skip to Main Content

Detoks

Detoks nədir və kimə lazımdır?

İş ondadır ki, orqanizm çirklidir, şlaklardan arındıraq, bağırsağı təmizləyək, qaraciyəri yuyaq və s
kimi yayılmış frazalar tibbə heç bir şəkildə aid deyil. Orqanizmin zərərli maddələrlə (dərman,
qaz, zəhər və s) zəhərlənməsi var ki, bu zaman stasionar şəraitdə detoksikasiya tədbirləri
aparılır. Qalan bütün hallarda, bu frazalar yalandır!
Amma, orqanizmə uzun müddət baxmırsınızsa, düzgün qidalandırmamısınızsa və qeydinə
qalmamızsınızsa orqanizmdə sərbəst radikallar toplanır, və bu özünü pis rifah ilə biruzə verir.

Siz bunu necə hiss edəcəksiniz?
1. Daimi yorğunluq
2. Qəbizlik, köp, artıq qazların əmələ gəlməsi
3. Tərin pis qoxusu
4. Qarında, xüsusən sağ ya sol qabırğa altında ağırlıq hissi
5. Dərinin səpməsi, quruluq nəticəsində qabıqlanması
6. Enerjinin azalması və motivasiyanın olmaması
7. Qaşınma, dərinin qızarması
8. Ödemlər
Düzgün detoks zamanı siz enerjinin artmasını, yuxunun yaxşılaşmasını, qarında narahatlığln
olmaması, allergiyanın azalması və s hiss edəcəksiz.
Və əlbəttə ki, burda heç bir bütün gün ərzində meyvə şirəsindən istifadə və ya xüsusi
prosedurlardan söz getmir. Yox, sadəcə biz, yığılmış sərbəst radikallardan öz orqanizmimizi
təmizləyəcəyik.
İş ondadır ki, zərərli qidalardan, xüsusən uzun müddət istifadə olunursa, bu, sərbəst radikalların
orqanizmdə yığılmasına səbəb olur. Məsələn, çox duzlu, qırarmış, pişmələr (xəmir, bulka,
piroqlar və s), alkoqol, siqaret, kofein, fast fud, konservantlar və s qidalardan istifadə bu
radikalların böyük miqdarda ifrazına səbəb olur. Və onlar, çox adam düşündüyü kimi yalnız
bağırsaqda deyil, bütün orqanizmdə toplanır. Qaraciyər, orqanizmdən bütün toksinləri çıxaran
əsas orqandır. Həmçinin, artıq məhsulları böyrəklər çıxarır. Bu, orqanizmin əsas “detoks”
orqanlarıdır.
Sərbəst radikallar – xüsusi molekulalardır ki, bizim orqanizmin hüceyrələrini zədəliyir,
oksidləşdirici stress yaradaraq ürək-qan damar sistemi, qaraciyər xəstəliklərinə,hətta xərçəngə
səbəb olur.
Antioksidantlar isə, əksinə, bizim orqanizmi bu zərərli təsirlərdən qoruyur, ona olan yükü
azaldırlar. Ona görə, orqanizmin “təmizlənmə” prosesi çox asandır – sərbəst radikallar
məənbəyi olan ərzaqları aradan götürüb, antioksidantlarla zəngin olan ərzaqları rasiona əlavə
edirik.
Bəs, bu antioksidantları harda axtaraq? Hər şey çox sadədir!

Onların mənbəyi bitki ərzaqları, çiy tərəvəzlər, meyvə, buğda, paxlalılardır. Həmçinin, mineral
tərkiblərinə görə ət də özündə onları saxlayır. Ən çox antioksidant giləmeyvələrdə olur:
qaragilə, böyürtkən, zoğal, moruq və gavalıda. Tərəvəzlərdən isə, çuğundur, artişok, sparja,
brokkoli, qırmızı kələm, soğan və şirin bibərdir. Həmçinin, onların gözəl mənbəyi çay, qırmızı
şərab və qara şokoladdır. Həmçinin, paxlalıları da unutmayın, xüsusən mərcini.
Həmçinin, antioksidantları qida əlavələri vasitəsilə də ala bilirik. Məsələn, vitamin C, A, E,
kurkumin, alfa-lipoy turşusu, sink, selen və s. Əlbəttə, bu preparatları sizə həkim təyin eləsə
daha yaxşıdır, belə ki, hır birinin əlavə təsiri vardır. Amma, yenədə onlarla zəngin ərzaqları
rasiona əlavə edə bilərsiniz. Hamam, sauna (əks göstəriş yoxdurdsa) isə zərərli maddələri dəri
vasitəsilə atmağı sizə yardım edəcəkdir. Və, əlbəttə yetərli miqdarda təmiz sudan istifadə!

Back To Top