popular olanıdır. Çünki, qarabaşaq pəhrizi baha deyil, istifadədə asantdır, az müddətdə istədiyiniz məqsədlərə çatdırır. Öncə bu pəhrizin üstünlüklərinə baxaq :
1. Qarabaçaq bahalı deyil, gec xarab olur, asan tapılır
2. Qarabaşağı xarab etmək çox çətindir, soyusa da öz dadını və faydasını itirmir.
3. Qarabaşaq pəhrizi bütün monopəhrizlər arasında ən tərkibi zəngin olanıdır. Onun tərkibində çoxlu vitaminlər, liflər var.
4. Qarabaşaqda karbohidratların miqdarı daha azdır, ona görə toxluq hissi uzun müddət saxlanılər.
5. Tərkibində çoxlu liflər orqanizmi gözəl təmizləyir.
İndi isə mənfi cəhətlərini sadalayaq :
1. Bütün monodietlər kimi bu pəhriz növü də insanda böyük güc və qüvvə tələb edir. Belə ki, qarabaşağı sevsəz də, bir neçə gün sonra bezəcəyiniz qaçılmazdır.
2. Bütün monopəhrizlər kimi bu pəhriz də orqanizm üçün böyük strüssdir. Tərkibi nə qədər zəngin olsa da, orqanizmin fəaliyyəti üçün kasaddır. Maksimal müddət 7-10 gündür.
3. Əgər pəhrizi başlayandan sonra özünüzü pis hiss etdinizsə, onu dayandırın.
4. Əgər müalicə olunursuzsa, hamiləsiniz ya süd verirsinizsə pəhrizə oturmayın.
5. Bir çox insanlara bu pəhriz düşsə də, unutmayın ki, bəzən qarabaşaq kökəlməyə yol açır. Əgər insuliniz yuxarıdısa daha diqqətli olun.

Mən bir qidalanma mütəxəssisi olaraq bütün mono ya digər pəhrizlərə qarşıyam. Arıqlamaq üçün balanslaşdırılmış fərdi qidalanma proqrammlarına üstünlük verin. Onda onun effekti də uzunmüddətli olacaq !

Ariqlama dermanlari: Artıq çəki ilə mübarizədə hər şeyə əl atmağa razılaşan xanımlar da var. Burda da elə gözəl vədlər var – idmansız, pəhrizsiz, əziyyətsiz və çox tez arıqlamaq fürsəti var. Sadəcə iç tabletlərdən və artıq çəkidən azad ol. Amma xanımlar unudurlar ki, nəzarətsiz, həkim məsləhəti olmadan, meayinəsiz bu tip preparatların qəbulu təhlükəlidir. Siz saqlam bədəni arıq bədənə dəyişməyə razısınız?
Bəzi preparatlardan yazmaq istəyirəm : Orlistat tərkibli dərmanlar (ksenikal, orsoten və s) orqanizmdə lipazanın ifrazını saxlayır. Yağın sorulmasını əngəlliyir. Nəzrətsiz istifadəsi üd yollarında, mədə-bağırsaq traktına problemlər yarda bilər. Sibutramin tərkibli prepratlar (reduksen,qoldrayn və s) sinir sisteminə təsir edib, aclıq və toxluq mərkəzlərinə təsir edir. Ancaq ifrat piylənmə və bulimiylrda təyin olunur. Nəzarətsiz istifadə isə sinir sistemi xəstəliklərinə, nevroz, psixoemosional problemlərə, həmçinin ürək ritminə, arterial təzyiqə, bağırsaq və böyrəklərdə problemlərə yol açır. Bəzən arıqlamaq istıyi qadınları furosemid içməyə vadar edir. bu isə sidikqovucu preparat olduğu üçün, ödümlərin müalicəsində istifadə olunur. Saqlam insanlarda isə onun qəbulu su itkisinə görə qısamüddətli çəki itkisinə gətiribb çıxartmaqla bərabər, orqanizmə ziyan vurur. Digər badlar, güya təbii preparatlar, tay, brazil və s kimi tabletlər və digər tez zamanda arıqlamağı vəd edən dərmanlardan uzaq olun.
Unutmayın ki, heç bir sağlıqsız çəki itkisi sizin saqlamlığınızdan dəyərli deyil. Sağlam arıqlayın, düzgün qidalanın, həkim nəzarəti olmadan dərman qəbul etməyin !

Dietalar ariqlamaq ucun: Bütün qadınların arzusu olan tez bir zamanda böyük miqdarda çəki itirməkdir. Həqiqətən də, belə pəhrizlər mövcuddurmu ya hamısı yalandır ? Əlbəttə ki, var, və internetdə baxsaq külli miqdardadı. Araşdırma aparanda isə bütün pəhrizlərdə bir ortaq əlamətlər vardır. Məsələn, pəhrizlərin çoxu monopəhrizlərə, yəni ki, 1-2 ərzaqlardan istifadə etməklə qurulan pəhrizlərə aiddir. Bu da ki, orqanizmin bir çox maddələrdən məhrum edir, ehtiyacını ödəmir, effekti də qısamüddətli olur. Daha da populyar pəhrizlərə zülal, kreml, dükan, minimum karbohidrat saxlayan pəhrizlər, orqanizmin karbohidrat,bəzən də yağ ehtiyacını ödəmir. O da ki, saç tökülməsi, ürək problemləri, pis əhval-ruhiyyə, böyrək xəstəliklərinə və s. yol aça bilir. Ona görə saqlamlığınıza diqqətlə yanaşın, düzgün arıqlyın, xəstəliklərinizi və tələbatınızı nəzərə alan fərdi proqrammlara üstünlük verin.

1 hefteye 5 kq ariqlamaq: İnternetdə bu sualı axtarışa verəndə pəhrizlərin sayından adamın gözləri qamaşır. Hər zövgə uyğun pəhrizlər çıxır. Onlara həm monopəhrizlər, kefir pəhrizi, zülal tərkibli, yapon və s. pəhrizləri aiddir. Elə pəhrizlər zamanı ilk günlərdə çəki itkisi olsa da, plato effektinin – orqanizm tərəfindən “təhlükə” hiss edib yığım, itirilənlərin kompensasiyası rejimini qoşub çəki itkisinin dayandırılması, ehtimalı da yüksəkdir. Və nəticələriniz fiaskoya uğrayır. Əgər bu baş vermirsə də, bu cür pəhrizlərdə itirdiyiniz o 5 kq nədən ibarətdir ? Heç düşünmüsünüzmü? Qısa müddətdə itirdiyiniz hər kq su, qida tullantıları ( həzm olunmamış qida, bağırsaqda qalmış nəcis, toksinlər və s) və əzələ kütləsidir, yalnız kiçik bir hissəsi piydən ibarət olur. Yəni ki, pəhriz bitən kimi də o kq həmən geri qayıdır. Həm bu cür itki dəri sallanmalarına, sellülitə, lirt dəriyə səbəb olur.
Unutmayın ki, əziyyətinizi və əsas da sağlamlığınızı qorumaqdan ötrü saqlam arıqlamaq şərtdir. Belə ki, saqlam şəkildə arıqladıqda həm itirdiyiniz kiloqrammlar geri qayıtmır, həm də ki, çəki piydən gedir. Həftəyə yalnız 0.5-1.5 kq arıqlamaq məsləhət olunur. Bu da sizi həm gözəl vücuda, həm gözəl dəriyə sahib olacaqsız

Qatıqla ariqlamaq / Qatıq pehrizi: Yalnız bir məhsulla arıqlama pəhrizləri monopəhrizlərə aiddir. Monopəhrizlər isə orqanizmi bir çox ehtiyacı olan maddələrdən məhrum edir. Qatıqla olan pəhriz də, həmçinin monopəhrizlərə aiddir. Uzun müddət bu pəhrizdə oturmaq çəkinin sudan, əzələdən itirilməsinə səbəb verir. Bir gün əzrində qatıqla qidlanmaq yüngüllük günü kimi həqiqətən də çox faydalıdır. Orqanizmi artıq şlaklardan təmizləyir, yalnız 3 gündən artıq elə pəhriz sağlamlığınıza ziyan vuracaq. Saqlam arıqlamaqa üstünlük verin.

Su ilə ariqlamaq : Su pehrizi: İnsan təqribən 65 % sudan ibarətdir. Susuz insan üç gündən artıq yaşaya bilməz. Orqanizmdə su çatmamazlığı dehidrotasiya adlanır. Əlbəttə ki, idman ya fiziki iş zamanı suya olan ehtiyac artır.
Arıqlamada suyun rolu da böyükdür. Su unikal əlamətlərə malikdir . Yetəri qədər su içmək maddələr mübadiləsini tezləşdirir. Deməli ki, arıqlamağa səbəb olur.
İndi isə arıqlamaq üçün suyu necə içməliyik araşdıraq. İlk əvvəl günə oyanan kimi bir stəkan ilıq su ilə başlamaq gərək. Daha sonra isə, hər yemək 20 dəq öncə və yeməkdən 40 dəq sonra su için. Su normanızı saat 18.00 kimi için ki, ödemləriniz olmasın. Bəs su ehtiyacı necə hesablanır? Öncə ideal çəkinizi bilirsiz, daha sonra hər ideal çəkinizin 1 kq-a 30-35 ml qədər su içirsiz. Yəni ki, əgər ideal çəkiniz 60 kq-sa gündə 1.8-2.1 litr maye qəbul etməlisiniz. Bura sudan əlavə şorba, şirə və digər içəcəklər aiddir. Amma əgər su ilə arıqlamaq istiyirsinizsə, bütün içəcəkləri təmiz qazsız su ilə əvəz edin.
Əgər su içmək Sizə çətindirsə, özünüzü yavaş-yavaş öyrəşdirin.

RƏYLƏR

Back To Top