skip to Main Content

Şokoladı düzgün necə seçək?!

Как правильно выбрать шоколад?!

Öz vücuduna diqqət etdikdə, çox zaman şirniyyat yemək istəyi yaranır, xüsusən də çayla. Bəs, vücudunuza daha az ziyan və sağlamlıq üçün maksimal fayda verən şokoladı necə seçək ?

Problem ondadır ki, belə böyük seçim zamanı düzgün seçim etmək çətindir. Və, bu şokoladların tərkibindəki şəkər Sizin yanlarınızda piy şəklində yığılmasın deyə Sizə düzgün seçim etməyə yardım edəcəm !

Məqalədə Siz, hansı şokoladda nə qədər şəkər, kalori və s var yazacam. Nəticədə isə öz şokoladınızı seçə biləcəksiniz.

Beləliklə, şokolad – südlü, tünd, qara və ağ olur. Şokolad kakao-paxlalılar və şəkərdən ibarətdir. Həmçinin, tərkibində feniketilamin, triptofan və anandamid (onlar insanın emosialarına təsir edir və sevgi hissi yaradır) , həmçinin maqnezium və dəmir var. Amma, müasir şokoladın tərkibinə həmçinin, yağsız quru süd, qlükoza siropu, vanil, etil spirtinin siropu, invert şəkər, qoz yağı, qoz, lesitin, pektin, aroma və konservləşdirilmiş maddələr var.

Şokoladın hər bir növündə şəkərin miqdarı və kalorajı müxtəlifidir. Gəlin aydınlaşdıraq !

Südlü şokolad : kakaonun miqdarı 35-50 %, şəkər  52-55 q, həmçinin bitki yağlarının miqdarı daha çoxdur, bu da onu daha yağlı edir.

100 q-da 550 kkal, 6.9 q zülal, 35.7 q yağ, 54.4 q karbohidrat var.

Tünd şokolad : kakao miqdarı 55-60 %, şəkərin miqdarı  30-35 q.

Belə şokoladın kalori miqdarı 579 kkal, 6,1 q zülal, 38,3 q yağ, 52,4 q karbohidrat.

Qara şokolad : kakaonun miqdarı 70-72 %- dən  90 % -dən çox qədər dəyişə bilir, belə şokoladda şəkər də minimumdur.

72 %-li şokoladın kalorajı 539,5 kkal, 8,45 q zülal, 41 q yağ və 32,5 q zülal.  90 % – li şokoladın kalorajı  533,5 kkal, 15 q zülal, 40 q yağ, 26,6 q karbohidrat  vardır.

Ağ şokolad : şokoladın xüsusi növüdür ki, kakao-paxlalılar əvəzinə kakao-yağ istifdə olunur. Tərkibində 20 %  – dən çox quru süd, həmçinin aroma maddələri, çəkər var.

Belə şokoladda şəkərin miqdarı 59 q, kalorajı 100 q üçün 541 kkal, 4,2 q zülal, 30,4 q yağ, 62,2 q karbohidrat.

Gördüyünüz kimi, demək olar ki, hər şokoladda, qaradan başqa, yetəri qədər şəkər var, ona görə də diabet xəstələri üçün nəzərdə tutulan şəkərsiz şokolad, fruktoza ya stevia əsaslı,  əmələ gəlib. Belə ki, fruktoza ilə qlükoza demək olar ki, eyni şeydir, stevia ilə şokolad haqda danışım. O da, özündə müxtəlif faizli kakao saxlaya bilir, tünd ya südlü ola bilər, sadəcə şəkər əvəzinə stevia istifadə olunur.

72 % – li stevia əsaslı şokoladda 460 kkal, 10 q zülal, 36 q yağ, 25 q karbohidrat var.

Back To Top