skip to Main Content

Arıqlama zamanı quru meyvələrdən istifadə etmək olar mı?

Сухофрукты при диете. Сухофрукты для похудения в Баку / Arıqlama zamanı quru meyvələrdən istifadə etmək olar mı?

Əgər arıqlayan bir qızdan soruşsaq ki, ən çox bu yolda ona nə çatmır, bir çox hallarda qızlar – şirniyyat deyəcək ! Axı şirniyyatsız biz əsəbi, hirsli, ağır düşünən  və unutqan oluruq. Bir çoxları üçün şirniyyatın olmaması böyük stressdir. Stress zamanı isə arıqlama prosesi çox zəif və maraqsız olur.

Niyə şəkər və adi konfetlərləri quru meyvələri ilə əvəz eləməyək ? (PS: quru meyvələrdən olan konfet resepti sonda olacaq). Üstəlik quru meyvələr çox faydalıdır, tərkibi vitamin və liflərlə zəngindir. Gün ərzində bir neçə ədəd quru meyvə əhval-ruhiyyəni qaldıracaq, toxluq hissi bəxş edəcək və beyini faydalı şəkərlərlə təmin edəcəkdir.

Quru meyvələri necə seçək ?

Siz nə vaxtsa təbii yolla qurudulmuş meyvələri görmüsünüz ? Bir qayda olaraq onlar eybəcər, büzülmüş, solmuş rəngdə olur. Çünki təbii yolla qurudulma zamanı oksidləşməyə məruz qalır və qaralırıar. Bəs Siz heç düşünmüsünüz ki, mağaza rəflərində olan quru meyvələr niye belə parlaq və rəngarəngdir ?

Hər şey ona görədir ki, qurudulma zamanı, daha doğrusu sonra onları xüsusi bokslara salırıar və orada kükürd tozunu yandırırlar. Əmələ gələn kükürd qazı meyvələri bürüyüb, üzərində qabıq əmələ gətirir və onların oksudləşməsinin qarşısını alır, mikroblardan qoruyur və istiadə müddətini uzadır. Həmçinin onlara parlaqlıq və yumşaqlıq əlavə etmək üçün quru meyvələri yağ ilə ( məsələn qliserinlə ) emal edirlər. Bir də onları seçərkən iyinə də fikir verin. Solyarka (dizel yanacağı) ya benzin iyi, meyvələri qurutmaq üçün müxtəlif apparatlardan keçməsini göstərir.

Quru meyvələrin işləndiyi konservant , kükürd dioksidi ya E 220, kiçik dozalarda istifadə üçün icazə verilir. Amma, adətən quru meyvələrin üzərində bu maddələrin miqdarı yazılmır, istehsalçıların da bu maddədən diqqətlə istifadəsinə inam olmadığına görə diqqətli olmaq lazımdır.

Diqqət eləməyin səbəbi isə kükürd dioksidi , E 220 konservantı insan orqanizminə zərərdir. O allergen, toksiki və konserogen təsirlərə malıkdir. Bu maddənin neqativ təsiri, onun həmçinin B12  və B1 vitaminlərini parçalamağına görədir. Kükürd dioksidinin yüksək miqdarı ilə emal olunan quru meyvələrin istifadəsi aşağıdakı simptomlara səbəb olur :

  • boğazda quruluq və öskürək
  • həzmin pozulması, mədədə ağırlıq, ishal
  • baş ağrıları
  • qusma və ürəkbulanma
  • burun tutulması, rinit

E 220 ilə emal olunmuş quru meyvələrdən allergiya və böyrək çatmamazlığəndan əziyyət çəkən insanlara ziyandır. Allergik reaksiya boğulma, ağciyər ödemi, astmatik tutma ilə ola bilər. Bu maddənin orqanizmdən çıxarılmasında böyrəklər iştrak edir deyə, xəstə böyrəyə malik olan insanlar da bu maddənin yüksəs konsetrasiyası ilə mübarizə apara bilməz.Həmçinin, ən böyük ziyanı yaşlı insanlara, balaca uşaqlara və hamilələrə verə bilər. İstifadə norması E 220-nin 1 kq çəkiyə 0.7 mq qədərdir.

Bəs kükürd dioksidinin miqdarını necə azaldaq ?

E 220 əlavəsi suda çox yaxşı həll olur. Quru meyvələri 18-25 dərəcə suda saxlayın. Suda 20-30 dəqiqə saxlayıb, suyu bi neçə dəfə dəyişin. Meyvələri suda 1.5 saaydan artıq saxlamayın, sulanacaqlar. Bunu istifadədən öncə edin ki, xarab olmasınlar. Əgər su isti olsa quru meyvələrdən qlükoza da yuyulacaq.

Quru meyvələrdən konfetlər :

 Tərkibi :

  • 100 q qaysı
  • 100 q gavalı
  • 100 q xurma
  • 100 q kişmiş
  • 100 q qoz
  • bir qədər kokos lopası, kakao, kunjut, xırdalanmış çiy araxis (xarici bəzək üçün), limon (istəyə görə)
  • 100 q belə konfet özündə 344 kkal, 6.2 q zülal, 16 q yağ, 48 q karbohidrat saxlayır.

 yuyub qurulayın. Xurmadan çəyirdəyini çıxarın. Bütün quru meyvələri və qozu yetəri qədər iri hissələrə doğrayın. Blenderde bir qədər xırdalayın, amma çox saxlamayın ! Qarışım homojen olmalıdır, amma bununla belə tərkibindəki hər bir məhsul  hiss edilməlidir. Limonun xırdalanmış qabığını və bir az suyunu bura qatın. Çox yaxşı qarışdırın. Mütləq dadına baxın. Əslində limonsuz da olar, rseptdə o yox idi, amma o qarışıma bir qədər sitrus ətri qatır və şirinliyini azaldır. Müxtəlif boşqablara kokos lopası, kunjutlu kakao və xırdalanmış çiy araxisi qoyun.

İndi 2 yolu var : ya bütün konfetləri düzəldib, sonra xaricdən səpirsiniz, ya konfeti edən kimi xarıcini səpirsiz və s. Amma nəzərə alın ki, öncə konfeti düzəltsəniz, onlar bir qədər quruyur və xarici qatı pis yapişir. Hazır konfetləri soyuducuya 1 saatlıq qoyun.

Back To Top