skip to Main Content

Рецепты правильного питания

Hamı şirniyyat və dadlı desertlər sevir. Arıqlama sürəеi dadlı desertlərdən imtina etmək üçün səbəb deyil, belə ki, onlar da faydalı ola bilir və çox yaxşı ara yemək ola bilir. Bu məqalədə mənim pasientlərin çox sevdiyi bəzi desertlərlə bölüşəcəm. Arıqlama dadsız və eyni tipli qidalanma demək deyil. Həmişəki kimi resept və kalorajı da verəcəm.

Рецепты правильного питания: Маковый чизкейк

Mak ilə çizkeyk :

Əsas üçün : 50 q yulaf unu, 50 q t/b (tam buğdalı) un, 1 yumurta, 25 q kərə yağı (kokos yağı ya digər də ola bilər),  şəkər əvəzedicisi (steviya ya eritrit) ya bal, vanilin.

Mak qatı üçün : 180 q yağsız bərk kəsmik, 200 q yağsız yumşaq kəsmik, 50 ml 15 % yağlılıqda süd, 60 q mak + 60 q 1.5 % süd, 8 q jelatin + 60 q su, şəkər əvəzedicisi ya bal.

Limon qatı üçün : 300 q 15 % xama, 1\2 limon, 4 q jelatin + 30 q du, şək.əvəz. ya bal

Hazırlanması : Əsas – unu əliyirik, kərə yağını əridirik, yumurtanı çırpırıq, hər şeyi qarışdırırıq, şək.əvəz. və vanilin əlavə edirik, elastik xəmir alınmalıdır, yağ ilə işlənmiş formaya paylaşdırırıq xəmiri. 15 dəq sobada bişiririk, sonra süd və şəkər əvəzedicisi ilə isladırıq..

Mak qatı – südü qazanda isidirik mak ilə birgə, qaynadırıq, saxlayırıq ki, şişsin, jelatini sud isladırıq, kəsmik, süd, şəkərəvəzedicisi çırpırıq və mak əlavə edirik, jelatini mikrodalğalı sobada isidirik, qaynamağa qoymuruq, hamısını qarışdırırıq. Hər şeyi formaya tökürük və dondurucuya, donana kimi qoyuruq.

Limon qatı – limon suyunu sıxırıq, jelatini isladırıq və həll olana kimi isidirik. Xamanı, limon suyunu, jelatini və şək.əvəz. qarışdırırıq.

Daha sonra qatları belə düzürük – korj + mak qatı + lomon suyu, sonra soyuducuya donana kimi qoyun.

Bu desertin kalorisi : 100 q üçün  146,6 kkal / 9,4 q zülal / 8,8 q yağ / 7,6 q karbohidrat.

Рецепты правильного питания: Бананово-шоколадный брауни

Bananlı-şokoladlı brauni :          

Bizə lazımdır – 100 q gec bişən yulaf, 250 q banan, 2 yumurta, 15 q kakao, 1 ç.q. qabarta tozu, vanilin, 1 ç.q. zeytun yağı, şəkər əvəzedicisi.                                     

Hazırlayırıq : Yulafı un halına qədər üyüdürük, kəsilmiş bananları ayrı qoyuruq, yumurtanı, şəkər əvəzedicisini blenderdə üyüdürük, yulaf əlavə edirik, kakao, qabartma tozunu qoyub, qarıçdırırıq, silikon formaya xəmiri tökürük və 180 dər 30-35 dəq ərzində bişiririk.

Desertin kalorajı : 100 q-da 181,2 kkal / 6,8 q zülal  / 5,6 q yağ / 26,8 q karbohidrat.

Рецепты правильного питания: Шоколадный кекс в кружке

Krujkada şokoladlı keks :

Bizə lazımdır : 1 x.q. kaako, 1 x.q. şokolad  lopası ( qara şokolad götürün, orda şəkərin miqdarı daha azdır ), 0,5 ç.q. vanilin, 0,5 ç.q. qabarta tozu, 1 yumurta, 2.5 x.q. t/b un, 1.5 x.q. duru yağ, 1.5 x.q. bal, 2,5 x.q. yağsız süd ст.л.

Hazırlanması : bir krujka götürürük, içinə bütün içindəkiləri qoyuruq və qarışdırırıq, üzərinə şokolad ləpələrini töküb, krujkanı 3.5 dəqiqəlik mikrodalğalı sobada bişiririk.

Bütün desertin kalorajı : 815,8 kkal / 21,6 q zülal  / 33,4 q yağ  / 106,4 q karbohidratlar. Yarısını yeyin, qalanını sonraya saxlayın.

Рецепты правильного питания: Нежное суфле со вкусом ягод                                             

Giləmeyvəli incə sufle :   

Sizə lazımdır : 300 ml 2,5 % yağlılıqda kefir, 10 q jelatin, 50 ml su, 50-100 q giləmeyvə, 2-3 ölçü qaşığı şəkər əvəzedicisi.

Hazırlayırıq : jelatini su və şəkər əvəzedicisi ilə qarışdırırıq, mikrodalğalı sobada 10 saniyə tam həll olana kimi qoyuruq (parda da qızdıra bilərsiniz), kefirə əlavə din və yüksək sürətlə blender ilə çırpırıq. Kütlə miqdarca artmalıdır. Giləmeyvələri qoyub, qarışdıracağıq. Soyuducuya bir saata qoyuruq, hazırdır.

Bütün desertin kalorajı : 214 kkal / 17,8 q zülal  / 7,8 q yağ  / 17,4 q karbohidrat

PS: Bütün reseptlər internetdə var

Инсулинорезистентность

Bu məqalədə Sizinlə insulinrezistentlik (İR) haqqında danışmaq istəyirəm. Bu nədir, niyə əmələ gəlir, necə diaqnoz qoyulur və necə müalicə olunur. İndi isə başlayaq! Öncə normanı bilək. Bütün sağlam insanlarda normada yemək yeyərkən və sonra qanda şəkərin miqdarı artıq. Bu təbiidir,belə qida həzm olunandan sonra qlükozaya çevrilir, yəni qanda şəkərin miqdarı artıq.

Orqanizmin yüksək şəkərə olan reaksiyası mədəaltı vəzi tərəfindən insulin burxmasıdır. İnsulun, çoxlarının bilidiyi kimi, qanda şəkəri aşağı salır. Və hər şey normaya qayıdır.

Bəs İR zamanı nə baş verir? Öncə bu proses necı baş verir, daha ətraflı başa salım. İş ondadır ki, qanda olan qlükoza hüceyrəyə daxil olmalıdır. Məhz belə bizim orqanizm qidalanır. Yəni, qida həzm olunub, parçalanır, qlükozaya çevrilir və insulinin köməyi ilə hüceyrəyə keçir. Gəlin təsəvvür edək ki, insulin hüceyrələrdə açar rolunu oynayır. Beləliklə, patologiya zamanı, hüceyrə insulini hiss etmir, yəni açar itir, yoxdur və hüceyrə bağlı qalır.

Nəticədə, qanda həm qlükoza, həm də, mədəaltı vəzinin buraxdığı insulin qalır. Hüceyrə isə, ac olduğu kimi ac qalır. İnsan bəz nə hiss edir bu zaman? Əlbəttə ki, aclıq. Yenə qida, yenə qanda şəkər artır, yenə insulin və bu hamızı qanda qalır. Bunu qeyd etmək istiyirəm ki, İR zamanı qanda şəkərin miqdarı normada qalır. Belə ki, proses yeni başlayır, və bütün hüceyrələr insulinə olan həssazlığı itirmir. Həmçinin ifraz olunan insulinin miqdarı o qədər çox olur ki, şəkər sonunda düşür. Amma bu prosesin inkişafı zamanı, mədəaltı vəzi ifrat dərəcəsində çox işləməsi  nəticəsində, tez ya gec xəstələnir. Nəticədə, Şəkərli Diabet yaranır. Mən sizə maksimal sadə dildə İR və ŞD yaranması mexnizmini anlatmağa çalışdım.

İndi isə gəlin baxaq ki, bu problem ümumiyyətlə niyə əmələ gəlir. İR səbəbləri, bunlardr :

  1. insulin molekulasının genetik defektləri
  2. hipodenamiya
  3. piylənmə
  4. karbohidratlardan ifrat çox istifadəsi
  5. bəzi endokrin xəstəliklər
  6. bəzi dərmanların qəbulu
  7. siqaret çəkmək

İR simptomları, bir çox hallarda bu abdominal piylənmədir (yekə qarın). Əgər Sizdə abdominal piylənmənin olub-olmamasını bilmək istəyirsinizsə, sm götürüb, beli ölçün. Əgər qadında belin ölçüləri 88 sm, kişilərdə isə 102 sm-dirsə abdominal piylənmənin diaqnozunu qoymaq olar. Həmçinin, bel və yan ölçülərinin bir birinə nisbəti : əgər qadında 0.85, kişilərdə isə 1.0-dən çoxdursa, həkimə müraciət etməyə səbəbdir ! Həmçinin, piy yalnız çöldə deyil, daxildə də yığılır, daxili orqanların ətrafında. Niyə belə olur ? Əslində, hər şey çox asandır, hüceyrələr ac qaldığına görə, insulin də piy yığma xüsusiyyətinə malik olduğuna görə (bu haqda ətraflı “Hormonlar bizim çəkimizə necə təsir edir” məqaləsində ətraflı yazmışam), orqanizm yaşamaq qabiliyyətinin saxlamaq üçün ehtiyat yığır. Həmçinin simptomlardan biri də, qara akantozdur . Bu dəri səthinin dəyişikliyidir, dəri qatlarındakı (boyun, qoltuqaltları, süd vəzləri, pax, yan əzələsinin arası) qaralma və kəpəklənməsidir. Bir çox qadınlarda İR özünü yumurtalığın polikistozu ilə biruzə verir, o da öz nöbvəsində menstrual tsiklin pozulması, sonsuzluq, kişi tipli tklənmə (hirsutizm).

Bundan əlavə, qırmızı xallar, papillomalar, əhval-ruhiyyənin dəyişikliyi, zəiflik, apatiya, tez-tez aclıq hissi,xüsusən şirniyyatdan sonra, əllərin əsməsi və s. Bunu qeyd etmək istərdim ki, İR arıq insanlarda da ola bilər, həmçinin, bütün kök insanlarda da İR olmur. Sadəcə bilin ki, İR zamanı yalnız ŞD deyil, müxtəlif şişlər, hımçinin miomalar və müxtəlif kistlər.

İR diaqnostikası : gözəyarı sizdə İR var ya yox təyin etmək lazım deyil. Bunun üçün ən yaxşı müayinədən keçməkdir. Müayinəni səhər ac qarına vermək lazımdır, 10-14 saat aclıqdan sonra, müayindənən yarım saat öncə siqaret çəkmək və idmanla məşğul olmaq olmaz, həmçinin, xəstəliklər, stress zamanı, yuxusuz gecədən sonra vermək məsləhət deyil. Laboratoriyalarda İR sadə test var, həmçinin, insulini və C-peptidi vermək lazımdır. Həmçinin, İR təyin etmək üçün müxtəlif testlər var, amma bununla artıq həkim özü məşğul olacaq. İR, aclıq qlikemiyanın pozulmasını, qlükozaya tolerantlığın pozulmasını ayırd etmək lazımdır, bütün bu vəziyyətlər preddiabet kimi qiymətlndirilir. Siz isə yalnız bilməlisiniz ki, bu problemi iqnor etmək lazım deyildir, həkimə müraciət edin.

İR korreksiya etmək üçün ilk əvvəl arıqlamaq lazımdır. Qidalanma bu zaman çox böyük rol oynayır. Yalnız qidalanma və rejim köməyi ilə biz, həm insulin ifrazını korreksiya edə bilərik, həm də ki, qanda şəkərin miqdarını idarə edə bilirik, sırf bu parametrlərə təsir edən ərzaqları seçməklə. Həmçinin, fiziki aktivlik də bu zaman çox vacibdir, belə ki, idman hüceyrələrin insulinə qarşı həssazlığını artırır. İR zamanı arıqlamaq bəzən çox çətin olduğuna görə, ehtiyac olsa, hüceyrələrin insulinə qarşı həssazlığını artıran dərman prepratlarından (metformin) istifadə olunur. Bu preparat həkim tərəfindən yazılır, lazımı dozada, belə ki, müəyyən əks göstərişlərə və yan təsirlərə malikdir.

Azyaşlı uşaqların düzgün qidalanması nədir / Как правильно кормить детей раннего возраста.

Uşağınızın düzgün qidalandırılması artıq hamiləlik dövrundə başlayır, bu səbəbdən hamilə ananın qidalanmasının düzgün qurulması çox vacibdir. Bu haqda mən digər məqalədə yazaram. İndi isə, körpənizin düzgün qidalanma rejimini necə qurmalısınız, onu aydınlaşdıraq. İlk əvvəl istərdim qeyd edim ki, niyə uşaqların az yaşlı zamanlardan bəri düzgün qidalandırılması belə vacibdir.

Biz uşaqlara, artıq körpəlikdən düzgün qida vərdişlərini formallaşdırmağa çalışmalıyıq ki, daha sonra o, qeyri düzgün formalaşmış vərdişlərlə artıq çəki ya xəstəliklər zamanı mübarizə etməsin. O, düzgün ərzaqları artıq körpəlikdən düzgün seçməyi bilməli, sağlamlığı üçün zərərli qidalardan imtina etməyə bacarmalıdır.

            Qeyd etmək istəyirəm ki, bir çox tədqiqatlar nəticəsində aşkar olunub ki, 6 aya qədər yalnız ana südü almış körpələr, sonralar daha az kökəlməyə meilli olur. Məhz bu səbəbdən, həmçinin digər faydalı xüsusiyyətlərə görə DST (Dünya Səhiyyə Təşkilatı) körpələrə ana südünü məsləhət görür.  Bu zaman ananın rejimi, körpənin nə qədər süd içdiyi, hətta süd vəzinin forması belə südün ifrazına təsir edir. Daha sonra körpəniz böyüdükcə ilk əlavə yemək zamanının vaxtı gəlib çatır. Əgər ana sağlamdırsa (onun öz qidalanma rejimi rasional və adekvatdırsa) və onun yetəri qədər südü varsa, körpə boy və çəkisini yaxşı artırırsa, öz vəziyyəti ilə narahatçılıq göstərmirsə, əlavə qidalanmanı mümkün qədər gec başlamaq məsləhətdir. Əlbəttə, əlavə qidalanmanı başlamadan öncə uşaq həkiminizlə məsləhət edin !

            Bir çox mütəxəssislər əlavə qidanın vermə zamanını müxtəlif cür məsləhət edirlər. Məsələn, Nİİ RAMN mütəxəssisləri belə məsləhət görür : meyvə şirələri və püresi 4 aydan, tərəvəz püreləri 5 aydan, kəsmik, sıyıq, suxariklər, peçenye 6 aydan, yumurta sarısı, ət və balıq püresi, süd və kefir 7 aydan başlanmalıdır. Körpə bərk qidanın qəbuluna hazırdır, əgər köməksiz otura bilir, başını saxlaya bilir və qaşıqla yeyə bilirsə, bu zaman əlavə qidalanmaya başlamaq olar. Əlavə qida kiçik dozalarla, bir damcıdan başlanılmalı və körpənin reaksiyasına baxılmalıdır. Əgər hər şey yaxşıdırsa,qida miqdarı yavaş-yavaş artırılır.

            Dəmir defisitli anemiyanın qarşısını almaq üçün 6 aydan sonra qidalanmaya dəmir ilə zəngin ərzaqları daxil etmək lazımdır (hazır sıyıqlar dəmir ilə zənginləşdirilir, həmçinin dəmirlə ət, qaraciyər, balıq və yumurta sarısı zəngindir). Uşağa 3 yaşına qədər çay və kofe vermək məsləhət deyil, belə ki, onlar dəmir sorulmasını ləngidir.

            İlk tərəvəz qidasını verərkən körpənin allergik statusuna diqqət edin. Əgər sizin körpənizdə diatez – yanaqlarda qırmızı ləkələr ya səpgilər, varsa aşağı allergik xüsusiyyətə malik tərəvəzləri seçin. Belə tərəvəzlərə – brokkoli, kabak, yaşıl lobya, şomu aiddir. Orta allergik xüsusiyyətlərə malik tərəvəzlərə – xiyar, ağ və çəhrayı turp, qarğıdalı, baş soğan, yaşıl bolqar bibəri və ağır allergik ərzaqlara sarımsaq, pomidor, qırmızı turp, kərəviz aiddir.

            İkinci əlavə yemək zamanı rasiona sıyıqlar əlavə edilir, onlar qlütensiz və südsüz olmalıdır. Onları suda, ana südündə ya smeslərdə hazırlayın, sıyıq qarabaşaq, düyü ya qarğıdalıdan olmalıdır.

            Üçüncü qidalanmada ət əlavə etməyin vaxtıdır. Burda da allergik statusa diqqət etməyiniz lazımdır. Ən aşağı allergenli ətə qoyun, quzu, orta allergik statusa malik ət hind toyuğu, dovşan, yüksək allergik ətə isə toyuq və mal əti aiddir.

İndi isə gəlin 1 yaşdan sonrakı uşaqların qidalanmasını müzakirə edək.

            Bir yaşı tamam olmuş körpənin qidalanması öncəkindən xeyli fərqlənir. Belə ki, bir yaşdan sonra uşaqlarda dişlərin böyüməsi davam edir, qidanı çeynəmək xüsusiyyətləri formalaşır, çox tez həzm prosesləri inkişaf edir, mədənin tutumu artır. Körpə artıq qidanın dadını fərqləndirməyə bacarır və s. Əlbəttə ki, körpənin bütün bu xüsusiyyətləri qidalanmada nəzərə alınmalıdır. Qidalanma sayı həmçinin 5 dəfədə qalır, xüsusən bu zəif körpələrə aiddir. Bəzi uşaqlar özləri sonuncu 5-ci qidadan imtina edib,  4 dəfəli 4 saatdan bir qidalanmaya keçir.Uşağın rejimi necə olursa olsun, çox vacib olan şey saat vaxtını eyni saxlamaq, mütəmadiliyi saxlamaqdır. Bütün qidalar yarıduru, püre şəklində, süzgəcdən keçirilmiş  halda olmalıdır. Bu yaşlı uşaqları qaşıqla yedizdirin, soskalar məsləhət deyil, belə ki, uşaqlar sonra duru yeməklərə öyrəşib, başqa qidadan imtina edəcəklər. Bu yaşlı uşaqların qidalanmasının əsas özəllikləri müxtəliflik və mikronutrientlərin balanslaşdırılması olmalıdır. Qidalanmanın əsasını yüksək heyvani zülallar təşkil etməlidir : süd, süd məhsulları, ət, balıq, quş əti və yumurta.

            Bəli, körpəniz böyüyür, artıq həyatının ikinci ili başlayır və biz onun qidlanmasını optimallaşdırmalıyıq. İlk olaraq bu 5 dəfəli qidalanma rejimidir, 3 dəfə əsas yemək – səhər yeməyi, nahar və axşam yeməyi, 2 dəfə də qəlyanaltı – ikinci səhər yeməyi və yatmamışdan öncə turş süd məhsulu (kefir) olmalıdır. Yemək miqdarı 250-300 ml-dən artıq olmamalıdır. Ümumiyyətlə, ikiyaşlı uşağın sutkalıq qida tutumu (su xaric) – 1000-1200 ml olmalı, üç yaşlı uşaqlarda isə 1200-1500 ml olmalıdır.

            Bəs körpəni nə ilə qidalandıraq ki, sağlam böyüsün, gəlin baxaq. Tərəvəz və meyvələr hər qida qəbul edərkən, gündə 4 dəfə rasionda olmalıdır. Süd və süd məhsulları, sıyıqlar, kəsmik, turş süd məhsulları (kefirə uşağı körpəlikdən öyrətmək lazımdır), həmçinin süd smesləri gündə 3 dəfə olmalıdır. Hər gün uşaq 450 ml duru süd ərzaqları almalı, onlardan 220 ml smes olmalıdır.Sıyıqlar və qarnirlər rasionda hər gün, çörək gündə 2-3 dəfə olmalıdır. Ət məhsulları rasionda gündə 1-2 dəfə 70 q miqdarında olmalı, balıq həftədə 2-3 dəfə, 200 q yaxın olmalıdır. Yumurta da, körpənin allergiyası yoxdursa, həftədə 2-3 dəfə verilməlidir. Susuzluq hissi isə təmiz su ilə ödənməlidir, şirin içkilər, şirələr, şirin çay verilməməlidir, belə ki, uşaqda qeyri düzgün vərdiş (susuzluğu qazlı şirin içkilər və şirələr vasitəsilə ödəmək) formalaşır, hansı ilə o, gələcəkdə həyatı boyu mübarizə aparmalı olacaq. Qidalanmada olan şəkər və duzun miqdarına fikir verin. Hazır məhsullara onları əlavə etməyin. Gün ərzində 25-30 q şəkər, 3 q da duz yetərlidir.

            Körpələriniz yediyi porsiyaya da diqqət edin. Belə ki, artıq yemək çox tezliklə mədəaltı vəzini zəiflədə bilər, belə ki, qarındakı artıq piy yalnız bağırsağı əzmir, bütün daxili orqanlara təsir edib, onların qeyri fizioloji yerdəyişməsinə səbəb olar bilir. Nəzərə alın ki, çox qida onikibarmaq bağırsağa təsir edib, mədəaltı vəzin sfinktorunu sıxır, o da qida orqanizmə daxil olan kimi ifraz olunmalı fermentlərin ifrazına təsir göstərir. Bu səbəbə görə fermentlər vəzdə qalır və onu içəridən parçalayır. Həmçinin, artıq qida bağırsaqda qalıb, çürüyür, qazlara səbəb olur.

            Uşağa, ymək yeməyə maraqlı olsun deyə, ona özəl rəngli uşaq boşqab dəsti alın. Boşqabın balaca tutumu artıq yeməyin qarşısını alacaq, həmçinin porsiyanın tam yeyilməsi kimi vərdişi formallaşdıracaq. Adətən bu yaş uşaqlara ərzaqları yemək yox, onlarla oynamaq xoş gəlir. Bu zaman hirslənmək və körpəni danlamaq lazım deyil, sadəcə masanı təmizləyın və uşağa yemək vaxtından öncə yemək təklif etməyin ki, yaxşıca acsın.

            Həmçinin uşağı düzgün olaraq yedizdirmək də çox vacibdir. Adətən analar, uşaq yesin deyə ona multfilmlər qoşur, müxtəlif şeylərlə fikrini dağıdır, bu düzgün deyil. Körpənin qida zamanı yarım saatı keçməməlidir. Çox vacib faktor, körpənin sakit vəziyyətdə süfrəyə oturmasıdır. Nəzərə alın ki, körpənin mərkəzi siniz sistemi hələ tam formallaşmayıb və o fərqli işlərə tez keçə bilmir. Məsələn, oynayırdısa və siz onu kəskin şəkildə oyundan çəkib yeməyə otuzdurursunuzsa, o qidalanmanı neqativ qarşılayacaq, qidadan imtina edəcəkdir.Uşağı qidalanmaya hazırlamaq lazımdır, həmçinin çox vacibdir ki, ərzaqları ona bir bir göstərəsiniz, bütün menuda olan yeməkləri qabağına qoysas ən bəyəndiyini seçib,onu tələb edəcək, digərlərini yeməyəcək.

            Körpənin iştahının yaxşılaşmasına təmiz havada gəzinti, maraqlı hərəkətli oyunlar və yaxçı əhval-ruhiyyə kömək edəcək. Körpənizim qidalanması haqda həkimdən məsləhət almağa çəkinməyin.

Körpəyə həyatının başlanğıcından düzgün qidalanma vərdişlərini formalaşdırın ki, o, sağlam və xoşbəxt böyüsün !

Faydalı səhər yeməklərinin reseptləri / Рецепты полезных завтраков

Səhər yeməyi gün ərzində olan yeməklərin içində çox vacibdir. Bizlərdən çoxu onu bir stəkan kofe ilə əvəzləsə də (kimsə alışqanlığa görə, kimsə daha tez arıqladığınl düşünərək, kimsə də zaman çatmamazlığından) bu qəti düzgün deyil. Səhər düzgün yemık lazımdır ki, gün yaxşı keçsin və axşam çox yeməyəsiniz.

  1. Yumurtadan maffinlər :

Adi yumurtaya alternativdir, tez hazzırlanır, yolda da yemək mümkündür.

Sizə lazım olacaq: 2 yumurta, duz, istiot, şirin (bolqar) bibər 30 q, feta pendiri 30 q, cəfəri istəyinizə görə.

Yumurtaları çırpırsınız, onlara digər ingredientləri  əlavə edirsiniz. Sonra öyrəşdiyiniz yağlı tava əvəzinə, kekslər üçün nəzərdə tutulan bir-iki silikon qab götürüb, yumurtanı onlara tökürsünüz. Sobada 200 dər-də 20 dəq ərzində bişiririk.

Çox tez alınır, minimum qab batır. Masaya tam buğdalı çörək ilə servis edin.

Bu yeməyin kalorajı  – 268 kkal, 19,5 q zülal, 19,2 q yağ, 2,4 q karbohidrat.

60 q (iki dilim) tam buğdalı çörək ilə kaloraj  – 401 kkal, 23,4 q zülal, 21,6 q yağ, 26 q karbohidrat..

Yumurtadan maffinlər / Маффины из яиц

  1. Yumurtadan maffinlər :

Bu yeməyin ikinci variantı da çox dadlı alınır.

Sizə lazım olacaq  – yumurta 2 ədəd, duz, istiot, 3 %-li süd 50 ml, pəhriz vetçinası 30 q, pomidor 30 q, feta pendiri 20 q.

Eyni qaydada bişiririk, yumurtanı çırpırıq, içinə doğranmış ingredientləri doğrayırıq və qatışığı formalar arasında bölüşdürürük. Sobada 200 dər-də 20 dəq ərzində bişiririk.

Bunu həmçinin t/b çörək ilə servis edin.

Yeməyin kalorajı – 289,3 kkal, 23,7 q zülal, 18,8 q yağ, 4,8 q karbohidrat.

60 q t/b çörək ilə – 422,5 kkal, 27,6 q zülal, 21,2 q yağ, 28,4 q karbohidrat. 

Yumurtadan maffinlər / Маффины из яиц

  1. Yulaflı səhər yeməyi :

Adi sıyıqları sevməyənlər üçündür. Axşandan hazırlayırıq, səhər heç zamanınızı almayacaq.

Sizə lazım olacaq – natural yoqurt (qatıq) 2% 1 ç.q. (10 q), xırdalanmış yulaf  3 ç.q. (30 q), bal 1 ç.q. (10 q), şəkərsiz araxis pastası 1 ç.q. (10 q), kakao 1 ç.q. (10 q), süd  2,5 % 1 armudu stəkan (100 ml), çia toxumları 1 ç.q. ( 8 q), kivi 1 əd (100 q).

Kividən başqa digər ərzaqları (göstərilən ardıcıllıqla) qarışdırırıq, hər şeyi yaxşı qarışdırırıq və böyük fincana qoyuruq. Fincanı 4 saata (gecə boyu da olar) soyuducuya qoyun, üzərinə yeməmişdən öncə xırda doğranmış kivi əlavə edin. Yalnız yemək qalır.

Yeməyin kalorajı – 385,6 kkal, 14 q zülal, 14,7 q yağ, 53,3 q karbohidrat.

Yulaflı səhər yeməyi / Завтрак из овсянки

  1. Yulaflı səhər yeməyi :

Bu yeməyin digər variantı.

Sizə lazım olacaq – natural yoqurt (qatıq) 2% 1 ç.q. (10 q), xırdalanmış yulaf  3 ç.q. (30 q), bal 1 ç.q. (10 q), süd  2,5 % 1 armudu stəkan (100 ml), çia toxumları 1 ç.q. ( 8 q), nar 1 əd (100 q).

Bütün ərzaqları nardan başqa qarışdırırıq, hamısını iri fincana qoyub, 4 saatlıq (gecə boyu da olar) soyuducuya qoyuruq. Səhər nar əlavə edib yeyirik.

Bu yeməyin kalorajı – 304 kkal, 9,4 q zülal, 8 q yağ, 52,4 q karbohidrat .

Yulaflı səhər yeməyi / Завтрак из овсянки

Düzgün qidalanma zamanı qəlyanaltı reseptləri. / Рецепты перекусов при правильном питании.

Düzgün qidalanma zamanı qəlyanaltılar çox vacibdir. Belə ki, yemək arasındakı uzun müddətli fasilələr zamanı maddələr mübadiləsinin sürətini azaldır. Qəlyanaltılar hər yarım ya da bir saatdan bir olmamalıdır. Gün ərzində 1-2 qəlyanaltı omalıdır, və onlar orqanizmi qidalandırıcı maddələrlə təmin etməlidir. Beləliklə, mən Sizinlə bir neçə çox sevdiyim qəlyanaltı reseptlər ilə bölüşəcəm, kalorajlarını qeyd edəcəm.

  1. Lobyadan paştet :

Sizə lazım olacaq – lobya ağ ya qırmızı (yarı-yarı da ola bilər) 300 q, sarımsaq 1 dilim, limon suyu 1 x.q., zeytun yağı 50 ml, keşniş ya cəfəri yarpaqları 5-6 ədəd, duz və istiot istəyə görə. Lobyanı suda bişirin, pressdən keçirin, göyərti və sarımsağı xırda doğrayın. Hər şeyi çəngəl ya blender ilə qarışdırın. Bura yağ, limon suyu,  duz və istiot əlavə edin.

Qəlyanaltı üçün 50-70 q paştet istifadə edin, pəhriz çörəyi ya tosterdən çıxmış tam buğdalı çörəklə yeyin

100 q paştetin kalorajı – 377 kkal, 17 q zülal, 14.7 q yağ, 47.3 q karbohidrat.

  1. Xumus :

Sizə lazım olacaq – noxud 1 stəkan, kunjut toxumu 50 q, limon suyu, paprika 1 x.q., sarımsaq 3 dilim, zeytun yağı 50 ml.

Noxudu öncə 6-8 saatlıq suda isladın, sonda suda bişirin (30-40 dəq), suyu tullamayın.

İndi isə kunjut pastası taxini edirik – quru tavaya kunjut toxumlarını qoyub, tez-tez qarışdıraraq qızıl rəngə qədər qızardırıq. Sonra sarımsaq ilə kunjutu blenderdə pasta olana qədər qarışdırın.

Daha sonra bişmiş noxuda duz, istiot, paprika, kunjut pastasını, yağ və limon suyunu qatırıq. Hər şeyi blenderdə qarışdırıb, içinə saxladığımız suyu istədiyimiz konsinstensiya alınana qədər tökürük.

Xumus yetərli qədər kalorili olduğuna görə az miqdarda, həm isti həm soyuq şəkildə, çörəklə yeyin.

100 q xumusun kalorajı – 444 kkal, 14.6 zülal, 25.8 q yağ, 40 q karbohidrat.

  1. Krekerlər :

Sizə lazım olacaq – tam buğdalı un 1 stəkan (200 q), kukuruz unu 1 stəkan, süd 150 ml, kətan və kunjut tumları 4 x.q. , zeytun yağı 4 x.q., qabartma tozu 1 ç.q., duz 1 ç.q., qəhvəyi şəkər 1 ç.q.

Öncədən bütün növ unları qarışdırırıq, süd əlavə edirik, qabartma tozu, şəkər, duz və qarışdırırıq, kətan və kunjut toxumlarını əlavə edirik, hər şeyi yaxşı qarışdırırıq. Soba tavasına folqa qoyub, sobanı 190 dər isidirik. Xəmiri nazik yayırıq, kvadrat şəkildə (fiquralar da edə bilərsiniz) doğruyuruq, folqaya qoyub, 10-12 dəq ərzində bişiririk. 8 porsiya alınır.

Hər porsiyanın kalorajı – 274 kkal, 7.1 q zülal, 11 q yağ, 35.8 q karbohidrat.

  1. Peçenye :

Sizə lazım olacaq – 100 q yağsız yumşaq kəsmik, yarım banan, yulaf kəpəyi 5 x.q., hindistan cevizi unu 3 x.q., duru yağ 2 x.q., bir az qabartma tozu, limon qabığı 1 x.q.

Bütün ingridiyentləri qarışdırıq, xəmir üzəldin. 10 dəq qalsın. Xəmiri nazik açırıq, fi=ormalar edirik və 180 dərəcədə 20-25 dəq bişirin.

100 q peçenyede – 227 kkal, 12 q zülal, 9 q yağ, 25 q karbohidrat var.

Синдром диабетической стопы / Diabetik ayaq

Diabetik ayaq – Şəkərli Diabetin ağırlaşmalarından biridir, bu zaman ayaqda trofik xoralar əmələ gəlir. Əslində bu problem yetəri qədər aktualdır. Belə ki, şəkərli diabet hal-hazırda çox yayılan xəstəlikdir.  Ş.D. zamanı əsas olanı özünə düzgün qulluqdur. Belə ki, bir çox ağırlaşmaları özünə kontrol qaydalarını bilərək qarşısını almaq olur. Buna görə requlyar “diabet məktəblərində” dərs alın.

Bundan əlavə deyim ki, diabetik ayağın qarşısını almaq üçün xəstəni düzgün öyrətmək yetərlidir, amputasiyaların sayını isə 85 % qədər azaltmaq mümkündür.  Bu xəstəliyin rastgəlmə tezliyi 100 adama 12-25 nəfərdir. Düzgün profilaktika, baxım, düzgün yanaşma və müalicə bu xəstəlik zamanı çox vacibdir.

Məsələ bundadır ki, Ş.D. zamanı toxumalar və orqanlar tərəfindən qlükozanın mənimsənilməsi pozulur, zəhərli olan keton hissəciklər əmələ gəlir, maddələr mübadiləsi pozulur. Həmçinin, sinir sistemi və damarlar ziyan çəkir. Nəticədə infeksiya çox tez inkişaf edir. Təbii ki, aşağı ətraflar patologiyanın yaranmasına daha həssasdır.Belə ki, ayaq dayaq funksiyasını yerinə yetirir deyə sinir və damarların diabetik zədələnmələri zamanı daha çox patologiyaya meilli olur. Bununla bərabər, bir çox risk faktorları – siqaret çəkmə, dislipidemiya, piylənmə, böyük yaş, ayaqların yetərsiz gigiyenası və baxımı, ayaqlarda ödem və infeksiya, neyropatik ayaq, damarların periferik zədələnməsi, ayaqların deformasiyaları, anamnezdə ayağın yaraları ya amputasiya, həmçinin, neyropatiyalar, ürəyin işemik xəstəlikləri, görmə ilə olan problemlər.

Diabet ayağı 3 növ olur – ” neyropatik infeksiyalaşmış “, “işemik qanqrenoz” və qarışıq. Birinci növ sinir sisteminin zədələənməsi nəticəsində, ikinci növ damarların, qarışıq növ isə hər iki nöz zdələnmə ilə gedir.

Klinik əlamətlər : xəstələrin əsas şikayəti – gəzmə zamanı tez yorulma və ayaqlarda ağrı, aralıqlı axsamaq, soyuqa qarşı yüksık həssaslıq, paresteziyalar. Ağrı gəzinti zamanı əmələ gəlir, amma sakitlik zamanlı da ola bilir. Həmçinin, ayaqların üşüməsi, soyuq və istinin qeyri düzgün qavrayışı, dəri rənginin dəyişməsi ola bilər. Ən böyük simptomlardan biri də, ayaqlarda xoraların olmasıdır.

Neyropatik forma çox xarakter klinik əlamətlərə malikdir – oynaqların deformasiyaları, dərinin sianozu, barmaqların “caynaqlaşması”, böyük döyənəklərin olması. Damar zədələnməsi isə özünü ayaqlardakı dərinin rəginin dəyişməsi, nəbzin assimetriyası ilə biruzə olunur.

Diabetik ayaq yetəri qədər qorxulu xəstəlikdir, onun diaqnozu və malicəsi elə də asan deyil. Əgər Sizin Ş.D., ayaqlarda belə əlamətlər ya yaralar varsa mütləq həkimə müraciət edin, özünü müalicə ilə məşğul olmayın. Özü-özünü müalicə üsulları, məsələn, ayaqların isti suda saxlanılması, isidici mazlar ya yaralara qeryi-düzgün seçilən məlhəmlər, həmçinin yaraların düzgün seçilməyən antiseptiklərlə təmizlənməsi xstəliyin daha ağır ağırlaşmasına səbəb ola bilir.

Həkimə ilk simptomlar olanda gedin. Simptomların əmələ gəlməsindən öncə isə endokrinoloqunuzdan ayaq müayinəsini tələb edin ( hər şey yaxşı olsa belə Ş.D. zamanı ildə 1 dəfə pulsasiya yoxlanılmalıdır).

VACİBDİR ! Əgər Sizə Ş.D. diaqnozu qoyulubsa xəstəliyin ilk günlərindən ayağa düzgün qulluq çox vacibdir. İlk əvvəl ayaqların gigiyenasına diqqət edin, ayaqları ilıq su ilə, neytral PH sabunla yuyun, yumşaq dəsmal ilə qurulayın, barmaqların arasına daha çox diqqət yetirin. Ayaqları nəmləndirici kremlə yumşaldın, bişməcələrin qarşısını almaq üçün barmaq aralarına krem sürməyin. Vaxtında döyənəkləri (özbaşına deyil, professional tərəfindən), kutikulanı (dırnaq ıtrafı artıq dərini) kəsin, gözəllik üçün deyil, sağlamlıq üçün. Ayaqqabıları düzgün seçin. Yaxşı olar ki, keyfiyyətli, dəridən olan, ola bilər ortopedik. Ayaqqabını geyinməkdən öncə, içində yad cisim (mismar, şüşə qırıntısı və s.) olub-olmamasına baxın. Ayaqlarda soyuqluq hissi zamanı onları isidicinin üzərinda ya isti suda isitməyin. Bu yanıqlara gətirib çıxara bilər. Və əlbəttə ki, vaxtında dispanserizasiyadan keçin !!!

Диета - держать или нет? / Pəhriz - tutaq ya yox?

Artıq çəki ilə mübarizədə xanımlar nələr etmirlər. Xüsusən popular olan müxtəlif dəbli pəhrizlərdir. Müxtəlif saytlar Sizi qısa müddətdə artıq çəkidən azad etməyə söz verən fərqli pəhrizlər təklif edi. Amma mən istəyirəm ki, Sizə nə lazımdır haqqında yaxşı düşünəsiniz?! Bir həftə içində 10 kq çəki atıb, sonra çəki və sağlamlıqla nə olarsa olsun ya sağlamlığa xeyri olan uzun müddət çəkən effekt ?

Artıq çəkinin səbəbini aydınlaşdırmadan pəhriz saxlamaqdan öncə, istəyirəm ki, aldığınız qərar haqqında düşünəsiniz. Axı bir çox xəstəliklər, xüsusən də gizli, qeyri düzgün seçilmiş qida rejimi zamanı üzə çıxır. Mən möcüzəli pəhrizlər Sizə gətirdiyi ziyan haqqında danışmaq istəyirəm.

Aclıq – aclığın ziyanı ya xeyiri haqqında çoxlu diskussiyalar gedir. Amma əslində  yeməkdən kəskin imtina ya azalma nə ilə nəticələnə bilər?, baxaq. Mütləq bir şey var ki, o da 2-3 gündən artıq aclıq sağlamlıq üçün çox ziyandır. Çoxları düşünürlər ki, aclıq mədə-bağırsaq üçün dincəlmək fürsətidir, amma gəlin məntiqli düşünək, mədə-bağırsağın dincəlməyə ehtiyacı var mı? Axı mədə dicəlmək üçün proqraşdırılmayıb, qidanı həzm etmək onun bir başa vəzifəsidir. Daha məntiqli mədəni ağır, yağlı, qızarmış , çox istiotlu, ədvalı və duzlu ərzaqlarla yormamaq olardı. Həmçinin, aclığın çox zamankı ağırlaşmaları qastrit və onikibarmaq bağırsağın xoraları ola bilər, belə ki, mədə şirəsi ifraz olunur, amma qida daxil olmur. Nəticədə mədə öz-özünü həzm edir. Aclıqdan sürətli arıqlama məqsədi ilə istifadə edərkən, Siz normal rasiona qayıdınca bu gedən kiloları necə tez itirdinizsə elə də tez qayıtması haqqında heç düşünmürsünüz. Həmçinin aclıq zamanı oranizm stress halında olur və ilk istifadə edəcəyi əzələ zülalları olacaqdır.Yəni, itirdiyiniz kilolar sudan, nəcis kütləsindən, əzələ kütləsindən və bir qədər piydən ibarət olacaq.

Bundan əlavə aclıq zamanı leptin (aclıq hissinə cavabdehdir) adlanan hormonun işi pozulur, bu da dəhşətli aclıq tutmaları ilə nəticələ bilir. Həmçinin ketonla intoksikasiya da baş verə bilər, bunun nəticəsi kimi orqanizi təmizləməq əvəzində tam tərs nəticə əldə etmiş olacaqsınız. Aclıqdan bir gündən artıq istifadə etməməyinizi məsləhət görərdim  !

Karbohidratlarsız pəhrizlər – ərzaqların içində ən danlananı karbohidratlar olur adətən. Axı onlar artıq çəkinin səbəbidir, insulinə təsir edirlər və ümumiyyətlə çox ziyandırlar. Karbohidrat miqdarının kəskin azaldılması ya tam çıxarılması ilə müşaət olan pəhrizlər külli miqdardadır. Mən artıq onların hesabını belə itirdim – Atkins, Dükan pəhrizləri, Ketopəhriz və s. Amma gəlin aydınlaşdıraq, bu karbohidratların həqiqi günahları nədir axı.

Məsələ bundadır ki, insan orqanizminin qidalanma təməlində məhz karbohidratlar durmalıdır – orqanizmin enerjisinin təminatçıları. Onlar rasionun 50-70 %-ni təşkil etməlidir. Belə ki, onlar bu funksiyaları yerinə yetirir – struktur və dayaq, mqdafiə, plastik, energetik, saxlayıcı, osmotik, reseptor, beyin qidalanması,requlyator, sorbent və s. Orqanizmdə belə mühüm funksiyaları yerinə yetirdiklərinə görə, onlardan imtina orqanizmin bir çox funksiyalarını pozacaqdır. Əgər karbohidratları rasiondan çıxarmaq istəyirsinizsə tez jarbohidratları çıxarın. Belə ki, onlar qanda şəkərin kəskin yüksəlib azalmasına,kəskin insulin sıçrayışlarına gətirib çıxarır. İstifadə üçün düzgün karbohidratlardan istifadə edin. Amma rasiondan onların tam çıxarılması müxtəlif xoşagəlməz simptomlarla nəticələnə bilər : ümumi zəiflik, baş gicəllənməsi, baş ağrısı, aclıq, ürək bulanma, güclü tərləmə, əllərdə titrəmə, yuxululuq, qanda şəkərin düşməsi, ağızdan pis qoxu, əhval-ruhiyyənin dəyişməsi, qarında köp, qəbizlik, yorğunluq, enerji çatmamazlığı, zehni fəaliyyət ilə çətinliklər, aclıq hissi, daimi üşümək.

Nəzərə alın ki, orqanizmə artıq zülal lazım deyil, bu orqanizmin intoksikasiyasına, qəbizliyə, narahatçılığa və karbohidrat mübadiləsinin pozulmasına səbəb olur. Bundan əlavə zülallı pəhrizlər oynaq və böyrəklərə pis təsir edir. Zülallı pəhrizdən sağlamlığınıza zərər yetirmədən o zaman istifadə edə bilərsiniz ki, iki həftədən çox çəkməsin, rasiondan karbohidratlı ərzaqlar tam çıxalmasın.

Pəhrizlərin içində monopəhrizlər də çox populyardır. Eyni ərzaqdan uzun müddət istifadədir. Məsələn, qarabaşaq,düyü, kefir, şokolad, xiyar, qarpız və s. pəhrizləri. Çox adama bu çox rahatdır, ərzaq almaq lazım deyil, nə bişirim deyə problem olmur. Lakin, belə pəhriz bizə nə verir ? Pəhrizlərin içində monopəhriz ən balanslaşdırılmamış və ziyanlıdır, bir neçə gündən artıq onu saxlamaq məsləhət deyil. Özdə bu pəhrizlərin hər biri başqa cür ziyandır. Belə ki, monopəhriz zamanı orqanizm ehtiyacı olan nutrientləri (zülal, yağ,karbohidrat), mikroelementləri və vitaminləri almır.İçlərində ən təhlükəsizi kefir monopəhrizidir, o da 3 gündən artıq saxlanmırsa.

Duru pəhrizlər – bu müxtəlif cür duru qidanın istifadəsi ilə olan qida rejimidir. Belə pəhrizləri yalnız yüngüllük günləri üçün istifadəyə yararlıdır, 3 gündən artıq saxlanılmamalıdır. Belə ki, duru qida bir çox xəstəliklər zamanı əks göstərişdir. Həmçinin, bərk qida bizim mədə-bağırsaq sisteminin normal işləməsi  üçün zəruridir. Uzun müddət bərk qida olmasa bağırsaq xəstəliklərinə səbəb olur. Həmçinin, duru pəhrizlər sidikqovucu effektə malikdir. Bu da xüsusən böyrəklərdə və öd kisəsində  daş olan xəstələrə ziyandır.

Rasiondan yağların çıxarılması – yalnız yağsız məhsullardan istifadə etmək. Amma bu düzgündür mü?

Energetik funksiyadan başqa yağlar orqanizm üçün tikinti materialı rolunu da oynayır. Onlar hormonal, mübadilə,hüceyrə və s. balansı saxlamaq üçün zəruridir. Bütün hormonların tərkibinə xolesterin daxildir, onun yetərli miqdarda olmaması bizim hormonal balansımız pozulur. Onlar ürək sisteminin işi üçün( xüsusən omeqa-3 ) vacibdir, qan laxtalanmasını  azaldırlar, tromb əmələgəlməsini zəiflədir, xolesterinin normal səviyyəsini saxlayır. Həmçinin, toxumaların insulinı olan həssaslığını artırır. Bu xüsusən insulinrezistentlik zamanı çox vacibdir. Belə ki, yağsız zülal yağ ilə birlikdə olan zülaldan daha çox insulin ifrazına səbəb olur. Qadın orqanizmində yağlar xüsusilə vacibdir. Belə ki, bir sıra yağda həll olan vitaminlər var , hansılar ki, rasionda yetəri qədər yağ olmasa sorulmurlar. Onlar isə orqanizm üçün çox vacibdir, hər biri haqqında bir çox şey yazmaq olar, onlar immunitetin işində böyük rol oynayırlar, hüceyrə membranının bütövlüyünü saxlayır, antioksidantdırlar və orqanizmi qocalıqdan qoruyur. Menstrual sikl də həmçinin rasionda düzgün yağların miqdarından asılıdır. Yağların olmaması həzm sisteminin işini də pozur, ödün durğunluğu baş verir, nəticədə – diskineziya, öddaşı xəstəliyi və s.

Yağlar heyvani və bitki mənşəli olur. Həmçinin çox pis keyfiyyətli yağlar da var, müxtəlif  keyfiyyətli yağları transyağlarla təsərrüfatda, tez qida yerlərində və s. əvəz edilir. Bax bunları biz rasionumuzdan çıxarmalıdır.

Bundan əlavə hər-hansı pəhrizi müşahidə edən vitamin və mikroelementlərin çatmamazlığı haqda danışmaq istərdim. Əgər pəhriz 5 gündən uzun davam edərsə orqanizmdə yığılmayan suda həll olan vitaminlərin əmələ gəlməsində problem yaranır. Onlarsız özünüzü narahat hiss edirsiz – sinir sistemi, görmə zədələnir, yuxu pozulur, ferment sintezi pozulur, bu da həzm prosesini pozur. Siniz sisteminin pozulması müxtəlif depressiyalara gətirib çıxarır. “Dietik depressiya” artıq təsdiq olunmuş faktdır. Bu vitamin çatmamazlığı fonunda yaranan stressdir, həmçinin insan psixikasına təsir göstərən məhdutiyyətlərin nəticəsidir. Həmçinin bu hal müxtəlif arıqlama üçün möcüzəli həblər, kofe ya çayların istifadəsi zamanı da baş verə bilər.

Həmçinin pəhrizlər zamanı xroniki xəstəliklər , haqqında bilmədiyiniz xəstəliklər başını qaldırır.

Pəhrizlər zamanı rast gəlinən çox vacib fakta daha toxunmaq istərdim, o da mikroelementlərin çatmamazlığıdır. Xüsusən orqanizm kalsium və yağda həll olan vitamin D çatmamazlığından əziyyət çəkir. Belə ki, kalsium vitamin D olmadan pis sorulur, yəni yağsız kəsmik ya kefir tam mənasızdır. Həmçinin, monopəhrizlər zamanı dəmir defisiti də ola bilir, ən çox bu vitamin ətdə olduğuna görə, onun çatmamazlığı zamanı orqanizm bu vitamini almır. Nəticədə həmçinin, orqanizmə bir çox vitamin və mikroorqanizmlər gəlmir deyə, anemiyalar, yorğunluq, dəri quruluğu, saç, dırnaq qırılması, sınıqlara meillilik, zəiflik, ürək və digər sistemlərin pozulmasına səbəb olur.

İstərdim deyim ki, hər şey hormoniyada gözəldir. Hətta şərq praktikası Ayurveda balans haqqında danışır. Sonra Hipokratın bir neçə sitatını misal gətirmək istəyirəm – ” Nə doyma, nə aclıq nə də hər hansı bir şey yaxşı deyil, əgər təbiətə uymursa ”

Düzgün qidalanın, düzgün arıqlayın və saqlam olun !

Сахар и его заменители / Şəkər və onun əvəzediciləri

Şəkərin miqdarını bir çox xəstəliklər zamanı azaldırlar, məsələn ateroskleroz, allergik reaksiyalar, mədə rezeksiyasından sonra, öd durğunluğu ilə keçən ödçıxarıcı yolların xəstəlikləri zamanı.
Həmçinin piylənməşəkərli diabet zamanı şəkəri rasiondan tam çıxardırlar.

Həmçinin köklüyə meilli insanlar və sağlamlığına fikir verən şəxslər şəkərin miqdarını azaltmalıdırlar, belə ki, o iştağı artırır, dəri və selikli qişalara pis təsir edir, dişləri korlayır.

Onda bir çox insanlarda – “şəkəri nə ilə əvəz edim?”  sualı yaranır.

Şəkəri əvəz edən iki qrup maddə var .

Birinci qrup maddələr müəyyən energetik dəyərə malikdir və enerji mənbəyidir. Bunlara : fruktoza, ksilit, sorbit, aspartam.

Şəkərin təbii əvəzedicilərini də qeyd etnək istəyərdim – aqava, topinanbur, ağcaqayın şərbəti, bal, steviya. Bu təbii şəkərəvəzediciləri öz kimyəvi tərkibinə görə şəkərdən daha şirin olur, bu da onlardan iki dəfə az istifadə etməyə imkan verir. Beləliklə adətən çay içərkən iki qaşıq şəkər istifadə edirdinizsə, bu maddələrdən bir qaşıq istifadə edəcəksiniz. Unutmayın ki, onların enerji dəyəri (kkal miqdarı) böyükdür və istifadə etdiyiniz miqdara fikir verməlisiniz, həmçinin allergik reaksiyalar da ola bilir.

İkinci növ maddələr isə heç bir enerji dəyərinə malik deyil, bunlara : saxarin siklomat aiddir.

Fruktoza – bu təbii şəkər monosaxarididir, hansı ki, qlükozadan daha yavaş sovrulur və insulinsiz mənimsənilir. Fruktoza şəkərdən 1.7 dəfə daha şirindir. Onun mənbəyi meyvə və tərəvəzlərdir, həmçinin o qidalara əlavə olunur. Həmçinin bal və aqava şərbəti tərkibində böyük miqdarda fruktoza saxlayır. Amma nəzərinizdə saxlayın ki,onlar şəkərli diabet zamanı şəkəri tam əvəz edə bilməz, belə ki,qanın lipid spektrinə pis təsir edirlər.

Ksilit – kselanla zəngin olan kənd təsərrüfatı tullantılarından (pambıq və qarğıdalı qabığı)  alınan spirtdir. Şirinliyinə görə şəkərə yaxındır, insulinsiz mənimsənilir, enerji dəyəri 1q = 3.7 kkal. Sutkalıq doza 30 q-dan çox olmamalıdır. Tez və daimi istifadə üçün yararsızdır.

Sorbit – armud, alma, gavalıdan alınan spirtdir. Şirinliyi şəkərdən 2 dəfə azdır, həmçinin insulinsiz mənimsənilir. Antiketogen, ödqovucu və qarınaçıcı təsirə malikdir. Enerji dəyəri 1 q = 3.4 kkal. Sutkalıq doza 30 q-dır. Tez və daimi istifadə üçün yararsızdır.

Saxarin – saxarozadan 350-400 dəfə daha şirindir, amma acı dada malikdir. Heç bir enerji dəyəri yoxdur və mübadilə proseslərində iştrak etmir. O, böyrəklərdə, dalaqda, qaraciyərdə, ağciyərdə və ən çox sidik kisəsində yığılmaq xüsusiyyətinə malikdır, ona görə qaraciyər və böyrək xəstəlikləri zamanı istifadəsi əks göstərişdir. Sutkalıq dozası 1 kq çəkiyə 2.5 mq çox olmamalıdır (günə 3 tabletkadan çox olmaz).

Sukraloza – şəkərdən 600 dəfə şirindir, enerji dəyəri yoxdur, suda yaxşı həll olur, termik emal (bişirilmə) zamanı şirinliyini itirmir.

Aspartam – təbii aminturşusudur, şirinliyi 3.2 q şəkərə uyğundur, saxarozadan 150-200 dəfə çoxdur. İnsulinsiz mənimsənilir, kariesin inkişafını əngəlləyir, sənayedə aktiv istifadə olunur. Enerji dəyəri 1 q = 3.7 kkal. Sutkalıq dozası 1 kq çəkiyə 20-40 q-dan artıq olmamalıdır.

Natriumun siklamatı və asesulfam – bu maddələr orqanizm tərəfindən tam mənimsənilmir. Saxarozadan 30-50 dəfə daha şirindir, böyük dozalarda qarınaçıcı xüsusiyyətlərə malikdir. Sutkalıq dozaları siklomat üçün 1 kq çəkiyə 10 mq,  asesulfam üçün 1 kq çəkiyə 8 mq çox olmamalıdır.

Alitam – şəkərdən 2000 dəfə şirindir, nəzərə alınmayan minimal enerji dəyərinə malikdir. Suda yaxşı həll olur və termal emal zamanı parçalanmır.

Həmçinin son zamanlar natural maddələrdən – taumatin ( şəkərdən 2000 dəfə şirindir) və steovizid (şəkərdən 300 dəfə şirindir) çox populyar olub. Onların da həmçinin nəzərə alınmayan enerji dəyəri var.

Сахарный диабет / Şəkərli diabet

Şəkərli Diabet – xroniki hiperqlikemiya və qlükozuriya sindromudur, insulinin tam ya natamam çatmamazlığı ilə xarakterizə edilir, spesifik mikro- və makrodamar ağırlaşmaları, neyropatiyalar və orqan və sistemlərdə baş verən digər patoloji dəyişikliklərlə birlikdə qeyd olunur.

Yəni tibb dili ilə danışmasaq – Ş.D. qanda qlükozanın (şəkərin) yüksək səviyyəsi ilə xarakterizə olunur, həmçinin sidikdə şəkər ola bilir. Bunların səbəbi də, mədəaltı vəzinin insulini – qanda şəkərin səviyyəsini kontrol edən hormonu, ya az ya da heç ifraz etməməsidir.

Şəkərli Diabet 1 tip – insulindənasılı diabet  və 2 tip – insulindənasılı olmayan diabet şəklində olur. Bəs fərq nədədir ? Birinci halda mədəaltı vəzdə insulin heç ifraz olunmur və pasientlər insulin inyeksiyalarını xaricdən almağa məcburdular. İkinci halda isə insulinin miqdarı ya az olur və bütün hüceyrələrə çatmır ya hüceyrələrin miqdarı həddən artıq (piylənmə) olur ki, insulin hər birinə çatmır. Bəzən artıq çəki varsa arıqlamaq şəkəri salmaq üçün yetərli olur. Ya da insulinin miqdarı normadan artıq olur, amma qanda şəkərin miqdarı yüksək qalır – hər şey ona görədir ki, hüceyrələr insulini hiss etmirlər, bu insulinrezistentlik adlanır.

Əmələ gəlmə səbəbləri :

1 tip Şəkərli Diabet inkişaf mexanizmdın asılı olaraq autoimmun və idiopatik olur. Mədəaltı vəzin hüceyrələrinin destruksiyası (ölməsi) çox zaman genetik olaraq baş verir, hansılara ki, müxtəlif xarici faktorlar (müxtəlif virus infeksiyaları, toksiki maddələr və s.) təsir edir.

2 tip Şəkərli Diabet isə heterogen və poligen xəstəlik olub, patogenezində karbohidrat mübadiləsini pozan  bir neçə genetik və xarici komponentlər iştrak edir.

Genetik olmayan risk faktorları :

  • yaşlılıq
  • piylənmə
  • ifrat qidalanma
  • azhərəkətli həyat tərzi
  • hamiləlik
  • döldaxili inkişafdan qalma
  • aclıq (kiçik yaşlarda)
  • stress
  • həyat tərzinin dəyişməsi

Gəlin bu haqda daha ətraflı danışaq.

2 tip diabetin əmələ gəlmə patogenezində iki faktor iştrak edir : insulinrezistentlik və beta-hüceyrələrin funksiyasının pozulması.

Normada biz nəsə yeyəndə qanda şəkərin miqdarı artır və buna cavab olaraq mədəaltı vəzi qana insulin buraxır, o da öz növbəsində qlükozanı (hüceyrələr üçün enerji mənbəyi) hüceyrələrə daşıyır və qanda şəkərin miqdarı azalır.

İnsulinrezistenlik insulinin ifraz olunmasına baxmayaraq hüceyrələrin onu hiss eləməmisidir. Yəni, biz nəsə yeyirik, qanda şəkər artır, cavab olaraq insulin də artır, amma hüceyrələr onu hiss etmir deyə onlara getmir, qanda qalır, insulinlə bərabər, hansı ki qıcıqlanmaya cavab olaraq arta-arta qalır.

Beta-hüceyrələrin funksiyalarının pozulması isə bir neçə faktorların təsiri nəticəsində əmələ gəlir, bunlara da : qlükozotoksiklik; insulin sintezinin pozulması; beta-hüceyrələrin kütləsinin azaması və s. Bütün bunlar insulinin yetərli miqdarda ifraz olunmamasına səbəb olur və qanda şəkərin miqdarı artır.

Simptomlar :

Diabetin diaqnostikası çətinlik etmir. Şəkərli Diabetin klassik simptomları – ağızda quruluq, susuzluq (polidipsiya), artıq iştah (polifaqiya), artıq sidiyə getmə (poliuriya), arıqlama, sidikdən aseton iyinin gəlməsi, yuxululuq, ümumi zəiflik, əmək qabiliyyətinin kəskin azalması, libidə və potensiyanın azalması, infeksiyalara (furunkulez, paradontoz) və göbələk xəstəliklərinə (bəzi qadınlarda xarici cinsiyyət orqanarında qaşınma, yanğı hissi) meillilik.

Bütün bu simptomlar 1 tip diabet zamanı kəskin baş verir, xüsusən kəskin – polidipsiya, polifaqiya və poliuriya olur.

2 tip diabet zamanı isə daha az kəskin olur, bəzən isə onlara bir çox illər zamanı fikir verilmir. Çox zaman həkimə müraciət qaşınma, infeksiyalar səbəbindən olur. Bəzən Şəkərli Diabet həkimə ağırlaşmaları ilə müraciət ediləndə tapılır : görmənin pozulması, katarakta, neyropatiya, böyrəklərin funksiyalarının pozulması, impotensiya və s.

Diaqnostika :

Qanda şəkərin miqdarı ac qarına 3,2 – 6,2mmol/l olmalıdır. Əgər göstəricilər daha yüksək çıxarsa şəkəri yeməkdən 2 saat sonra yenidən ölçmək lazımdır. Normada qanda şəkərin miqdarı 7.8 mmol/l-dən çox olmamalıdır, əgər şəkərin miqdarı 7.8-11.1 mmol/l – sə qlükozaya tolerantloq diaqnozu qoyulur, lakin 11.1 mmol/l-dən yüksık çıxarsa şəkərli diabetin ilkin diaqnozu qoyulur.

Sonrakı müayinələr həkim-endokrinoloq tərəfindən keçirilməlidir.

Müalicə :

Ş.D. terapiyası kompleks şəklində aparılır, və aşağıdakılardan ibarətdir :

  • pəhriz
  • dərman vasitələri ilə müalicə
  • dozalandırılmış fiziki yük
  • xəstənin təhsili və özünəkontrol
  • Ş.D. uzaq ağırlaşmalarının profilaktika və müalicəsi

Müalicənin məqsədi karbohidrat mübadiləsini kompensasiya halına gətirilmısidir

Гормоны которые влияют на вес / Çəkiyə təsir edən hormonlar

Çəki və hormonlar – bir-biri ilə çox əlaqədədirlər. İnsanın hormonal balansı, xüsusi ilə qadında həmişə – menstrual tsiklinin fazasından, ilin fəslindən, yaşdan və əhval-ruhiyyədən asılı olaraq dəyişir, bununla bərabər insanın xarici görünüşü də gah çəkinin artması gah da azalması tərəfə dəyişir

Bir çoxumuz bəzən bu sualı verə bilirik : niyə mən öz qidalanmama fikir verib, aktiv həyat tərzini sürməklə bərabər, çəki itirmirəm ?

Buna səbəb hormonal disbalans ola bilər. Çəki itkisinə təsir edən bir sıra hormonlar mövcuddur. Bu prosesi aktivləşdirmək üçün hər birinə müxtəlif cür yanaşmaq lazımdır. Gəlin bu hormonlara baxaq.

Serotonin və kortizol :

Serotonin – çox vacib neyromediator və hormon olub, hərəkət aktivliyini, emosional ruhun yaxşılaşmasını və ünsiyyətçiliyi artırır, triptofan adlanan aminoturşudan əmələ gəlir.

Tədqitlar təsdiq edib ki, depressiya, narahatçılıq və yuxusuzluq çox zaman serotoninin çatmamazlığı ilə bağlıdır. Amma bu hormonun qanda miqdarını artırsaq, bu simptomlar aradan qalxır.

Qida ilə əhval-ruhiyyənin arasındakı əlaqə, triptofanın serotoninə keçmə yolundan asılıdır. Lakin serotoninin miqdarını artırmaq üçün triptofan pəhrizini tutmaq bəs eləmir. Triptofan digər amin turşularla reaksiyaya girməlidir ki, sinir txumasına daxil ola bilsin. Bunun üçün bizə köməkçi – karbohidratlar lazımdır.

Karbohidratların mənimsənilməsi üçün insulin ifraz olunur, o da qana aminoturşuların qana ifrazını stimullaşdırır, həmçinin triptofanın da. Aminturşu qanda konsetrasiya olur, bu da onun hematoensofalik baryerdən (yəni beyinə) keçmə şansını artırır. Sırf bu səbəbdən əhval-ruhiyyənin pis olan zamanlarda biz şirniyyat istəyirik.

Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün triptofanla zəngin ərzaqlardan (ət, pendir, paxlalılar) istifadə edin və onları yüksək karbohidrat saxlayan ərzaqlarla bir yeyin : düyü, yulaf, tam taxıllı çörək. Formula belədir : triptofanla zəngin ərzaq + böyük porsiya karbphidrat = serotoninin artması.

Həmçinin stress zamanı aclıq yaradan hormonlardan biri də kortizoldur.

Kortizol – stress hormonudur, sizin stressə olan reaksiyanızı kontrol edir. Əgər Siz özünüzü çoxlu stressə – yuxusuzluqla, gərgin iş rejimi ilə ya qeyri-düzgün qidalanma ilə,məruz edirsinizsə bu sizin orqanizmdə kortizolun artıq miqdarının qalmasına səbəb olur. Bundan başqa bir çox insanlar stressi şirniyyat ya yağlı qida ilə “söndürmək” xoşlayır, bu da artıq kiloqrammlara və santimetrlərə dönüşür.

Kortizolun miqdarını necə azaldaq :

Özünüzü hər gün heç olmazsa yeddi saatlıq yuxu ilə təmin edin. Rasionunuza triptofan və melotonin ilə zəngin ərzaqlar daxil edin. Bunlara kəsmik, hind toyuğu, albalı, kivi aiddir.

Daha az kofeindən istifadə edin və yatmaqdan 2 saat öncə telefon və digər qadjetlərdən istifadə eləməyin.

Bunlardan başqa bizim qidalanma davranışımızı idarə edən bir qrup da hormon var : leptin və qrelin.

Leptin – polipeptiddir. Adipositlər (piy toxuması), plasenta, mədənin selikli qişası, skelet əzələləri, süd vəzilərinin epitelisi tərəfindən sekresiya olunur. Aclıq hissini və insulin sekresiyasını azaldır. Energetik mübadiləni requlə edir. Yuxu azlığı zamanı bu hormonun miqdarı azaldığına görə siz yeməkdən sonra doymağınızı hiss etmirsiniz. Bundan başqa qidanıza omeqa-3 ilə zəngin ərzaqları daxil edin,  məsələn, balıq, ət və çia toxumları.

Qrelin – iştahı kontrol edən hormondur. O aclıq hissinin yaranmasına cavabdehdir, mədə, nazik bağırsaq tərəfindən ifraz olunur, ordan qana keçir. Aclıq hissinin yaranması qrelinin hipotalamusa olan təsirindən yaranır.

Sirr olaraq deyim ki, əgər kardioiş ilə bir saat məşğul olsaz, sonrakı 12 saat ərzində yemək istəmirsiniz. Hərəkət qrelinin miqdarını azaldır və leptinin miqdarını artırır. Bu da iştahı azaldır.

Digər hormon qruppu isə, demək olaraq əsası, insulin və somatotrop hormonlarıdır.

İnsulin – mədəaltı vəzi tərəfindən ifraz olunan hormondur, qanda qlükozanın (şəkərin) miqdarını tarazlıyır. İnsulinin disbalansı zamanı çəki itirmək çox çətinləşir. Əgər gün ərzində çoxlu şirniyyat yeyirsinizsə, bu hormonu lazım olduğundan çox işlədirsiniz deməkdir. Qanı şəkərdən təmizləyərkən insulin şəkəri piyə çevirir. Beləliklə, şəkərli yeməklərlə qidalanan zamanı insulin sintezi artır, yedikcə şirniyyatı da təkrar yağda olan tələbatımız artır. İnsulin öz-özlüyündə enzimin – piyi əridən fermentin sintezini zəiflədir,  ona görə belə dissonans yaranır : hormonun səviyyəsi artır, ferment azalır və piy toplanır.

Somatotrop hormon – ya boy hormonu, ya somatotropin hipofizdə ifraz olunur və orqanizmin formalaşmasında və yetişməsində vacib rol oynayır. Boy hormonunun səviyyəsi uşaq və yetişkənlik dövründə maksimal səviyyədə olur, bütün mübadilə proseslərinin yüksək səviyyəsini təmin edir. Onun sekrsiyasını periodik baş verir, hər 3-5 saatdan bir səviyyəsi artır, xüsusən yuxu zamanı, yuxuya gedəndən 1-2 saat sonra səviyyəsinin yüksək vaxtıdır. Əgər uşaqlıqda bu hormon boya cavabdehdirsə, yaşlandıqca piy mübadiləsinə cavabdeh olur.

Hormon öz təsirinə görə anabolikdir,yəni zülal sintezini stimulə edir və onun parçalanmasına mane olur, piy mübadiləsini aktivləşdirir, piy sintezini azaldır və parçalanmasını sürətləndirərəq əzələ kütləsinə çevrilir. Yəni enerji öncə piy hesabına istifadə olunur, karbohidrat bvə zülal hesabına deyil. Məntiqli düşünsək, orqanizmdə somatotropinin artması nəticəsində əzələ kütləsinin miqdarı artaraq, piy kütləsini yandırır. Yəni, piy toxumasının artmamasl ilə bədən kütləsinin artması baş verir, əzələ kütləsi hesabına.

Bu hormonlardan başqa estrogen və testosteron da var.

Kişi hormonu olan testosteron həm kişi, həm qadının metobolizminə cavabdehdir. O orqanizmdə zülalın toplanmasına yardım edir. Onun çatmamazlığı piy toxumasının əmələ gəlməsinə və əzələ kütləsinin azalmasına gətirib çıxarır, bu da öz növbəsində metobolizmi zəiflədir. Bundan əlavə, testosteronun defisiti xolesterinin və triqlesiridlərin artmasına səbəb ola bilər. Bütün bunlar çəkinin artmasına səbəb ola bilir.

Testosteronun səviyyəsini necə artıraq :

Özündə bitki estrogenini saxlayan ərzaqların – məsələn soyanın miqdarını azaldın. Çalışın xəmir yeməklərini, alkohol və şirin içəcəklərin miqdarını azaldın ki, onlar testosteronun səviyyəsini azaldır.

Estrogen – qadının cinsiyyətini göstərən əlamətlərinin (döş və yan) inkişafına cavabdeh olan hormondur. Çəkinin menopauza zamanı artması ilə estrogen arasında sıx əlaqə var. Bu etapda bizim bütün hormonların səviyyəsi azalır, amma buna baxmayaraq estrogenon səviyyəsinin aşağı olmasına baxmayaraq, proqesterondan yuxarıdırsa, qarın bölgəsində piyin artmasına səbəb ola bilər.

Estrogenin səviyyəsini necə balanslaşdıraq :

Estrogen və proqesteronun balansını saxlamaqdan ötrü, liflərlə zəngin olan tərəvəzləri süfrənizdə bol edin. Bundan başqa qırmızı ətin, şəkər saxlayan ərzaqların miqdarını azaldın, həmçinin fiziki məşqlə mütəmadi məşqul olun.

Metobolizmi, yəni maddılır mübadiləsinin sürətinə qalxanabənzər vəzinin hormonları cavabdehdir.

Qalaxanabənzər vəzinin hormonları olan T3 və T4 bədən kütləsinin miqdarını tənzimləyir. Bu maddələr metobolizmin sürətini təyin edir. Hipoterioz, yəni bu hormonların çatmamazlığı, həmçinin az aktivli qalxanabənzər vəzi metobolizmin ləngiməsinə səbəb ola bilər, nəticədə bədən kütləsi arta bilir. Bu həmçinin, daimi yorğunluq və həzm problemləri ilə müşayiət olunur.

Qalxanabənzər vəzinin hormonların səviyyəsini necə artıraq :

Soyanın, yodun,kofeinin və rafininə olunmuş karbohidratların miqdarını azaldın. Çoxlu zülal yeyin. Rasiona brokkoli, şomu və kələm əlavə edin. Çalışın tez-tez günün altında vaxt keçirin və stress situasialardan uzaq durun

Back To Top