Uşaqların içkiləri
Anaların diqqətinə! Uşağınız susayanda ona su əvəzi nə verirsiz? Artıq bir çoxları bizim vərdişlərimizin həyatımızda…
Diabet zamanı qanda şəkərin miqdarı normal, yuxarı və aşağı ola bilər. Qanda şəkərin normadan aşağı düşməsi hipoglikemiya, artması isə hiperglikemiya adlanır.
Hipoglikemiya şəkərin qanda 3.9 mmol/l-dən aşağı düşməsidir. Ş.D. zamanı hipoglikemiya şəkər salıcı preparatların ya insulinin yüksək dozaları nəticəsində, yeməyi vaxtında yeməmək ya yüksək fiziki aktivlik nəticəsində yarana bilər. Hiperglikemiyadan fərqli olaraq, hipoglikemiya kəskin və tez yaranır. Simptomları isə hər pasient üçün fərqli ola bilir. Buna baxmayaraq pasient onun yaxınlaşdığını çox gözəl anlayır.
Simptomlar : ürək döyünməsinin artması, əsmə və titrəmə, dərinin avazıması, əsəbilik və narahatçılıq hissi, tərləmə, aclıq hissi, gecə pis yuxular. Qanda şəkərin miqdarı azaldıqca zəiflik, yorğunluq, *konsentrasiyanın pozulması, baş gicəllənmə, *görmə və danışıq pozulmaları, *özünü aparmanın pozulmaları, *qıcolmalar, huşun itməsi (hipoglikemik koma).
* işarəli simptomları ətrafdıkılar da görəcəkdir.
Qlükozasız baş beyin normal fəaliyyət edə bilməz, bu da huşun itməsinə (komalara) və ölümə səbəb ola bilər.
İş ondadır ki, sağlam insanlarda qaraciyərdə qlikogen ehtiyatı var, o da qanda şəkər düşdükcə qana buraxılır, bu zaman insulin ifrazı dayanır və qanda şəkərin miqdarı normallaşır. Hipoglikemiya isə müalicə alan Ş.D. pasientlərində yaranır.
Bu zaman preparatların ya insulinin təsirini tezliklə aradan götürmək mümkün deyil (yalnız pompa varsa mümkündür), qaraciyərdəki qlikogen isə qana yavaş düşür, onun miqdarı da yetərli olmaya bilir. Məhz buna görə hipoglikemiyanın müalicəsi dərhal aparılmalıdır !
İndi isə gəlin hipoglikemiyaların növlərinə baxaq. İlk əvvəl Ş.D. zamanı “yalançı” hipoglikemiyalar mümkündür. Belə ki, pasient yüksək şəkərlərə alışıbsa, normala yaxın göstəricilər belə hipoglikemiya kimi hiss edilə bilər. Belə halların müalicəyə ehtiyacı olmur, müəyyən zaman sonra pasient, normal göstəricilərə öyrəşdikcə simptomları hiss etməyəcəkdir.
Hipoglikemiyanın səbəblərinə görə aşağıdakı növləri var :
Vaxt etibarilə isə hipoglikemiya gündüz və gecə hipoglikemiyalara bölünür.
Əgər günorta bu halı hiss etmək asandırsa, gecələr yatan zaman hipoqlikemiyanı anlamaq çətinlik törədəcək. Gəlin gecə hipoglikemiyaların üzərində daha ətraflı dayanaq. Gecələr günortadan daha az enerjiyə ehtiyacımız var, bu səbəbdən də, qaraciyər qana daha az qlükoza buraxır.
Orqanizm qanda qlükozanın azalmasına adrenalinin ifrazı ilə cavab verir, buna görə belə simptomlar – titrəmə, tərləmə, ürək düyənmə, qorxu hissi baş verir. Gecələr bu simptomlar pis yuxular ilə biruzə verilir, bu da sizi ya yanınızda yatanı oyadacaqdır. Həmçinin, adrenalin qaraciyərdən qlükozanın ifrazına səbəb olur.
Özünüzə bu sualları verin :
Əgər cavablarınız müsbətdirsə, axşam yatmamışdan öncə şəkərinizi ölçməyə məsləhət görürəm, həmçinin, gecə zəng qoyub ya qohumlardan xahiş edib, şəkəri gecə saat 3-də ölçün.
Birdə gecə hipoglikemiyalar səhər də özünü göstərə bilər. Nə qədər təəcüblü görsənsə də, səhər yüksək şəkərlərlə özünü göstərəcəkdir. Bu da çox zaman səhf anlaşılır, vəziyyəti daha da pisləşdirir.
Bu, Somodji fenomeni ya insulinin xroniki olaraq artıq dozalarda vurulmasıdır, nəticədə qanda şəkərlər kompensator olaraq artır. Bu zaman artmış şəkərləri görürkən pasient yenidən dərman dozalarını artırır, bu da vəziyyəti lap pisləşdirir. Qeyd etmək istəyirəm ki, bu, yalnız səhərlər deyil, gün ərzində də baş verə bilər.
Bir də, Somodji fenomeni demişkən, “sübh fenomeni” (Dawn phenomenon) haqda da demək istəyirəm. Bu vəziyyət səhər tezdəndən (04.00-08.00 radələrində) oyanmaqdan öncə baş verir. Bu Ş.D. 1 və 2 tip üçün xarakterdir, adətən bu hal simptomsuz keçir.
Qlikemiyanın artmasının səbəbi qlikemiya deyil, kontrinsulyar (əksinə təsir edən) – qlükaqon, kortizol, somatotrop və tireotrop hormonlara görədir, bu zaman onların miqdarı artır.
Ş.D. zamanı “sübh fenomeni” pasientin həyat keyfiyyətində çox pis özünü əks etdirir. Bu simptomlar – ürəkbulanma, qusma, zəiflik, dezorientasiya, yorğunluq, güclü susuzluq, göz qabağında nöqtələr və rəngli işıqlar şəklində görmə pozğunluqları kimi özünü göstərə bilər.
Bu iki vəziyyətin diferensasiyası zamanı gecələr çox ciddi şəkildə qanda şəkərlərin monitoringi edilməlidir. Gecə 02.00-04.00 radələrdə , “sübh fenomeni” zamanı qanda şəkər normal olacaqdır, Somodji fenomeni zamanı isə azalmış olacaqdır.
Gecə hipoglikeminyalarının qarşısını almaq üçün onların səbəbini aydınlaşdırmaq lazımdır. Həmçinin, bütün hipoglikemiyaları vaxtında qarşısı alınmalı ki, gecələr də olmasın. Səbəblər də eynidir, amma bəzilərini yenidən demək istəyirəm.
Az yemə və dərman dozalarının artmasından əlavə alkoholun təsirini də qeyd etmək istəyirəm ki, bu xüsusən axşamları “yeyib içməyi” sevənlərə aiddir. Çünki alkohol simptomları gizlədə bilir. Hipoglikemiyanın müalicəsi zamanı isə qlükaqon preparatlarından istifadə etmək alkoqollu olaraq məsləhət deyil, belə ki, o qaraciyərdə qlükozanın ehtiyatlarını parçalayır.
Həmçinin, axşamlar qanda şəkəri ölçməyə unutmuruq. Axşamlar 4-4.2 mmol/l qədər şəkər, gecələr hipoglikemiyaya gətirib şıxara bilər
Hipoglikemiyanın müalicəsi.
Əgər özünüzdə ya yaxınlarınızda hipoglikemiya simptomlarını görürsünüzsə panikaya düşmək lazım deyil. İlk əvvəl sakitləşin və fiziki aktovliyi dayandırın. Qanda şəkərinizi ölçün, əgər göstərici aşağıdırsa, onu normallaşdırmaq lazımdır.
Bunun üçün Siz :
Qlikemiya normallaşandan sonra və növbəti yemək vaxtına hələ çox varsa, (məsələn gecədir), təkrar olmasın deyə 1 Ç.V. qədər gec karbohidrat yeyin ( 1 dilim çörək, bir neçə kreker, müsli batonçiki). Amma bu məqsədlə şokolad ya şokolad konfetlərindən, yağ, pendir, kolbasa ilə buterbrotdan istifadə etməyin. Belə ki, tərkiblərindəki yağlar karbohidrat mənimsənilməsini ləngidir.
Ola bilər ki, bir müddət hipoglikemiyadan sonra özünüzü pis hiss edəsiniz. Siz zəiflik, yorğunliq və s hiss edəcəksiniz, bunlar qlikemiya tam bərpa olunandan sonra keçəcəkdir. Sadəcə özünüzə vaxt verin, dincəlin, gücünüzü toplayın.
Hiöoglikemiyanın ağırlaşmaları.
Bilməlisiniz ki, hipoglikemiya ağırlaşmalarla da keçə bilər. Onlar həm kəskin, həm gec yaranan ola bilər. Kəskin ağırlamalara huşun itməsi və komalar aiddir. Uzaq ağırlaşmalar isə tez-tez baş verən hipoglikemiyalar zamanı olur. Onlar mikro- və makrodamar ola bilər, yəni, böyrəkləri, göz və sinirləri, həmçinin, ürək damar sistemi xəstəlikləri və insult yaranmasına səbəb ola bilərlər.
Koma – hipoglikemiyanın kəskin ağırlaşmasıdır, huşun itməsi ilə xarakterizə olunur. Onun simptomları :
Ağır hipoglikemiyanın müalicəsi :
Qlükaqon qəbulundan 5-10 dəq sonra pasient özünə gəlir. Əgər bu baş verməyibsə preparatı yenidən vura bilərsiniz. Pasient özünə gələndən sonra qaraciyərdəki qlükaqon ehtiyatını doldurmaq lazımdır. Bunun üçün tez karbohidrat qəbulu lazımdır.
*Qlükaqon qəbulunu öz həkiminizlə müzakirə edin.
Hipoglikemiyanın profilaktikası.
Əlbəttə ki, hipoglikemiya zamanı özünüzə yardım etməyə bacarmalısınız. Amma, daha vacib olan, onun qarşısını almaqdır. Belə ki, o, orqan və sistemlərə çox pis təsir edir. Və hipoglikemiyanın qarşısını almaq üçün bunları etmək lazımdır :