skip to Main Content
Düzgün qidalanma zamanı qəlyanaltı reseptləri. / Рецепты перекусов при правильном питании.

Düzgün qidalanma zamanı qəlyanaltılar çox vacibdir. Belə ki, yemək arasındakı uzun müddətli fasilələr zamanı maddələr mübadiləsinin sürətini azaldır. Qəlyanaltılar hər yarım ya da bir saatdan bir olmamalıdır. Gün ərzində 1-2 qəlyanaltı omalıdır, və onlar orqanizmi qidalandırıcı maddələrlə təmin etməlidir. Beləliklə, mən Sizinlə bir neçə çox sevdiyim qəlyanaltı reseptlər ilə bölüşəcəm, kalorajlarını qeyd edəcəm.

  1. Lobyadan paştet :

Sizə lazım olacaq – lobya ağ ya qırmızı (yarı-yarı da ola bilər) 300 q, sarımsaq 1 dilim, limon suyu 1 x.q., zeytun yağı 50 ml, keşniş ya cəfəri yarpaqları 5-6 ədəd, duz və istiot istəyə görə. Lobyanı suda bişirin, pressdən keçirin, göyərti və sarımsağı xırda doğrayın. Hər şeyi çəngəl ya blender ilə qarışdırın. Bura yağ, limon suyu,  duz və istiot əlavə edin.

Qəlyanaltı üçün 50-70 q paştet istifadə edin, pəhriz çörəyi ya tosterdən çıxmış tam buğdalı çörəklə yeyin

100 q paştetin kalorajı – 377 kkal, 17 q zülal, 14.7 q yağ, 47.3 q karbohidrat.

Düzgün qidalanma zamanı qəlyanaltı reseptləri

  1. Xumus :

Sizə lazım olacaq – noxud 1 stəkan, kunjut toxumu 50 q, limon suyu, paprika 1 x.q., sarımsaq 3 dilim, zeytun yağı 50 ml.

Noxudu öncə 6-8 saatlıq suda isladın, sonda suda bişirin (30-40 dəq), suyu tullamayın.

İndi isə kunjut pastası taxini edirik – quru tavaya kunjut toxumlarını qoyub, tez-tez qarışdıraraq qızıl rəngə qədər qızardırıq. Sonra sarımsaq ilə kunjutu blenderdə pasta olana qədər qarışdırın.

Daha sonra bişmiş noxuda duz, istiot, paprika, kunjut pastasını, yağ və limon suyunu qatırıq. Hər şeyi blenderdə qarışdırıb, içinə saxladığımız suyu istədiyimiz konsinstensiya alınana qədər tökürük.

Xumus yetərli qədər kalorili olduğuna görə az miqdarda, həm isti həm soyuq şəkildə, çörəklə yeyin.

100 q xumusun kalorajı – 444 kkal, 14.6 zülal, 25.8 q yağ, 40 q karbohidrat.

Düzgün qidalanma zamanı qəlyanaltı reseptləri

  1. Krekerlər :

Sizə lazım olacaq – tam buğdalı un 1 stəkan (200 q), kukuruz unu 1 stəkan, süd 150 ml, kətan və kunjut tumları 4 x.q. , zeytun yağı 4 x.q., qabartma tozu 1 ç.q., duz 1 ç.q., qəhvəyi şəkər 1 ç.q.

Öncədən bütün növ unları qarışdırırıq, süd əlavə edirik, qabartma tozu, şəkər, duz və qarışdırırıq, kətan və kunjut toxumlarını əlavə edirik, hər şeyi yaxşı qarışdırırıq. Soba tavasına folqa qoyub, sobanı 190 dər isidirik. Xəmiri nazik yayırıq, kvadrat şəkildə (fiquralar da edə bilərsiniz) doğruyuruq, folqaya qoyub, 10-12 dəq ərzində bişiririk. 8 porsiya alınır.

Hər porsiyanın kalorajı – 274 kkal, 7.1 q zülal, 11 q yağ, 35.8 q karbohidrat.

Düzgün qidalanma zamanı qəlyanaltı reseptləri

  1. Peçenye :

Sizə lazım olacaq – 100 q yağsız yumşaq kəsmik, yarım banan, yulaf kəpəyi 5 x.q., hindistan cevizi unu 3 x.q., duru yağ 2 x.q., bir az qabartma tozu, limon qabığı 1 x.q.

Bütün ingridiyentləri qarışdırıq, xəmir üzəldin. 10 dəq qalsın. Xəmiri nazik açırıq, fi=ormalar edirik və 180 dərəcədə 20-25 dəq bişirin.

100 q peçenyede – 227 kkal, 12 q zülal, 9 q yağ, 25 q karbohidrat var.

Düzgün qidalanma zamanı qəlyanaltı reseptləri

Back To Top