Qəbizlik – bu defekasiya aktının çətinləşməsi ya nadir defekasiyadır, nəcisin bərk konsinstensiyası, həmçinin, bağırsağın qeyri tam boşalması hissi. Bir çox insan qəbizliyə şikayəti vardır. Amma, gündəlik defeksiyanın olmaması həmişə qəbizlik demək deyil. Çox tez qəbizlik zamanı ümumi zəiflik, qarında ağrı, ürək bulanma, iştahın azalması da ola bilər, bunlar da göstərir ki, bağırsaq xəstəlikləriniz var (məs, bağırsağın qıcıqlanma sindromu), qəbizlik probleminizi həll edəndə bunların da həll olunması demık deyil. Qəbizlik kəskin və xroniki ola bilər.
Qəbizlik niyə əmələ gəlir ? Aydınlaşdıraq.
Kəskin qəbizliyin əmələ gəlmə səbəbləri :
bağırsaq keçməməzliyi (bağırsağın burulması, qrıja, nəcis kütləsi)
dinamik bağırsaq keçməməzliyi (peritonit, ağır kəskin xəstəlikləri, yataq rejimi və müxtəlif travmalar)
dərman preparatlarından istifadə zamanı (antihistamin, antipsixotik, spazmalitik, antiparkenson), müxtəlif kationlar (dəmir, aluminium, kalsium, barium və s), opioidlər, kalsium kanalı blokatorları və s.
Xroniki qəbizliyin əmələ gəlmə səbəbləri :
yoğun bağırsağın şişi
maddələr mübadiləsi xəstəlikləri (məsələn, Ş.D., hipotireoz, hipo və hiperkalsiemiya, hamiləlik, uremiya və s)
mərkəzi sinir sisteminin patologiyaları (parkinson, dağınıq skleroz, insult və s.)
sistem xəstəlikləri (sistem sklerodermiyası, autoimmun miozit, distrofiya və s.)
funksional xəstəlikləri (zəifləmiş trabzitlə müşaiət edən qəbizlik, qıcıqlnmış bağırsaq sindromu və s)
qida faktorları (qida liflərindən yetərsiz istifadə, az şəkərli pəhrizlər, mütəmadi qıbizlik əleyhinə dərmanlardan istifadə)
Bir də, obsessiv-kompulsiv pozulma da var (nevroz), bu, orqanizmi daimi olaraq təmizləmə istəyidir. Belə pasientlər çox vaxtını tualetdə keçirirlər və çoxlu qəbizlik əleyhinə dərmanlardan istifadə edirlrər.
Məhz buna görə qəbizlik baş verən zaman, qastroenteroloq həkiminə müraciət etmənizi məsləhət görürəm. Müəyyən əlamətlər ciddi xəstəliklərin olmasına göstərə bilər ki, bunlar xroniki qəbizlik ilə özünü biruzə verir :
Köp, güclü timpanit
Qusma
Nəcisdə qan izləri
Çəkinin azalması
Yaşlı vaxtı kəskin əmələ gələn və inkişaf edən qəbizlik
Belə simptomlar zamanı həkimdə müayinədən keçin !
Qəbizliyinizin səbəbi qeyri-düzgün qidalanadırsa, nə etmək olar baxaq :
Qidalanmada liflərin yetərli miqdarda (sutkada 15-20 q) olmasına diqqət edin. Liflərin mənbəyi meyvə və tərəvəzlərdir. Kəpəyin yetərli olması üçün isə taxıl məhsullarından istifadə edin.
Gün ərzində yetərli maye qəbul edin. Hər səhər bir stəkan ilıq su bağırsağın işini yaxşılaşdıracaq.
Probiotiklərlə zəngiz qidalardan istifadə edin. Məsələn, kəsmik, kefir, prostokvaşa.
Bağırsağın işini yaxşılaşdıran ərzaqlar :
Kofein saxlayan bütün içkilər, xüsusən kofe ilə tsikoriy .
Şaftalı, armud, albalı, alma
Meyvə şirələri : narıncı rəngdə olan, alma, mərcanı
Sparja və brokkoli, gül kələmi, ağ və brüssel kələmi.
Kəpəkli çörək, tm buğdalı ndan hazırlanan çörək, liflərlə zəngin əraqlar
Un məmultları, konfetlər, şokolad, siropla vafli,
Çaxır (> 3 bokal, hissiyatı olanlar üçün)
Bərkidici effektə malik ərzaqlar :
Düyü, çörək, kartof, makaron məhsulları
Ət, dana əti, quş, balıq
Bişmiş tərəvəzlər
Banan
Sağlam olun və sağlamlığınıza diqqət edin !
Bugün Sizə hind toyuğundan hazırlanan bir yemək reseptini təqdim edirəm. Əgər hind toyuğunu sevmirsinizsə toyuq ilə əvəz edə bilərsiniz.
Ehtiyacımız olan ərzaqlar :
700 q hinduşka döş filesi
90 q soğan
70 q yer kökü
200 q brokoli
150 q xama (məndə% 20)
2 xörək qaşığı zeytun yağı
ədviyyatlar
Hazırlanması : Hind toyuğunu orta kublara, soğan və yerkökü yarım halqa şəklində doğrayın, brokkoli çiçəklənmə şəklində sökülür. Əvvəlcə hind toyuğunu a/p tavada, duz və ədviyyatlarla hazırlayın. Ət artıq çiy olmadıqda, təxminən 15 dəqiqə sonra soğan və yerkökü əlavə edə bilərsiniz. Ət dərhal su verir, buna görə yağa ehtiyac yoxdur, amma istıyirsinizsə bir qədər bitki yağı qoya bilərsiniz. Qapağın altında 15 dəqiqə daha bişirin, sonra xama əlavə edin, 15 dəqiqə daha bişirin. Brokkoli atın və tərəvəz yumşalana qədər qapağın altında saxlayın. Brokkolini qaynatmayın, rəngini dəyişsə yetərlidir. Gözəl yaşıl rəngini saxlamalı və solğun yaşıl rəngə çevrilməməlidir. Bunu etmək üçün ona yalnız 5-10 dəqiqə dəmləmək yetərlidir.
Yemək hazırdır, nuş olsun !
Diabet zamanı qanda şəkərin miqdarı normal, yuxarı və aşağı ola bilər. Qanda şəkərin normadan aşağı düşməsi hipoglikemiya, artması isə hiperglikemiya adlanır.
Hipoglikemiya şəkərin qanda 3.9 mmol/l-dən aşağı düşməsidir. Ş.D. zamanı hipoglikemiya şəkər salıcı preparatların ya insulinin yüksək dozaları nəticəsində, yeməyi vaxtında yeməmək ya yüksək fiziki aktivlik nəticəsində yarana bilər. Hiperglikemiyadan fərqli olaraq, hipoglikemiya kəskin və tez yaranır. Simptomları isə hər pasient üçün fərqli ola bilir. Buna baxmayaraq pasient onun yaxınlaşdığını çox gözəl anlayır.
Simptomlar : ürək döyünməsinin artması, əsmə və titrəmə, dərinin avazıması, əsəbilik və narahatçılıq hissi, tərləmə, aclıq hissi, gecə pis yuxular. Qanda şəkərin miqdarı azaldıqca zəiflik, yorğunluq, *konsentrasiyanın pozulması, baş gicəllənmə, *görmə və danışıq pozulmaları, *özünü aparmanın pozulmaları, *qıcolmalar, huşun itməsi (hipoglikemik koma).
* işarəli simptomları ətrafdıkılar da görəcəkdir.
Qlükozasız baş beyin normal fəaliyyət edə bilməz, bu da huşun itməsinə (komalara) və ölümə səbəb ola bilər.
İş ondadır ki, sağlam insanlarda qaraciyərdə qlikogen ehtiyatı var, o da qanda şəkər düşdükcə qana buraxılır, bu zaman insulin ifrazı dayanır və qanda şəkərin miqdarı normallaşır. Hipoglikemiya isə müalicə alan Ş.D. pasientlərində yaranır.
Bu zaman preparatların ya insulinin təsirini tezliklə aradan götürmək mümkün deyil (yalnız pompa varsa mümkündür), qaraciyərdəki qlikogen isə qana yavaş düşür, onun miqdarı da yetərli olmaya bilir. Məhz buna görə hipoglikemiyanın müalicəsi dərhal aparılmalıdır !
İndi isə gəlin hipoglikemiyaların növlərinə baxaq. İlk əvvəl Ş.D. zamanı “yalançı” hipoglikemiyalar mümkündür. Belə ki, pasient yüksək şəkərlərə alışıbsa, normala yaxın göstəricilər belə hipoglikemiya kimi hiss edilə bilər. Belə halların müalicəyə ehtiyacı olmur, müəyyən zaman sonra pasient, normal göstəricilərə öyrəşdikcə simptomları hiss etməyəcəkdir.
Hipoglikemiyanın səbəblərinə görə aşağıdakı növləri var :
insulinin artıq dozaları zamanı – məs. qeyri düzgün seçilmiş doza, şprits qələmin xarab olması zamanı və s.
artıq fiziki yüklənmə zamanı – karbohidrat qəbulu olmadan planlaşdırılmamış fiziki aktivlik zamanı (məs, pilləkan ilə qalxma), daha uzun ya intensiv idman.
qidalanmada yetərli karbohidratların olmaması – yemək qəbulunun buraxılması, qidada yetəri qədər karbohidrat olmaması, dərman və yemək arasında çox böyük fasilə və s.
alkohol qəbulu.
Vaxt etibarilə isə hipoglikemiya gündüz və gecə hipoglikemiyalara bölünür.
Əgər günorta bu halı hiss etmək asandırsa, gecələr yatan zaman hipoqlikemiyanı anlamaq çətinlik törədəcək. Gəlin gecə hipoglikemiyaların üzərində daha ətraflı dayanaq. Gecələr günortadan daha az enerjiyə ehtiyacımız var, bu səbəbdən də, qaraciyər qana daha az qlükoza buraxır.
Orqanizm qanda qlükozanın azalmasına adrenalinin ifrazı ilə cavab verir, buna görə belə simptomlar – titrəmə, tərləmə, ürək düyənmə, qorxu hissi baş verir. Gecələr bu simptomlar pis yuxular ilə biruzə verilir, bu da sizi ya yanınızda yatanı oyadacaqdır. Həmçinin, adrenalin qaraciyərdən qlükozanın ifrazına səbəb olur.
Özünüzə bu sualları verin :
gecələr pis yuxuları tez-tez görürsünüz?
səhər baş ağrıları və mənbəyi aydın olmayan yorğunluq hissi ilə oyanırsız?
gecələr sidiyə tez-tez gedirsiniz?
səhər tərləmiş oyanırsınız (yaş pijama ya balış) ?
evdəkilər gecələri danışdığınızı ya narahat yatdığınızı deyirlər?
Əgər cavablarınız müsbətdirsə, axşam yatmamışdan öncə şəkərinizi ölçməyə məsləhət görürəm, həmçinin, gecə zəng qoyub ya qohumlardan xahiş edib, şəkəri gecə saat 3-də ölçün.
Birdə gecə hipoglikemiyalar səhər də özünü göstərə bilər. Nə qədər təəcüblü görsənsə də, səhər yüksək şəkərlərlə özünü göstərəcəkdir. Bu da çox zaman səhf anlaşılır, vəziyyəti daha da pisləşdirir.
Bu, Somodji fenomeni ya insulinin xroniki olaraq artıq dozalarda vurulmasıdır, nəticədə qanda şəkərlər kompensator olaraq artır. Bu zaman artmış şəkərləri görürkən pasient yenidən dərman dozalarını artırır, bu da vəziyyəti lap pisləşdirir. Qeyd etmək istəyirəm ki, bu, yalnız səhərlər deyil, gün ərzində də baş verə bilər.
Bir də, Somodji fenomeni demişkən, “sübh fenomeni” (Dawn phenomenon) haqda da demək istəyirəm. Bu vəziyyət səhər tezdəndən (04.00-08.00 radələrində) oyanmaqdan öncə baş verir. Bu Ş.D. 1 və 2 tip üçün xarakterdir, adətən bu hal simptomsuz keçir.
Qlikemiyanın artmasının səbəbi qlikemiya deyil, kontrinsulyar (əksinə təsir edən) – qlükaqon, kortizol, somatotrop və tireotrop hormonlara görədir, bu zaman onların miqdarı artır.
Ş.D. zamanı “sübh fenomeni” pasientin həyat keyfiyyətində çox pis özünü əks etdirir. Bu simptomlar – ürəkbulanma, qusma, zəiflik, dezorientasiya, yorğunluq, güclü susuzluq, göz qabağında nöqtələr və rəngli işıqlar şəklində görmə pozğunluqları kimi özünü göstərə bilər.
Bu iki vəziyyətin diferensasiyası zamanı gecələr çox ciddi şəkildə qanda şəkərlərin monitoringi edilməlidir. Gecə 02.00-04.00 radələrdə , “sübh fenomeni” zamanı qanda şəkər normal olacaqdır, Somodji fenomeni zamanı isə azalmış olacaqdır.
Gecə hipoglikeminyalarının qarşısını almaq üçün onların səbəbini aydınlaşdırmaq lazımdır. Həmçinin, bütün hipoglikemiyaları vaxtında qarşısı alınmalı ki, gecələr də olmasın. Səbəblər də eynidir, amma bəzilərini yenidən demək istəyirəm.
Az yemə və dərman dozalarının artmasından əlavə alkoholun təsirini də qeyd etmək istəyirəm ki, bu xüsusən axşamları “yeyib içməyi” sevənlərə aiddir. Çünki alkohol simptomları gizlədə bilir. Hipoglikemiyanın müalicəsi zamanı isə qlükaqon preparatlarından istifadə etmək alkoqollu olaraq məsləhət deyil, belə ki, o qaraciyərdə qlükozanın ehtiyatlarını parçalayır.
Həmçinin, axşamlar qanda şəkəri ölçməyə unutmuruq. Axşamlar 4-4.2 mmol/l qədər şəkər, gecələr hipoglikemiyaya gətirib şıxara bilər
Hipoglikemiyanın müalicəsi.
Əgər özünüzdə ya yaxınlarınızda hipoglikemiya simptomlarını görürsünüzsə panikaya düşmək lazım deyil. İlk əvvəl sakitləşin və fiziki aktovliyi dayandırın. Qanda şəkərinizi ölçün, əgər göstərici aşağıdırsa, onu normallaşdırmaq lazımdır.
Bunun üçün Siz :
qlükoza tabletini için, 7 böyük 3 q tablet
konfet ya 4 tikə qənd yeyin
meyvə şirəsi için
şirin içki, məsələn, şirin çay için
qlükaqon qəbul etmək, əgər qlikemiya ağırdırsa və alkohol qəbulu olmayıbsa
Bundan sonra 10-20 dəq gözləyin və yenidən şəkəri ölçün. O, 4-7 mmol/l (72-126 mq/dl) ac qarına və 9 mmol/l (162 mq/dl) qədər tox qarına olmalıdır.
Qlikemiya normallaşandan sonra və növbəti yemək vaxtına hələ çox varsa, (məsələn gecədir), təkrar olmasın deyə 1 Ç.V. qədər gec karbohidrat yeyin ( 1 dilim çörək, bir neçə kreker, müsli batonçiki). Amma bu məqsədlə şokolad ya şokolad konfetlərindən, yağ, pendir, kolbasa ilə buterbrotdan istifadə etməyin. Belə ki, tərkiblərindəki yağlar karbohidrat mənimsənilməsini ləngidir.
Ola bilər ki, bir müddət hipoglikemiyadan sonra özünüzü pis hiss edəsiniz. Siz zəiflik, yorğunliq və s hiss edəcəksiniz, bunlar qlikemiya tam bərpa olunandan sonra keçəcəkdir. Sadəcə özünüzə vaxt verin, dincəlin, gücünüzü toplayın.
Hiöoglikemiyanın ağırlaşmaları.
Bilməlisiniz ki, hipoglikemiya ağırlaşmalarla da keçə bilər. Onlar həm kəskin, həm gec yaranan ola bilər. Kəskin ağırlamalara huşun itməsi və komalar aiddir. Uzaq ağırlaşmalar isə tez-tez baş verən hipoglikemiyalar zamanı olur. Onlar mikro- və makrodamar ola bilər, yəni, böyrəkləri, göz və sinirləri, həmçinin, ürək damar sistemi xəstəlikləri və insult yaranmasına səbəb ola bilərlər.
Koma – hipoglikemiyanın kəskin ağırlaşmasıdır, huşun itməsi ilə xarakterizə olunur. Onun simptomları :
nəm, soyuq və avazımış dəri;
güclü tərləmə;
qıcolmalar;
taxikardiya;
qusma;
işığa zəif reaksiya.
Ağır hipoglikemiyanın müalicəsi :
təcili yardım çağırmaq
qlükaqon vurmaq (qlükozanıın qaraciyərdən buraxılmasına yardım edən hormon) – onu aptekdə satırlar
qəti surətdə maye ya bərk şəkər saxlayıcı ərzaqlar verməmək, belə ki, asfiksiya riski (boğulma) çox böyükdür
əgər huşu və udma qabilliyəti saxlanılıbsa qlükoza tərkibli gel ya balı damağına sürtün
təcili yardım isə qlükoza məhlulunu vena daxili yeridəcəkdir
Qlükaqon qəbulundan 5-10 dəq sonra pasient özünə gəlir. Əgər bu baş verməyibsə preparatı yenidən vura bilərsiniz. Pasient özünə gələndən sonra qaraciyərdəki qlükaqon ehtiyatını doldurmaq lazımdır. Bunun üçün tez karbohidrat qəbulu lazımdır.
*Qlükaqon qəbulunu öz həkiminizlə müzakirə edin.
Hipoglikemiyanın profilaktikası.
Əlbəttə ki, hipoglikemiya zamanı özünüzə yardım etməyə bacarmalısınız. Amma, daha vacib olan, onun qarşısını almaqdır. Belə ki, o, orqan və sistemlərə çox pis təsir edir. Və hipoglikemiyanın qarşısını almaq üçün bunları etmək lazımdır :
Mütəmadi şəkəri ölçmək
Qida qəbulunu buraxmamaq
Mütəmadi olaraq qəbul etdiyiniz dərmanların, xüsusən insulinin dozalarını kontrol etmək
Bugün Sizinlə çox maraqlı və sadə reseptlə bölüşmək istəyirəm. O, qəlyanaltı ya vaxtınız azdırsa səhər yeməyi üçün yararlı olacaqdır.
Lazım olan ərzaqlar : – Kəsmik 100 q – Yoqurt 40 ml – Kivi 1 ədəd – Banan 1 ədəd – Müsli 30 q – Limon suyu 1 x.q.
Bananı dilimlərə doğrayın və blenderdə xırdalayın. Üzərinə yoqurt və kəsmik əlavə edin, həmcins kütlə olana qədər blenderdə qarışdırın. Kivini təmizləyin və blenderdə xırdalayın, limon suyunu əlavə edin.
Təqdim edəcəyiniz stəkana öncə kəsmikli muss qoyun. Üzərinə müsli tökün. Meyvə püresi əlavə edin. Sonra yenidən kəsmikli muss əlavə edin. Üzərini hər hansı bir meyvə dilimləri ya giləmeyvə ilə bəzəyin.
Bütün porsiyanın enerji dəyəri : 314,7 kkal, 20,8 q zülal, 10,3 q yağ, 34,2 q karbohidrat.
Nuş olsun !
Vitamin C suda həll olan antioksidantdır. O, orqanizmdə bir çox proseslərdə iştrak edir, onun defisiti isə orqanizmə çox pis təsir edir. Bəs vitamin C orqanizmdə hansı funksiyaları yerinə ?
Antioksidant təsir – ətraf mühitin neqativ faktorların səbəbi ilə orqanizmə düşən sərbəst radikalları və yad maddələri neytralizə edir.
Təbii kollagenin sintezinə yardım edir – o dərini cavan və hamar edir, sümüklərin, dişlərin, damaqların və qığırdaqların saqlamlığına cavabdehdir.
Dəmirin mənimsənilməsinə yardım edir.
Fol turşudan folatların əmələ gəlməsinə yardım edir.
Orqanizmi infeksiyalardan qoruyur.
Yorğunluğu azaldır, sinir sisteminə stress ilə mübarizədə yardım edir, onun işini yaxşılaşdırır.
Hormonların sintezində iştrak edir.
Öd turşusunun xolesterindən əmələ gəlməsinə yardım edir, qanda xolesterini normaya salır.
Orqanizmin metabolizmində iştrak edir.
Sellülitlə mübarizədə yardım edir.
Xolesteriniz, ağır metalları – mis, qurğuşunu orqanizmdən çıxarır.
Yaraların tez sağalmasına yardım edir.
Nitrozaminlərin əmələ gəlməsini azaldır.
Orqanizmin normal işləməsi üçün bizə hər gün yetəri qədər vitamin C lazımdır. Qadınlar üçün gündəlik tələbat 75 mq, kişilər üçün 90 mq -dır. Uşaqlara qalanda isə onların tələbatı – 6 aya qədər 40 mq ; 7-12 ayda 50 mq ; 1-3 yaş üçün 40 mq ; 4-8 yaş üçün 45 mq ; 9-13 yaşda 45 mq ; 14-18 yaşda qızlarda 65 mq ; 14-18 yaşlarda oğlanlarda 75 mq -dır. Siqaret çəkənlərdə vitamin C ehtiyacı 30 mq, hamiləlik və südəmər dövrdə isə 10 mq daha çoxdur.
Vitmin C çox tez parçalanır – işıqdan, ərzaqların qeyri-düzgün hazırlanması və saxlanması, isitmə zamanı. Məsələn, meyvə və tərəvəzlərin bişirilməsi (xüsusən qaynadılma) zamanı, birinci yeməklərin hazırlanması zamanı vitamin C 2-3 dəq ərzində tamamilə parçalanır.
Həmçinin, vitamin C parçalanmasına qab-qaşığın, eləcə də mətbəx avadalnığının metalik səthləri də səbəb ola bilər. Ərzaqların təcili dondurulması zamanı isə vitamin C heç parçalanmır, amma onların sonrakı işlənməsi isə mühüm rol oynayır. Tərəvəzlərin bişirilməsi zamanı qapağı örtün, yeməyi bir-neçə dəfə isitməyin.
Almaların, kartofun, kələm və digər tərəvəzlərin saxlanması zamanı vitamin C artıq 4-5 aydan sonra parçalanır, onun miqdarı 60-80 % qədər azalır.
Vitamin C çatmamazlığı zəiflik, qıcıqlanma, oksidləşmə proseslərinə müqavimətin azalması ilə özünü göstərir. Vitamin C çatmamazlığı zamanı sinqa xəstəliyi inkişaf edir. O, qanın plazmasında vitamin C miqdarı 11 mkq/l qədər düşəndə, orqanizmdə ümumi miqdarı 300 mq qədər azalanda baş verir. Sinqa çox nadir bir vəziyyətdir. Belə ki, vitamin C-nin bioloji mənimsənilməsi 100 mq üçün 80 %, 200-500 mq üçün 60-70 %, 1000 mq üçün isə 50 %-dir.
Çox insan düşünür ki, vitamin C nə qədər çox olsa o qədər yaxşıdır. Amma, bu belə deyil. Vitamin C böyük dozaları zamanı diareya, həzm prosesinin pozulması inkişaf edə bilər, ona qarşı həssaslığı yüksək olan insanlarda isə böyrəklərdə daşların əmələ gələ bilər.
Vitamin C mənbəyi meyvə və tərəvəzlərdir. Amma, çoxlarının düşündüyü kimi yalnız limonlar, mandarin və apelsin deyil. Belə ki, əslində 100 q limonda cəmi 40 mq vitamin C, apelsində isə 30 mq var. İtburnu (2500 mq), dəniz ağtikanında (400 mq), qara qarağatda (300 mq) vitamin C daha çoxdur, həmçinin o, paprikada, böyürtkədə, çiyələkdə, qırmızı qarağatda, kələmdə, brokkolidə, porey soğanında, moruqa, pomidorda, cəfəridə, şüyüddə, kartofda, almada, ananasda, sitruslarda, gül kələmində daha çox vitamin C vardır.
Uşağın boyu uşaq yaşını xarakterizə edən əsas faktorlardan biridir. Boy, genetik olaraq proqramlaşdırılmış bir prosesdir, və o, yalnız qidalanma ilə gələn nutrientlərin optimal miqdarı və xarici ətraf mühitinin əlverişli olması zamanı mümkündür.Uşağın boyu bizə genetik, hormonal, toxuma və xarici faktorların sümüyə və digər toxumalara olan təsirini göstərir.
Yəni, uşağın boyunun geri qalması onda genetik problemlərin (bir çox genetik sindromlar və xəstəliklər zamanı boy geri qalır), hormonal pozğunluqların, somatik xəstəliklərin (ürək xəstəlikləri, defisit vəziyyətlər, xərçəng və s) olmasından xəbər verir, həmçinin yetərsiz qidalanma zamanı da uşağın inkişafı, həmçinin boyu geri qalır.
Uşaqda yetərsiz qidalanma bu problemləri yarada bilir : orqanizmin tükənməsi, boyun geri qalması, bədən kütləsinin aşağı olması, vitamin və mineralların çatmamazlığı. Uşaqda boyun geri qalması xroniki ya periodik olaraq qida çatmamazlığı, ananın xəstəlikləri və pis qidalanmasının nəticəsidir, bu adətən aşağı sosial təbəqələrdə olur, həmçinin, südəmər dövrdə və balaca yaşlarda uşağın tez-tez xəstələnməsi və/və ya yetərsiz qidalanması və qulluğu zamanı baş verir.
Mən isə diqqətinizi boya təsir edə biləcək hormonal faktorlara yönəltmək istəyirəm.
Boy praktiki olaraq bütün hormonal sistem ilə (tireoid, insulin, kalsiytənzimləyən, böyrəküstü vəzi, cinsi hormonlar) genetik olaraq tənzimlənir, əsas nəzarət edən sistem isə, hipotalamo-hipofizar sistemdir, tam olaraq isə somatotrop hormon (STH) – boy hormonudur.
Bu hormonun sintezinə – qidalanma, fiziki aktivlik, yuxu təsir edir. İş ondadır ki, qanda qlükoza və sərbəst yağ turşuları qalxan kimi STH spontan sintezi dayanır, fiziki aktivlik zamanı qlükozanın düşməsi və bəzi amin turşuların yetərli miqdarda olması isə STH sintezini artırır. Həmçinin, STH dərin yuxu zamanı 4-5 dəfə artır ki, boşuna uşaq yuxuda böyüyür, demirlər.
Boy hormonundan əlavə boya digər hormonlar da təsir edir. Prenatal periodda ilk üç aylıqda dölə ananın boy faktorları təsir edir, daha sonra isə ananın qidalanması, plasentanın funksiyaları, həmçinin hormonal olanlar da rol oynayır. Sonuncu üç aylıqda isə dölün STH və İFR-1 (insulinəbənzər boy faktoru) qoşulur. Körpə yaşlarda çox vacib rolu tireoid hormonlar yerinə yetirir, onlar STH asılı olmayaraq sümüklərin boy zonalarına və böyüməsinə təsir edir. Pubertat öncəsi periodda boy böyrəküstü vəzlərin androgenlərinin hesabına artır. Dolayı yolla isə sümük sisteminin inkişafına insulin, prolaktin, kalsiytənzimləyən hormonlar, böyrəküstü vəzilərin hormonları təsir edir.
Bəs uşağınızın boydan geri qalıb-qalmamasını necə anlayasınız ?
Boyun geri qalmasını anlamaq elə də çətin deyil. Yetərli olar ki, yaşıdların boyuna diqqət edəsiniz, uşaq eyni paltarı neçə il geyinməsinə fikir verəsiniz, nə zaman paltar əyninə balaca olur?. İndi demək olar ki, bütün brendlər uşaq paltarlarını yaşlarına görə ayırır, əgər uşaq 10 yaşında hələ də 8 yaş üçün paltar geyinirsə bu haqda düşünmək lazımdır.
Amma, yenə də real vəziyyəti həkim qiymətləndirəcək. Bunun üçün o, ölçüləri götürüb, sentil şkalaları ilə müqayisə edəcək. Əgər geri qalma varsa səbəblərini araşdırmaq və konsultasiya üçün uşaq endokrinoloquna yaxınlaşın.
Əgər boyun artmasına somatik xəstəliklər mane olursa, onların korreksiyası yetərli olacaq ki, boy inkişaf etsin. Əgər səbəb yetərsiz qidalanma ya vitamin və mikroelementlərin çatmamazlığıdırsa orqanizmdə onların səviyyəsini korreksiya etməklə problem həll olacaq. Əgər problem genetik sindromlar ya hormonal pozğunluqlardırsa endokrinoloq müvafiq müalicə təyin edəcəkdir.
Boyun korreksiyası zamanı əsas olan faktor, həkimə vaxtında müraciətdir. Belə ki, cinsi inkişafın başlanması zamanı boyun korreksiyası çətinlik yaradır.
Öz vücuduna diqqət etdikdə, çox zaman şirniyyat yemək istəyi yaranır, xüsusən də çayla. Bəs, vücudunuza daha az ziyan və sağlamlıq üçün maksimal fayda verən şokoladı necə seçək ?
Problem ondadır ki, belə böyük seçim zamanı düzgün seçim etmək çətindir. Və, bu şokoladların tərkibindəki şəkər Sizin yanlarınızda piy şəklində yığılmasın deyə Sizə düzgün seçim etməyə yardım edəcəm !
Məqalədə Siz, hansı şokoladda nə qədər şəkər, kalori və s var yazacam. Nəticədə isə öz şokoladınızı seçə biləcəksiniz.
Beləliklə, şokolad – südlü, tünd, qara və ağ olur. Şokolad kakao-paxlalılar və şəkərdən ibarətdir. Həmçinin, tərkibində feniketilamin, triptofan və anandamid (onlar insanın emosialarına təsir edir və sevgi hissi yaradır) , həmçinin maqnezium və dəmir var. Amma, müasir şokoladın tərkibinə həmçinin, yağsız quru süd, qlükoza siropu, vanil, etil spirtinin siropu, invert şəkər, qoz yağı, qoz, lesitin, pektin, aroma və konservləşdirilmiş maddələr var.
Şokoladın hər bir növündə şəkərin miqdarı və kalorajı müxtəlifidir. Gəlin aydınlaşdıraq !
Südlü şokolad : kakaonun miqdarı 35-50 %, şəkər 52-55 q, həmçinin bitki yağlarının miqdarı daha çoxdur, bu da onu daha yağlı edir.
Tünd şokolad : kakao miqdarı 55-60 %, şəkərin miqdarı 30-35 q.
Belə şokoladın kalori miqdarı 579 kkal, 6,1 q zülal, 38,3 q yağ, 52,4 q karbohidrat.
Qara şokolad : kakaonun miqdarı 70-72 %- dən 90 % -dən çox qədər dəyişə bilir, belə şokoladda şəkər də minimumdur.
72 %-li şokoladın kalorajı 539,5 kkal, 8,45 q zülal, 41 q yağ və 32,5 q zülal. 90 % – li şokoladın kalorajı 533,5 kkal, 15 q zülal, 40 q yağ, 26,6 q karbohidrat vardır.
Ağ şokolad : şokoladın xüsusi növüdür ki, kakao-paxlalılar əvəzinə kakao-yağ istifdə olunur. Tərkibində 20 % – dən çox quru süd, həmçinin aroma maddələri, çəkər var.
Belə şokoladda şəkərin miqdarı 59 q, kalorajı 100 q üçün 541 kkal, 4,2 q zülal, 30,4 q yağ, 62,2 q karbohidrat.
Gördüyünüz kimi, demək olar ki, hər şokoladda, qaradan başqa, yetəri qədər şəkər var, ona görə də diabet xəstələri üçün nəzərdə tutulan şəkərsiz şokolad, fruktoza ya stevia əsaslı, əmələ gəlib. Belə ki, fruktoza ilə qlükoza demək olar ki, eyni şeydir, stevia ilə şokolad haqda danışım. O da, özündə müxtəlif faizli kakao saxlaya bilir, tünd ya südlü ola bilər, sadəcə şəkər əvəzinə stevia istifadə olunur.
72 % – li stevia əsaslı şokoladda 460 kkal, 10 q zülal, 36 q yağ, 25 q karbohidrat var.
Hamı şirniyyat və dadlı desertlər sevir. Arıqlama sürəеi dadlı desertlərdən imtina etmək üçün səbəb deyil, belə ki, onlar da faydalı ola bilir və çox yaxşı ara yemək ola bilir. Bu məqalədə mənim pasientlərin çox sevdiyi bəzi desertlərlə bölüşəcəm. Arıqlama dadsız və eyni tipli qidalanma demək deyil. Həmişəki kimi resept və kalorajı da verəcəm.
Mak ilə çizkeyk :
Əsas üçün : 50 q yulaf unu, 50 q t/b (tam buğdalı) un, 1 yumurta, 25 q kərə yağı (kokos yağı ya digər də ola bilər), şəkər əvəzedicisi (steviya ya eritrit) ya bal, vanilin.
Mak qatı üçün : 180 q yağsız bərk kəsmik, 200 q yağsız yumşaq kəsmik, 50 ml 15 % yağlılıqda süd, 60 q mak + 60 q 1.5 % süd, 8 q jelatin + 60 q su, şəkər əvəzedicisi ya bal.
Limon qatı üçün : 300 q 15 % xama, 1\2 limon, 4 q jelatin + 30 q du, şək.əvəz. ya bal
Hazırlanması : Əsas – unu əliyirik, kərə yağını əridirik, yumurtanı çırpırıq, hər şeyi qarışdırırıq, şək.əvəz. və vanilin əlavə edirik, elastik xəmir alınmalıdır, yağ ilə işlənmiş formaya paylaşdırırıq xəmiri. 15 dəq sobada bişiririk, sonra süd və şəkər əvəzedicisi ilə isladırıq..
Mak qatı – südü qazanda isidirik mak ilə birgə, qaynadırıq, saxlayırıq ki, şişsin, jelatini sud isladırıq, kəsmik, süd, şəkərəvəzedicisi çırpırıq və mak əlavə edirik, jelatini mikrodalğalı sobada isidirik, qaynamağa qoymuruq, hamısını qarışdırırıq. Hər şeyi formaya tökürük və dondurucuya, donana kimi qoyuruq.
Limon qatı – limon suyunu sıxırıq, jelatini isladırıq və həll olana kimi isidirik. Xamanı, limon suyunu, jelatini və şək.əvəz. qarışdırırıq.
Daha sonra qatları belə düzürük – korj + mak qatı + lomon suyu, sonra soyuducuya donana kimi qoyun.
Bu desertin kalorisi : 100 q üçün 146,6 kkal / 9,4 q zülal / 8,8 q yağ / 7,6 q karbohidrat.
Bananlı-şokoladlı brauni :
Bizə lazımdır – 100 q gec bişən yulaf, 250 q banan, 2 yumurta, 15 q kakao, 1 ç.q. qabarta tozu, vanilin, 1 ç.q. zeytun yağı, şəkər əvəzedicisi.
Hazırlayırıq : Yulafı un halına qədər üyüdürük, kəsilmiş bananları ayrı qoyuruq, yumurtanı, şəkər əvəzedicisini blenderdə üyüdürük, yulaf əlavə edirik, kakao, qabartma tozunu qoyub, qarıçdırırıq, silikon formaya xəmiri tökürük və 180 dər 30-35 dəq ərzində bişiririk.
Bizə lazımdır : 1 x.q. kaako, 1 x.q. şokolad lopası ( qara şokolad götürün, orda şəkərin miqdarı daha azdır ), 0,5 ç.q. vanilin, 0,5 ç.q. qabarta tozu, 1 yumurta, 2.5 x.q. t/b un, 1.5 x.q. duru yağ, 1.5 x.q. bal, 2,5 x.q. yağsız süd ст.л.
Hazırlanması : bir krujka götürürük, içinə bütün içindəkiləri qoyuruq və qarışdırırıq, üzərinə şokolad ləpələrini töküb, krujkanı 3.5 dəqiqəlik mikrodalğalı sobada bişiririk.
Sizə lazımdır : 300 ml 2,5 % yağlılıqda kefir, 10 q jelatin, 50 ml su, 50-100 q giləmeyvə, 2-3 ölçü qaşığı şəkər əvəzedicisi.
Hazırlayırıq : jelatini su və şəkər əvəzedicisi ilə qarışdırırıq, mikrodalğalı sobada 10 saniyə tam həll olana kimi qoyuruq (parda da qızdıra bilərsiniz), kefirə əlavə din və yüksək sürətlə blender ilə çırpırıq. Kütlə miqdarca artmalıdır. Giləmeyvələri qoyub, qarışdıracağıq. Soyuducuya bir saata qoyuruq, hazırdır.
Bütün desertin kalorajı : 214 kkal / 17,8 q zülal / 7,8 q yağ / 17,4 q karbohidrat
PS: Bütün reseptlər internetdə var
Bu məqalədə Sizinlə insulinrezistentlik (İR) haqqında danışmaq istəyirəm. Bu nədir, niyə əmələ gəlir, necə diaqnoz qoyulur və necə müalicə olunur. İndi isə başlayaq! Öncə normanı bilək. Bütün sağlam insanlarda normada yemək yeyərkən və sonra qanda şəkərin miqdarı artıq. Bu təbiidir,belə qida həzm olunandan sonra qlükozaya çevrilir, yəni qanda şəkərin miqdarı artıq.
Orqanizmin yüksək şəkərə olan reaksiyası mədəaltı vəzi tərəfindən insulin burxmasıdır. İnsulun, çoxlarının bilidiyi kimi, qanda şəkəri aşağı salır. Və hər şey normaya qayıdır.
Bəs İR zamanı nə baş verir? Öncə bu proses necı baş verir, daha ətraflı başa salım. İş ondadır ki, qanda olan qlükoza hüceyrəyə daxil olmalıdır. Məhz belə bizim orqanizm qidalanır. Yəni, qida həzm olunub, parçalanır, qlükozaya çevrilir və insulinin köməyi ilə hüceyrəyə keçir. Gəlin təsəvvür edək ki, insulin hüceyrələrdə açar rolunu oynayır. Beləliklə, patologiya zamanı, hüceyrə insulini hiss etmir, yəni açar itir, yoxdur və hüceyrə bağlı qalır.
Nəticədə, qanda həm qlükoza, həm də, mədəaltı vəzinin buraxdığı insulin qalır. Hüceyrə isə, ac olduğu kimi ac qalır. İnsan bəz nə hiss edir bu zaman? Əlbəttə ki, aclıq. Yenə qida, yenə qanda şəkər artır, yenə insulin və bu hamızı qanda qalır. Bunu qeyd etmək istiyirəm ki, İR zamanı qanda şəkərin miqdarı normada qalır. Belə ki, proses yeni başlayır, və bütün hüceyrələr insulinə olan həssazlığı itirmir. Həmçinin ifraz olunan insulinin miqdarı o qədər çox olur ki, şəkər sonunda düşür. Amma bu prosesin inkişafı zamanı, mədəaltı vəzi ifrat dərəcəsində çox işləməsi nəticəsində, tez ya gec xəstələnir. Nəticədə, Şəkərli Diabet yaranır. Mən sizə maksimal sadə dildə İR və ŞD yaranması mexnizmini anlatmağa çalışdım.
İndi isə gəlin baxaq ki, bu problem ümumiyyətlə niyə əmələ gəlir. İR səbəbləri, bunlardr :
insulin molekulasının genetik defektləri
hipodenamiya
piylənmə
karbohidratlardan ifrat çox istifadəsi
bəzi endokrin xəstəliklər
bəzi dərmanların qəbulu
siqaret çəkmək
İR simptomları, bir çox hallarda bu abdominal piylənmədir (yekə qarın). Əgər Sizdə abdominal piylənmənin olub-olmamasını bilmək istəyirsinizsə, sm götürüb, beli ölçün. Əgər qadında belin ölçüləri 88 sm, kişilərdə isə 102 sm-dirsə abdominal piylənmənin diaqnozunu qoymaq olar. Həmçinin, bel və yan ölçülərinin bir birinə nisbəti : əgər qadında 0.85, kişilərdə isə 1.0-dən çoxdursa, həkimə müraciət etməyə səbəbdir ! Həmçinin, piy yalnız çöldə deyil, daxildə də yığılır, daxili orqanların ətrafında. Niyə belə olur ? Əslində, hər şey çox asandır, hüceyrələr ac qaldığına görə, insulin də piy yığma xüsusiyyətinə malik olduğuna görə (bu haqda ətraflı “Hormonlar bizim çəkimizə necə təsir edir” məqaləsində ətraflı yazmışam), orqanizm yaşamaq qabiliyyətinin saxlamaq üçün ehtiyat yığır. Həmçinin simptomlardan biri də, qara akantozdur . Bu dəri səthinin dəyişikliyidir, dəri qatlarındakı (boyun, qoltuqaltları, süd vəzləri, pax, yan əzələsinin arası) qaralma və kəpəklənməsidir. Bir çox qadınlarda İR özünü yumurtalığın polikistozu ilə biruzə verir, o da öz nöbvəsində menstrual tsiklin pozulması, sonsuzluq, kişi tipli tklənmə (hirsutizm).
Bundan əlavə, qırmızı xallar, papillomalar, əhval-ruhiyyənin dəyişikliyi, zəiflik, apatiya, tez-tez aclıq hissi,xüsusən şirniyyatdan sonra, əllərin əsməsi və s. Bunu qeyd etmək istərdim ki, İR arıq insanlarda da ola bilər, həmçinin, bütün kök insanlarda da İR olmur. Sadəcə bilin ki, İR zamanı yalnız ŞD deyil, müxtəlif şişlər, hımçinin miomalar və müxtəlif kistlər.
İR diaqnostikası : gözəyarı sizdə İR var ya yox təyin etmək lazım deyil. Bunun üçün ən yaxşı müayinədən keçməkdir. Müayinəni səhər ac qarına vermək lazımdır, 10-14 saat aclıqdan sonra, müayindənən yarım saat öncə siqaret çəkmək və idmanla məşğul olmaq olmaz, həmçinin, xəstəliklər, stress zamanı, yuxusuz gecədən sonra vermək məsləhət deyil. Laboratoriyalarda İR sadə test var, həmçinin, insulini və C-peptidi vermək lazımdır. Həmçinin, İR təyin etmək üçün müxtəlif testlər var, amma bununla artıq həkim özü məşğul olacaq. İR, aclıq qlikemiyanın pozulmasını, qlükozaya tolerantlığın pozulmasını ayırd etmək lazımdır, bütün bu vəziyyətlər preddiabet kimi qiymətlndirilir. Siz isə yalnız bilməlisiniz ki, bu problemi iqnor etmək lazım deyildir, həkimə müraciət edin.
İR korreksiya etmək üçün ilk əvvəl arıqlamaq lazımdır. Qidalanma bu zaman çox böyük rol oynayır. Yalnız qidalanma və rejim köməyi ilə biz, həm insulin ifrazını korreksiya edə bilərik, həm də ki, qanda şəkərin miqdarını idarə edə bilirik, sırf bu parametrlərə təsir edən ərzaqları seçməklə. Həmçinin, fiziki aktivlik də bu zaman çox vacibdir, belə ki, idman hüceyrələrin insulinə qarşı həssazlığını artırır. İR zamanı arıqlamaq bəzən çox çətin olduğuna görə, ehtiyac olsa, hüceyrələrin insulinə qarşı həssazlığını artıran dərman prepratlarından (metformin) istifadə olunur. Bu preparat həkim tərəfindən yazılır, lazımı dozada, belə ki, müəyyən əks göstərişlərə və yan təsirlərə malikdir.
Uşağınızın düzgün qidalandırılması artıq hamiləlik dövrundə başlayır, bu səbəbdən hamilə ananın qidalanmasının düzgün qurulması çox vacibdir. Bu haqda mən digər məqalədə yazaram. İndi isə, körpənizin düzgün qidalanma rejimini necə qurmalısınız, onu aydınlaşdıraq. İlk əvvəl istərdim qeyd edim ki, niyə uşaqların az yaşlı zamanlardan bəri düzgün qidalandırılması belə vacibdir.
Biz uşaqlara, artıq körpəlikdən düzgün qida vərdişlərini formallaşdırmağa çalışmalıyıq ki, daha sonra o, qeyri düzgün formalaşmış vərdişlərlə artıq çəki ya xəstəliklər zamanı mübarizə etməsin. O, düzgün ərzaqları artıq körpəlikdən düzgün seçməyi bilməli, sağlamlığı üçün zərərli qidalardan imtina etməyə bacarmalıdır.
Qeyd etmək istəyirəm ki, bir çox tədqiqatlar nəticəsində aşkar olunub ki, 6 aya qədər yalnız ana südü almış körpələr, sonralar daha az kökəlməyə meilli olur. Məhz bu səbəbdən, həmçinin digər faydalı xüsusiyyətlərə görə DST (Dünya Səhiyyə Təşkilatı) körpələrə ana südünü məsləhət görür. Bu zaman ananın rejimi, körpənin nə qədər süd içdiyi, hətta süd vəzinin forması belə südün ifrazına təsir edir. Daha sonra körpəniz böyüdükcə ilk əlavə yemək zamanının vaxtı gəlib çatır. Əgər ana sağlamdırsa (onun öz qidalanma rejimi rasional və adekvatdırsa) və onun yetəri qədər südü varsa, körpə boy və çəkisini yaxşı artırırsa, öz vəziyyəti ilə narahatçılıq göstərmirsə, əlavə qidalanmanı mümkün qədər gec başlamaq məsləhətdir. Əlbəttə, əlavə qidalanmanı başlamadan öncə uşaq həkiminizlə məsləhət edin !
Bir çox mütəxəssislər əlavə qidanın vermə zamanını müxtəlif cür məsləhət edirlər. Məsələn, Nİİ RAMN mütəxəssisləri belə məsləhət görür : meyvə şirələri və püresi 4 aydan, tərəvəz püreləri 5 aydan, kəsmik, sıyıq, suxariklər, peçenye 6 aydan, yumurta sarısı, ət və balıq püresi, süd və kefir 7 aydan başlanmalıdır. Körpə bərk qidanın qəbuluna hazırdır, əgər köməksiz otura bilir, başını saxlaya bilir və qaşıqla yeyə bilirsə, bu zaman əlavə qidalanmaya başlamaq olar. Əlavə qida kiçik dozalarla, bir damcıdan başlanılmalı və körpənin reaksiyasına baxılmalıdır. Əgər hər şey yaxşıdırsa,qida miqdarı yavaş-yavaş artırılır.
Dəmir defisitli anemiyanın qarşısını almaq üçün 6 aydan sonra qidalanmaya dəmir ilə zəngin ərzaqları daxil etmək lazımdır (hazır sıyıqlar dəmir ilə zənginləşdirilir, həmçinin dəmirlə ət, qaraciyər, balıq və yumurta sarısı zəngindir). Uşağa 3 yaşına qədər çay və kofe vermək məsləhət deyil, belə ki, onlar dəmir sorulmasını ləngidir.
İlk tərəvəz qidasını verərkən körpənin allergik statusuna diqqət edin. Əgər sizin körpənizdə diatez – yanaqlarda qırmızı ləkələr ya səpgilər, varsa aşağı allergik xüsusiyyətə malik tərəvəzləri seçin. Belə tərəvəzlərə – brokkoli, kabak, yaşıl lobya, şomu aiddir. Orta allergik xüsusiyyətlərə malik tərəvəzlərə – xiyar, ağ və çəhrayı turp, qarğıdalı, baş soğan, yaşıl bolqar bibəri və ağır allergik ərzaqlara sarımsaq, pomidor, qırmızı turp, kərəviz aiddir.
İkinci əlavə yemək zamanı rasiona sıyıqlar əlavə edilir, onlar qlütensiz və südsüz olmalıdır. Onları suda, ana südündə ya smeslərdə hazırlayın, sıyıq qarabaşaq, düyü ya qarğıdalıdan olmalıdır.
Üçüncü qidalanmada ət əlavə etməyin vaxtıdır. Burda da allergik statusa diqqət etməyiniz lazımdır. Ən aşağı allergenli ətə qoyun, quzu, orta allergik statusa malik ət hind toyuğu, dovşan, yüksək allergik ətə isə toyuq və mal əti aiddir.
İndi isə gəlin 1 yaşdan sonrakı uşaqların qidalanmasını müzakirə edək.
Bir yaşı tamam olmuş körpənin qidalanması öncəkindən xeyli fərqlənir. Belə ki, bir yaşdan sonra uşaqlarda dişlərin böyüməsi davam edir, qidanı çeynəmək xüsusiyyətləri formalaşır, çox tez həzm prosesləri inkişaf edir, mədənin tutumu artır. Körpə artıq qidanın dadını fərqləndirməyə bacarır və s. Əlbəttə ki, körpənin bütün bu xüsusiyyətləri qidalanmada nəzərə alınmalıdır. Qidalanma sayı həmçinin 5 dəfədə qalır, xüsusən bu zəif körpələrə aiddir. Bəzi uşaqlar özləri sonuncu 5-ci qidadan imtina edib, 4 dəfəli 4 saatdan bir qidalanmaya keçir.Uşağın rejimi necə olursa olsun, çox vacib olan şey saat vaxtını eyni saxlamaq, mütəmadiliyi saxlamaqdır. Bütün qidalar yarıduru, püre şəklində, süzgəcdən keçirilmiş halda olmalıdır. Bu yaşlı uşaqları qaşıqla yedizdirin, soskalar məsləhət deyil, belə ki, uşaqlar sonra duru yeməklərə öyrəşib, başqa qidadan imtina edəcəklər. Bu yaşlı uşaqların qidalanmasının əsas özəllikləri müxtəliflik və mikronutrientlərin balanslaşdırılması olmalıdır. Qidalanmanın əsasını yüksək heyvani zülallar təşkil etməlidir : süd, süd məhsulları, ət, balıq, quş əti və yumurta.
Bəli, körpəniz böyüyür, artıq həyatının ikinci ili başlayır və biz onun qidlanmasını optimallaşdırmalıyıq. İlk olaraq bu 5 dəfəli qidalanma rejimidir, 3 dəfə əsas yemək – səhər yeməyi, nahar və axşam yeməyi, 2 dəfə də qəlyanaltı – ikinci səhər yeməyi və yatmamışdan öncə turş süd məhsulu (kefir) olmalıdır. Yemək miqdarı 250-300 ml-dən artıq olmamalıdır. Ümumiyyətlə, ikiyaşlı uşağın sutkalıq qida tutumu (su xaric) – 1000-1200 ml olmalı, üç yaşlı uşaqlarda isə 1200-1500 ml olmalıdır.
Bəs körpəni nə ilə qidalandıraq ki, sağlam böyüsün, gəlin baxaq. Tərəvəz və meyvələr hər qida qəbul edərkən, gündə 4 dəfə rasionda olmalıdır. Süd və süd məhsulları, sıyıqlar, kəsmik, turş süd məhsulları (kefirə uşağı körpəlikdən öyrətmək lazımdır), həmçinin süd smesləri gündə 3 dəfə olmalıdır. Hər gün uşaq 450 ml duru süd ərzaqları almalı, onlardan 220 ml smes olmalıdır.Sıyıqlar və qarnirlər rasionda hər gün, çörək gündə 2-3 dəfə olmalıdır. Ət məhsulları rasionda gündə 1-2 dəfə 70 q miqdarında olmalı, balıq həftədə 2-3 dəfə, 200 q yaxın olmalıdır. Yumurta da, körpənin allergiyası yoxdursa, həftədə 2-3 dəfə verilməlidir. Susuzluq hissi isə təmiz su ilə ödənməlidir, şirin içkilər, şirələr, şirin çay verilməməlidir, belə ki, uşaqda qeyri düzgün vərdiş (susuzluğu qazlı şirin içkilər və şirələr vasitəsilə ödəmək) formalaşır, hansı ilə o, gələcəkdə həyatı boyu mübarizə aparmalı olacaq. Qidalanmada olan şəkər və duzun miqdarına fikir verin. Hazır məhsullara onları əlavə etməyin. Gün ərzində 25-30 q şəkər, 3 q da duz yetərlidir.
Körpələriniz yediyi porsiyaya da diqqət edin. Belə ki, artıq yemək çox tezliklə mədəaltı vəzini zəiflədə bilər, belə ki, qarındakı artıq piy yalnız bağırsağı əzmir, bütün daxili orqanlara təsir edib, onların qeyri fizioloji yerdəyişməsinə səbəb olar bilir. Nəzərə alın ki, çox qida onikibarmaq bağırsağa təsir edib, mədəaltı vəzin sfinktorunu sıxır, o da qida orqanizmə daxil olan kimi ifraz olunmalı fermentlərin ifrazına təsir göstərir. Bu səbəbə görə fermentlər vəzdə qalır və onu içəridən parçalayır. Həmçinin, artıq qida bağırsaqda qalıb, çürüyür, qazlara səbəb olur.
Uşağa, ymək yeməyə maraqlı olsun deyə, ona özəl rəngli uşaq boşqab dəsti alın. Boşqabın balaca tutumu artıq yeməyin qarşısını alacaq, həmçinin porsiyanın tam yeyilməsi kimi vərdişi formallaşdıracaq. Adətən bu yaş uşaqlara ərzaqları yemək yox, onlarla oynamaq xoş gəlir. Bu zaman hirslənmək və körpəni danlamaq lazım deyil, sadəcə masanı təmizləyın və uşağa yemək vaxtından öncə yemək təklif etməyin ki, yaxşıca acsın.
Həmçinin uşağı düzgün olaraq yedizdirmək də çox vacibdir. Adətən analar, uşaq yesin deyə ona multfilmlər qoşur, müxtəlif şeylərlə fikrini dağıdır, bu düzgün deyil. Körpənin qida zamanı yarım saatı keçməməlidir. Çox vacib faktor, körpənin sakit vəziyyətdə süfrəyə oturmasıdır. Nəzərə alın ki, körpənin mərkəzi siniz sistemi hələ tam formallaşmayıb və o fərqli işlərə tez keçə bilmir. Məsələn, oynayırdısa və siz onu kəskin şəkildə oyundan çəkib yeməyə otuzdurursunuzsa, o qidalanmanı neqativ qarşılayacaq, qidadan imtina edəcəkdir.Uşağı qidalanmaya hazırlamaq lazımdır, həmçinin çox vacibdir ki, ərzaqları ona bir bir göstərəsiniz, bütün menuda olan yeməkləri qabağına qoysas ən bəyəndiyini seçib,onu tələb edəcək, digərlərini yeməyəcək.
Körpənin iştahının yaxşılaşmasına təmiz havada gəzinti, maraqlı hərəkətli oyunlar və yaxçı əhval-ruhiyyə kömək edəcək. Körpənizim qidalanması haqda həkimdən məsləhət almağa çəkinməyin.
Körpəyə həyatının başlanğıcından düzgün qidalanma vərdişlərini formalaşdırın ki, o, sağlam və xoşbəxt böyüsün !