skip to Main Content

Диета - держать или нет? / Pəhriz - tutaq ya yox?

Artıq çəki ilə mübarizədə xanımlar nələr etmirlər. Xüsusən popular olan müxtəlif dəbli pəhrizlərdir. Müxtəlif saytlar Sizi qısa müddətdə artıq çəkidən azad etməyə söz verən fərqli pəhrizlər təklif edi. Amma mən istəyirəm ki, Sizə nə lazımdır haqqında yaxşı düşünəsiniz?! Bir həftə içində 10 kq çəki atıb, sonra çəki və sağlamlıqla nə olarsa olsun ya sağlamlığa xeyri olan uzun müddət çəkən effekt ?

Artıq çəkinin səbəbini aydınlaşdırmadan pəhriz saxlamaqdan öncə, istəyirəm ki, aldığınız qərar haqqında düşünəsiniz. Axı bir çox xəstəliklər, xüsusən də gizli, qeyri düzgün seçilmiş qida rejimi zamanı üzə çıxır. Mən möcüzəli pəhrizlər Sizə gətirdiyi ziyan haqqında danışmaq istəyirəm.

Aclıq – aclığın ziyanı ya xeyiri haqqında çoxlu diskussiyalar gedir. Amma əslində  yeməkdən kəskin imtina ya azalma nə ilə nəticələnə bilər?, baxaq. Mütləq bir şey var ki, o da 2-3 gündən artıq aclıq sağlamlıq üçün çox ziyandır. Çoxları düşünürlər ki, aclıq mədə-bağırsaq üçün dincəlmək fürsətidir, amma gəlin məntiqli düşünək, mədə-bağırsağın dincəlməyə ehtiyacı var mı? Axı mədə dicəlmək üçün proqraşdırılmayıb, qidanı həzm etmək onun bir başa vəzifəsidir. Daha məntiqli mədəni ağır, yağlı, qızarmış , çox istiotlu, ədvalı və duzlu ərzaqlarla yormamaq olardı. Həmçinin, aclığın çox zamankı ağırlaşmaları qastrit və onikibarmaq bağırsağın xoraları ola bilər, belə ki, mədə şirəsi ifraz olunur, amma qida daxil olmur. Nəticədə mədə öz-özünü həzm edir. Aclıqdan sürətli arıqlama məqsədi ilə istifadə edərkən, Siz normal rasiona qayıdınca bu gedən kiloları necə tez itirdinizsə elə də tez qayıtması haqqında heç düşünmürsünüz. Həmçinin aclıq zamanı oranizm stress halında olur və ilk istifadə edəcəyi əzələ zülalları olacaqdır.Yəni, itirdiyiniz kilolar sudan, nəcis kütləsindən, əzələ kütləsindən və bir qədər piydən ibarət olacaq.

Bundan əlavə aclıq zamanı leptin (aclıq hissinə cavabdehdir) adlanan hormonun işi pozulur, bu da dəhşətli aclıq tutmaları ilə nəticələ bilir. Həmçinin ketonla intoksikasiya da baş verə bilər, bunun nəticəsi kimi orqanizi təmizləməq əvəzində tam tərs nəticə əldə etmiş olacaqsınız. Aclıqdan bir gündən artıq istifadə etməməyinizi məsləhət görərdim  !

Karbohidratlarsız pəhrizlər – ərzaqların içində ən danlananı karbohidratlar olur adətən. Axı onlar artıq çəkinin səbəbidir, insulinə təsir edirlər və ümumiyyətlə çox ziyandırlar. Karbohidrat miqdarının kəskin azaldılması ya tam çıxarılması ilə müşaət olan pəhrizlər külli miqdardadır. Mən artıq onların hesabını belə itirdim – Atkins, Dükan pəhrizləri, Ketopəhriz və s. Amma gəlin aydınlaşdıraq, bu karbohidratların həqiqi günahları nədir axı.

Məsələ bundadır ki, insan orqanizminin qidalanma təməlində məhz karbohidratlar durmalıdır – orqanizmin enerjisinin təminatçıları. Onlar rasionun 50-70 %-ni təşkil etməlidir. Belə ki, onlar bu funksiyaları yerinə yetirir – struktur və dayaq, mqdafiə, plastik, energetik, saxlayıcı, osmotik, reseptor, beyin qidalanması,requlyator, sorbent və s. Orqanizmdə belə mühüm funksiyaları yerinə yetirdiklərinə görə, onlardan imtina orqanizmin bir çox funksiyalarını pozacaqdır. Əgər karbohidratları rasiondan çıxarmaq istəyirsinizsə tez jarbohidratları çıxarın. Belə ki, onlar qanda şəkərin kəskin yüksəlib azalmasına,kəskin insulin sıçrayışlarına gətirib çıxarır. İstifadə üçün düzgün karbohidratlardan istifadə edin. Amma rasiondan onların tam çıxarılması müxtəlif xoşagəlməz simptomlarla nəticələnə bilər : ümumi zəiflik, baş gicəllənməsi, baş ağrısı, aclıq, ürək bulanma, güclü tərləmə, əllərdə titrəmə, yuxululuq, qanda şəkərin düşməsi, ağızdan pis qoxu, əhval-ruhiyyənin dəyişməsi, qarında köp, qəbizlik, yorğunluq, enerji çatmamazlığı, zehni fəaliyyət ilə çətinliklər, aclıq hissi, daimi üşümək.

Nəzərə alın ki, orqanizmə artıq zülal lazım deyil, bu orqanizmin intoksikasiyasına, qəbizliyə, narahatçılığa və karbohidrat mübadiləsinin pozulmasına səbəb olur. Bundan əlavə zülallı pəhrizlər oynaq və böyrəklərə pis təsir edir. Zülallı pəhrizdən sağlamlığınıza zərər yetirmədən o zaman istifadə edə bilərsiniz ki, iki həftədən çox çəkməsin, rasiondan karbohidratlı ərzaqlar tam çıxalmasın.

Pəhrizlərin içində monopəhrizlər də çox populyardır. Eyni ərzaqdan uzun müddət istifadədir. Məsələn, qarabaşaq,düyü, kefir, şokolad, xiyar, qarpız və s. pəhrizləri. Çox adama bu çox rahatdır, ərzaq almaq lazım deyil, nə bişirim deyə problem olmur. Lakin, belə pəhriz bizə nə verir ? Pəhrizlərin içində monopəhriz ən balanslaşdırılmamış və ziyanlıdır, bir neçə gündən artıq onu saxlamaq məsləhət deyil. Özdə bu pəhrizlərin hər biri başqa cür ziyandır. Belə ki, monopəhriz zamanı orqanizm ehtiyacı olan nutrientləri (zülal, yağ,karbohidrat), mikroelementləri və vitaminləri almır.İçlərində ən təhlükəsizi kefir monopəhrizidir, o da 3 gündən artıq saxlanmırsa.

Duru pəhrizlər – bu müxtəlif cür duru qidanın istifadəsi ilə olan qida rejimidir. Belə pəhrizləri yalnız yüngüllük günləri üçün istifadəyə yararlıdır, 3 gündən artıq saxlanılmamalıdır. Belə ki, duru qida bir çox xəstəliklər zamanı əks göstərişdir. Həmçinin, bərk qida bizim mədə-bağırsaq sisteminin normal işləməsi  üçün zəruridir. Uzun müddət bərk qida olmasa bağırsaq xəstəliklərinə səbəb olur. Həmçinin, duru pəhrizlər sidikqovucu effektə malikdir. Bu da xüsusən böyrəklərdə və öd kisəsində  daş olan xəstələrə ziyandır.

Rasiondan yağların çıxarılması – yalnız yağsız məhsullardan istifadə etmək. Amma bu düzgündür mü?

Energetik funksiyadan başqa yağlar orqanizm üçün tikinti materialı rolunu da oynayır. Onlar hormonal, mübadilə,hüceyrə və s. balansı saxlamaq üçün zəruridir. Bütün hormonların tərkibinə xolesterin daxildir, onun yetərli miqdarda olmaması bizim hormonal balansımız pozulur. Onlar ürək sisteminin işi üçün( xüsusən omeqa-3 ) vacibdir, qan laxtalanmasını  azaldırlar, tromb əmələgəlməsini zəiflədir, xolesterinin normal səviyyəsini saxlayır. Həmçinin, toxumaların insulinı olan həssaslığını artırır. Bu xüsusən insulinrezistentlik zamanı çox vacibdir. Belə ki, yağsız zülal yağ ilə birlikdə olan zülaldan daha çox insulin ifrazına səbəb olur. Qadın orqanizmində yağlar xüsusilə vacibdir. Belə ki, bir sıra yağda həll olan vitaminlər var , hansılar ki, rasionda yetəri qədər yağ olmasa sorulmurlar. Onlar isə orqanizm üçün çox vacibdir, hər biri haqqında bir çox şey yazmaq olar, onlar immunitetin işində böyük rol oynayırlar, hüceyrə membranının bütövlüyünü saxlayır, antioksidantdırlar və orqanizmi qocalıqdan qoruyur. Menstrual sikl də həmçinin rasionda düzgün yağların miqdarından asılıdır. Yağların olmaması həzm sisteminin işini də pozur, ödün durğunluğu baş verir, nəticədə – diskineziya, öddaşı xəstəliyi və s.

Yağlar heyvani və bitki mənşəli olur. Həmçinin çox pis keyfiyyətli yağlar da var, müxtəlif  keyfiyyətli yağları transyağlarla təsərrüfatda, tez qida yerlərində və s. əvəz edilir. Bax bunları biz rasionumuzdan çıxarmalıdır.

Bundan əlavə hər-hansı pəhrizi müşahidə edən vitamin və mikroelementlərin çatmamazlığı haqda danışmaq istərdim. Əgər pəhriz 5 gündən uzun davam edərsə orqanizmdə yığılmayan suda həll olan vitaminlərin əmələ gəlməsində problem yaranır. Onlarsız özünüzü narahat hiss edirsiz – sinir sistemi, görmə zədələnir, yuxu pozulur, ferment sintezi pozulur, bu da həzm prosesini pozur. Siniz sisteminin pozulması müxtəlif depressiyalara gətirib çıxarır. “Dietik depressiya” artıq təsdiq olunmuş faktdır. Bu vitamin çatmamazlığı fonunda yaranan stressdir, həmçinin insan psixikasına təsir göstərən məhdutiyyətlərin nəticəsidir. Həmçinin bu hal müxtəlif arıqlama üçün möcüzəli həblər, kofe ya çayların istifadəsi zamanı da baş verə bilər.

Həmçinin pəhrizlər zamanı xroniki xəstəliklər , haqqında bilmədiyiniz xəstəliklər başını qaldırır.

Pəhrizlər zamanı rast gəlinən çox vacib fakta daha toxunmaq istərdim, o da mikroelementlərin çatmamazlığıdır. Xüsusən orqanizm kalsium və yağda həll olan vitamin D çatmamazlığından əziyyət çəkir. Belə ki, kalsium vitamin D olmadan pis sorulur, yəni yağsız kəsmik ya kefir tam mənasızdır. Həmçinin, monopəhrizlər zamanı dəmir defisiti də ola bilir, ən çox bu vitamin ətdə olduğuna görə, onun çatmamazlığı zamanı orqanizm bu vitamini almır. Nəticədə həmçinin, orqanizmə bir çox vitamin və mikroorqanizmlər gəlmir deyə, anemiyalar, yorğunluq, dəri quruluğu, saç, dırnaq qırılması, sınıqlara meillilik, zəiflik, ürək və digər sistemlərin pozulmasına səbəb olur.

İstərdim deyim ki, hər şey hormoniyada gözəldir. Hətta şərq praktikası Ayurveda balans haqqında danışır. Sonra Hipokratın bir neçə sitatını misal gətirmək istəyirəm – ” Nə doyma, nə aclıq nə də hər hansı bir şey yaxşı deyil, əgər təbiətə uymursa ”

Düzgün qidalanın, düzgün arıqlayın və saqlam olun !

Back To Top