skip to Main Content

Qəbizlik haqqında

Qəbizlik haqqında

Qəbizlik – bu defekasiya aktının çətinləşməsi ya nadir defekasiyadır, nəcisin bərk konsinstensiyası, həmçinin, bağırsağın qeyri tam boşalması hissi. Bir çox insan qəbizliyə şikayəti vardır. Amma, gündəlik defeksiyanın olmaması həmişə qəbizlik demək deyil. Çox tez qəbizlik zamanı ümumi zəiflik, qarında ağrı, ürək bulanma, iştahın azalması da ola bilər, bunlar da göstərir ki, bağırsaq xəstəlikləriniz var (məs, bağırsağın qıcıqlanma sindromu), qəbizlik probleminizi həll edəndə bunların da həll olunması demık deyil. Qəbizlik kəskin və xroniki ola bilər.

Qəbizlik niyə əmələ gəlir ? Aydınlaşdıraq.

Kəskin qəbizliyin əmələ gəlmə səbəbləri :

  • bağırsaq keçməməzliyi (bağırsağın burulması, qrıja, nəcis kütləsi)
  • dinamik bağırsaq keçməməzliyi (peritonit, ağır kəskin xəstəlikləri, yataq rejimi və müxtəlif travmalar)
  • dərman preparatlarından istifadə zamanı (antihistamin, antipsixotik, spazmalitik, antiparkenson), müxtəlif kationlar (dəmir, aluminium, kalsium, barium və s), opioidlər, kalsium kanalı blokatorları və s.

Xroniki qəbizliyin əmələ gəlmə səbəbləri :

  • yoğun bağırsağın şişi
  • maddələr mübadiləsi xəstəlikləri (məsələn, Ş.D., hipotireoz, hipo və hiperkalsiemiya, hamiləlik, uremiya və s)
  • mərkəzi sinir sisteminin patologiyaları (parkinson, dağınıq skleroz, insult və s.)
  • sistem xəstəlikləri (sistem sklerodermiyası, autoimmun miozit, distrofiya və s.)
  • funksional xəstəlikləri (zəifləmiş trabzitlə müşaiət edən qəbizlik, qıcıqlnmış bağırsaq sindromu və s)
  • qida faktorları (qida liflərindən yetərsiz istifadə, az şəkərli pəhrizlər, mütəmadi qıbizlik əleyhinə dərmanlardan istifadə)

Bir də, obsessiv-kompulsiv pozulma da var (nevroz), bu, orqanizmi daimi olaraq təmizləmə istəyidir. Belə pasientlər çox vaxtını tualetdə keçirirlər və çoxlu qəbizlik əleyhinə dərmanlardan istifadə edirlrər.

Məhz buna görə qəbizlik baş verən zaman, qastroenteroloq həkiminə müraciət etmənizi məsləhət görürəm. Müəyyən əlamətlər ciddi xəstəliklərin olmasına göstərə bilər ki, bunlar xroniki qəbizlik ilə özünü biruzə verir :

  • Köp, güclü timpanit
  • Qusma
  • Nəcisdə qan izləri
  • Çəkinin azalması
  • Yaşlı vaxtı kəskin əmələ gələn və inkişaf edən qəbizlik

Belə simptomlar zamanı həkimdə müayinədən keçin !

Qəbizliyinizin səbəbi qeyri-düzgün qidalanadırsa, nə etmək olar baxaq :

  • Qidalanmada liflərin yetərli miqdarda (sutkada 15-20 q) olmasına diqqət edin. Liflərin mənbəyi meyvə və tərəvəzlərdir. Kəpəyin yetərli olması üçün isə taxıl məhsullarından istifadə edin.
  • Gün ərzində yetərli maye qəbul edin. Hər səhər bir stəkan ilıq su bağırsağın işini yaxşılaşdıracaq.
  • Probiotiklərlə zəngiz qidalardan istifadə edin. Məsələn, kəsmik, kefir, prostokvaşa.

Bağırsağın işini yaxşılaşdıran ərzaqlar :

  • Kofein saxlayan bütün içkilər, xüsusən kofe ilə tsikoriy .
  • Şaftalı, armud, albalı, alma
  • Meyvə şirələri : narıncı rəngdə olan, alma, mərcanı
  • Sparja və brokkoli, gül kələmi, ağ və brüssel kələmi.
  • Kəpəkli çörək, tm buğdalı ndan hazırlanan çörək, liflərlə zəngin əraqlar
  • Un məmultları, konfetlər, şokolad, siropla vafli,
  • Çaxır (> 3 bokal, hissiyatı olanlar üçün)

Bərkidici effektə malik ərzaqlar :

  • Düyü, çörək, kartof, makaron məhsulları
  • Ət, dana əti, quş, balıq
  • Bişmiş tərəvəzlər
  • Banan

Sağlam olun və sağlamlığınıza diqqət edin !

Back To Top