skip to Main Content
Гипотиреоз - что это такое, симптомы, диагностика и лечение / Hipotireoz -nədir, simptomları, diaqnostika və müalicəsi

Hipotireoz – qalxanabənzər vəzinin hipofunksiyası ilə xarakterizə olunan kliniki sindromdur. O, qalxanabənzər vəzin işinin pozulmaları arasında ən çox rast onunan patologiyadır. Hipotireoz birincili – qalxanabənzər vəzinin toxumasının destruksiyası və həcminin azalması , autoimmun tireodit (atrofik ya hipertrofik forma) , əməliyyatsonrası  (q/b vəzin hissəvi ya tam rezeksiyası zamanı) ,

tirotoksikozun müalicəsi nəticəsində, yod çatmamazlığı nəticəsində, tireoid hormonların biosintez defektləri, tirostatiklərin istifadəsi (litiy, yod) ; ikincili – hipofizar, hipotolamik (üçüncülü), keçici, yarımkəskin, ağrısız və doğuşsonrası tireoidit.

Etiologiya :

Gəlin birincili hipotireozun səbəblərinə baxaq :

  • qalxanabənzər vəzin inkişaf anomaliyaları ( onun diskeneziyası və ektopiyası)
  • yoddefisitli xəstəliklər, kretinizm daxil olmaqla
  • tiroiditlər ( autoimmun, ağrısız,doğuş sonrası, yarımkəskin, fibroz)
  • tiroidektomiya
  • q/b vəzin radioaktiv yodla terapiyası ya şüalanması
  • tiroid hormonların biosintezinin pozulması zamanı ( ferment sistemlərin anadan gəlmə defektləri, yodun çatmamazlığı və s)
  • tirostatik dərman terapiyası ( yod, litiy, tirostatik preparatları )
  • yodun miqdarını artıran preparatların uzunmüddətli qəbulu (kordaron, amiodaron)

İkincili hipotireozun səbəbləri :

  • hipopituitarizm
  • TTH izolə olunmuş çatmamazlığı ( anadangəlmə ya qazanılmış )
  • hipofizin infarktı və şişləri
  • hemoxromatoz
  • bədxassəli şişləri hipofizə olan metastazları

Üçüncülü hipotireoz isə tiroliberinin ifrazı və əmələ gəlməsinə cavabdeh olan hipotalamik mərkəzlərin birincili zədələnmələri zamanı əmələ gəlir.

Şikayətləri :

 Hipotireozun simptomları – ümumi zıiflik, iş qabiliyyətin aşağı düşməsi, əzələlərin qıc olması, oynaqlarda ağrılar, ətraflarda hiss olunan hərəkətliyin azalması, yüksək dərəcədə halsızlıq, yuxululuq, depressiya, sinir sisteminin funksiyalarının pozulması ( yaddaşın zəifləməsi, unutqalıq, diqqətin, intellektin və ətrafa marağın azalması, yavaşıyan danışıq ), soyuğa tolerantlığın, bədən kütləsinin artması ilə bərabər iştahsıhın, bədən temperaturunun, ürək döyüntülərinin (bradikardiya) və tənəffüs tezliyinin azalması, dərinin quruluğu, saçın tökülməsi, səsin qalınlaşması, ürəkbulanma, qəbizlik, cinsi funksiyanın pozulması (   qadınlarda aybaşının pozulması, tam onun kəsilməsinə qədər, kişilərdə isə libido və potensiyanın azalması ), vətər reflekslərinin azalması, artralgiya, dərinin selikli qişasının ödemi, xüsusən ayaqlarda.

Diaqnostika :

 Hər hansı hipotireozun müayinəsi zamanı qan zərdabında TTH ( tireotrop hormon ) səviyyəsi vacibdir – hipotireozun ən həssaz göstəricisidir və sərbəst T4 səviyyəsi. Birincili hipotireoz zamanı hipofizin ikincili zəiflətməsi olmadığına görə sərbəst T4 səviyyəsinin aşağı olması ilə bərabər TTH səviyyəsi yüksək olur. İkincili hipotireoz zamanı isə həm T4, həm TSH səviyyəsi aşağı olur (bəzən TTH səviyyəsi normal qalır, amma o zaman da bioloji aktivliyi zəif olur).

Köməkçi müayinələrdən isə – xolesterinin səviyyəsi hipotireoz zamanı çox zaman artıq olur, qələvi fosfatazanın səviyyəsi isə aşağı olur. Həmçinin hipotireoz zamanı anemiya da çox hallarda inkişaf edir.

 Müalicə :

Birincili hipotireoz zamanı levoteroksin ( L-tiroksin, eutiroks və s) ilə əvəzedici terapiya aparılır. Preparatın dozası TTH normada saxlamaq üçün seçilir. Əvəzedici terapiya zamanı hipotireoz simtomları tez aradan qalxır, həmçinin mübadilə prosesləri normallaşır.

Back To Top