skip to Main Content

Hamiləliyi planlayırıq

Bizim ölkədə çox təəsüf ki, bu adət şəklində yayılmayıb. Yenə də, bəzən belə ehtiyacla gələn pasientlər olur. Hamiləlik vaxtında gəlsin, yaxşı keçsin və körpə sağlam doğulsun deyə nə etməlisiz?

Hamiləlik planlaşdırılması zamanı öncə endokrin xəstəlikləri inkar etmək, defisitləri aradan qaldırmaq lazımdır. “Zob”, şəkərli diabet, insulin dirənci, yumurtalıqların polikistoz sindromunu inkar etməliyik.

Bunun üçün qalxanabənzər vəzin, yumurtalıqların və uşaqlığın USM edirik. Qanda qlükoza, insulin, qlikolizə olunmuş hemoqlabin, TTH, sərbəst T3 və T4, antitellər (anti TPO, anti TQ), qanın və nəcisin ümumi müayinəsi, vitaminlər (dəmir, fol turşusu, B12, vitamin D, kalsium) müayinələri olunmalıdır. 

Sonrakı addım isə, qidalanmanı tənzinləməkdir. Bu çox vacib faktordur, həm hamiləlik zamanı həm öncə. Elə fikir var ki, hamilələrə hər şey olar, iki nəfərlik yeməli və şirniyyata üstünlük verməlidir ki, güc toplasın. Amma, bu fikir çox səhfdir! Belə ki, qidalanma hamiləlik öncəsi və hamiləlik dövrü sağlamlıq üçün çox vacib faktordur. 

Qidalanma tövsiyyələri bunlardır:

  • Mütləq nutrientlərin miqdarını saxlamaq lazımdır – hər trimestrə uyğun dəyişir, yetərli zülal almaq, yağların miqdarı çox vacibdir.  
  • Karbohidratlar makaron və şirniyyat olmamalıdır, dənli bitkilər, meyvə, giləmeyvələr, tərəvəzlər olmalıdır.
  • Maye rejimini saxlamalı – hər kq çəkiyə 30-35 ml su (çəkiniz çox böyükdürsə ideal çəkinizi götürün) olaraq olmalıdır.
  • Çalışın hazır paket qidalar və tez qida hazırlanan kafe və restoranlarından uzaq durun. Evdə hazırlanan qidalara üstünlük verin.
  • Bütün qazlı şirin içkiləri su ya bitki çayları ilə əvəz edin. Həmçinin, “zero” nişanı olan içkiləri rasiondan çıxarın. Belə ki, onların tərkibi bağırsaq florasını pozan kimyəvi şəkər əvəzediciləri ilə zəngindir.
  • Müxtəlif çeşidli qidalanın. Bu nutrient balansını qorumaq və mikroelementləri maksimal almaq imkanı yaradır.

Soya və onun əsasənda hazırlanan qidalar məsləhət görülmür, belə ki, tərkibi fitoestrogenlərlə zəngindir, onlar da hormonal fona təsir edə bilər. Həmçinin, çoxlu kofe və çay da çoxlu miqdarda taninlərə görə, dəmirin sovrulmasını pozur.

Back To Top