skip to Main Content

Meyvəli kəsmikli muss

Meyvəli kəsmikli muss / Творожный мусс с фруктами

Bugün Sizinlə çox maraqlı və sadə reseptlə bölüşmək istəyirəm. O, qəlyanaltı ya vaxtınız azdırsa səhər yeməyi üçün yararlı olacaqdır.

Lazım olan ərzaqlar :
– Kəsmik 100 q
– Yoqurt 40 ml
– Kivi 1 ədəd
– Banan 1 ədəd
– Müsli 30 q
– Limon suyu 1 x.q.

Bananı dilimlərə doğrayın və blenderdə xırdalayın. Üzərinə yoqurt və kəsmik əlavə edin, həmcins kütlə olana qədər blenderdə qarışdırın. Kivini təmizləyin və blenderdə xırdalayın, limon suyunu əlavə edin.

Təqdim edəcəyiniz stəkana öncə kəsmikli muss qoyun. Üzərinə müsli tökün. Meyvə püresi əlavə edin. Sonra yenidən kəsmikli muss əlavə edin. Üzərini hər hansı bir meyvə dilimləri ya giləmeyvə ilə bəzəyin.

Bütün porsiyanın enerji dəyəri : 314,7 kkal, 20,8 q zülal, 10,3 q yağ, 34,2 q karbohidrat.

Nuş olsun !

Back To Top