skip to Main Content

Şəkər və onun əvəzediciləri

Сахар и его заменители / Şəkər və onun əvəzediciləri

Şəkərin miqdarını bir çox xəstəliklər zamanı azaldırlar, məsələn ateroskleroz, allergik reaksiyalar, mədə rezeksiyasından sonra, öd durğunluğu ilə keçən ödçıxarıcı yolların xəstəlikləri zamanı.
Həmçinin piylənməşəkərli diabet zamanı şəkəri rasiondan tam çıxardırlar.

Həmçinin köklüyə meilli insanlar və sağlamlığına fikir verən şəxslər şəkərin miqdarını azaltmalıdırlar, belə ki, o iştağı artırır, dəri və selikli qişalara pis təsir edir, dişləri korlayır.

Onda bir çox insanlarda – “şəkəri nə ilə əvəz edim?”  sualı yaranır.

Şəkəri əvəz edən iki qrup maddə var .

Birinci qrup maddələr müəyyən energetik dəyərə malikdir və enerji mənbəyidir. Bunlara : fruktoza, ksilit, sorbit, aspartam.

Şəkərin təbii əvəzedicilərini də qeyd etnək istəyərdim – aqava, topinanbur, ağcaqayın şərbəti, bal, steviya. Bu təbii şəkərəvəzediciləri öz kimyəvi tərkibinə görə şəkərdən daha şirin olur, bu da onlardan iki dəfə az istifadə etməyə imkan verir. Beləliklə adətən çay içərkən iki qaşıq şəkər istifadə edirdinizsə, bu maddələrdən bir qaşıq istifadə edəcəksiniz. Unutmayın ki, onların enerji dəyəri (kkal miqdarı) böyükdür və istifadə etdiyiniz miqdara fikir verməlisiniz, həmçinin allergik reaksiyalar da ola bilir.

İkinci növ maddələr isə heç bir enerji dəyərinə malik deyil, bunlara : saxarin siklomat aiddir.

Fruktoza – bu təbii şəkər monosaxarididir, hansı ki, qlükozadan daha yavaş sovrulur və insulinsiz mənimsənilir. Fruktoza şəkərdən 1.7 dəfə daha şirindir. Onun mənbəyi meyvə və tərəvəzlərdir, həmçinin o qidalara əlavə olunur. Həmçinin bal və aqava şərbəti tərkibində böyük miqdarda fruktoza saxlayır. Amma nəzərinizdə saxlayın ki,onlar şəkərli diabet zamanı şəkəri tam əvəz edə bilməz, belə ki,qanın lipid spektrinə pis təsir edirlər.

Ksilit – kselanla zəngin olan kənd təsərrüfatı tullantılarından (pambıq və qarğıdalı qabığı)  alınan spirtdir. Şirinliyinə görə şəkərə yaxındır, insulinsiz mənimsənilir, enerji dəyəri 1q = 3.7 kkal. Sutkalıq doza 30 q-dan çox olmamalıdır. Tez və daimi istifadə üçün yararsızdır.

Sorbit – armud, alma, gavalıdan alınan spirtdir. Şirinliyi şəkərdən 2 dəfə azdır, həmçinin insulinsiz mənimsənilir. Antiketogen, ödqovucu və qarınaçıcı təsirə malikdir. Enerji dəyəri 1 q = 3.4 kkal. Sutkalıq doza 30 q-dır. Tez və daimi istifadə üçün yararsızdır.

Saxarin – saxarozadan 350-400 dəfə daha şirindir, amma acı dada malikdir. Heç bir enerji dəyəri yoxdur və mübadilə proseslərində iştrak etmir. O, böyrəklərdə, dalaqda, qaraciyərdə, ağciyərdə və ən çox sidik kisəsində yığılmaq xüsusiyyətinə malikdır, ona görə qaraciyər və böyrək xəstəlikləri zamanı istifadəsi əks göstərişdir. Sutkalıq dozası 1 kq çəkiyə 2.5 mq çox olmamalıdır (günə 3 tabletkadan çox olmaz).

Sukraloza – şəkərdən 600 dəfə şirindir, enerji dəyəri yoxdur, suda yaxşı həll olur, termik emal (bişirilmə) zamanı şirinliyini itirmir.

Aspartam – təbii aminturşusudur, şirinliyi 3.2 q şəkərə uyğundur, saxarozadan 150-200 dəfə çoxdur. İnsulinsiz mənimsənilir, kariesin inkişafını əngəlləyir, sənayedə aktiv istifadə olunur. Enerji dəyəri 1 q = 3.7 kkal. Sutkalıq dozası 1 kq çəkiyə 20-40 q-dan artıq olmamalıdır.

Natriumun siklamatı və asesulfam – bu maddələr orqanizm tərəfindən tam mənimsənilmir. Saxarozadan 30-50 dəfə daha şirindir, böyük dozalarda qarınaçıcı xüsusiyyətlərə malikdir. Sutkalıq dozaları siklomat üçün 1 kq çəkiyə 10 mq,  asesulfam üçün 1 kq çəkiyə 8 mq çox olmamalıdır.

Alitam – şəkərdən 2000 dəfə şirindir, nəzərə alınmayan minimal enerji dəyərinə malikdir. Suda yaxşı həll olur və termal emal zamanı parçalanmır.

Həmçinin son zamanlar natural maddələrdən – taumatin ( şəkərdən 2000 dəfə şirindir) və steovizid (şəkərdən 300 dəfə şirindir) çox populyar olub. Onların da həmçinin nəzərə alınmayan enerji dəyəri var.

Back To Top