Qəbizlik haqqında
Qəbizlik - bu defekasiya aktının çətinləşməsi ya nadir defekasiyadır, nəcisin bərk konsinstensiyası, həmçinin, bağırsağın qeyri…
Bugün Sizə hind toyuğundan hazırlanan bir yemək reseptini təqdim edirəm. Əgər hind toyuğunu sevmirsinizsə toyuq ilə əvəz edə bilərsiniz.
Ehtiyacımız olan ərzaqlar :
Hazırlanması :
Hind toyuğunu orta kublara, soğan və yerkökü yarım halqa şəklində doğrayın, brokkoli çiçəklənmə şəklində sökülür.
Əvvəlcə hind toyuğunu a/p tavada, duz və ədviyyatlarla hazırlayın. Ət artıq çiy olmadıqda, təxminən 15 dəqiqə sonra soğan və yerkökü əlavə edə bilərsiniz. Ət dərhal su verir, buna görə yağa ehtiyac yoxdur, amma istıyirsinizsə bir qədər bitki yağı qoya bilərsiniz. Qapağın altında 15 dəqiqə daha bişirin, sonra xama əlavə edin, 15 dəqiqə daha bişirin. Brokkoli atın və tərəvəz yumşalana qədər qapağın altında saxlayın. Brokkolini qaynatmayın, rəngini dəyişsə yetərlidir. Gözəl yaşıl rəngini saxlamalı və solğun yaşıl rəngə çevrilməməlidir. Bunu etmək üçün ona yalnız 5-10 dəqiqə dəmləmək yetərlidir.
Yemək hazırdır, nuş olsun !