skip to Main Content

Kim dedi ki, sağlam qida dadsızdır?

Кто сказал что полезная еда не вкусная? / Kim dedi ki, sağlam qida dadsızdır?

Kim dedi ki, sağlam qida dadsızdır ? Xüsusən bu qarabaşaq yarmasına aiddir. Bu yarmadan olan yeməklərin hamısı darıxdırıcı deyil. Qarabaşağı yalnız suda bişirərək hazırlamırlar, həm də … Sizinlə qarabaşaqdan olan ən sevdiyim reseptlərdən biri ilə bölüşmək istərdim. Həm yağsız mal əti ilə, həm də toyuğun döş əti ilə bişirmək olar.

Bir porsiya üçün lazımdır :

  • Qarabaşaq yarması – 50 q ( 2 x.q. )
  • Yağsız mal əti – 100 q
  • ya toyuq döşü – 80 q
  • Təzə şampinyonlar – 100 q
  • 10 % yağlılıqda xama – 20 q ( 1 x.q. )
  • Bibər ya bolqar bibəri – 1 ədəd

Bir porsiyanın kalorajı :

Mal əti ilə – 395.3 kkal, Z/Y/K – 30.1/17/32
Toyuq döşü ilə – 297 kkal, Z/Y/K – 30.1/6.2/32

Necə bişirək  :

Öncəliklə qarabaşaq  yarmasını yaxşıca yuyuruq.
Sonra əti xırda-xırda doğrayırıq.
Daha sonra sobada bişirmək üçün qabı götürürük və sıra ilə :
öncə əti, sonra duz ( çox tökməyin ), sonra qarabaşaq, sonra isə öncədən doğranmış və isti su ilə yaxalanmış göbələyi qoyuruq.
Daha sonra qabı ağzına qədər su ilə doldururuq və xama və bibər qoyuruq.
Qabı 200 dərəcəyə qədər qızdırılmış sobaya 45 – 50 dəqiqəyə qoyuruq.
Bu zamandan sonra xörək masaya qoyula bilər.

Nuş olsun !

Back To Top